Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

“Bağışlayın, səhv olub..!” TƏBİB koronavirus testi ilə bağlı məlumat yaydı

© AFP 2023 / PEDRO PARDOПробирки с тестом на коронавирус, фото из архива
Пробирки с тестом на коронавирус, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
“27 iyul tarixindən başlayaq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcəkdir. Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik”

BAKI, 26 iyul – Sputnik. 25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıq olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumat yayıb.

Bildirilir ki, qeyd edilən tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərdən rica edirik ki, testin nəticəsini nəzərə almasınlar:

“27 iyul tarixindən başlayaq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcəkdir. Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik”.

Xəbər lenti
0