Azərbaycan Dövlət Tibb Universitetinin binası, arxiv şəkli

ATU-da tibbi personal arasında 58 yoluxma faktı qeydə alınıb

12
(Yenilənib 19:20 20.07.2020)
"Yoluxanların 17 nəfəri həkim, həkim-rezident, 23 nəfəri orta tibb işçisi, 18 nəfəri isə texniki işçidir" - ATU.

BAKI, 20 iyul — Sputnik. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında bu günədək tibbi personal arasında ümumilikdə 58 COVID-19-a yoluxma faktı qeydə alınıb.

Bu barədə ATU-nun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib: "Yoluxanların 17 nəfəri həkim, həkim-rezident, 23 nəfəri orta tibb işçisi, 18 nəfəri isə texniki işçidir".

Qeyd edək ki, bu xəstələr arasında müalicə alıb evə buraxılanlar və müalicəsi davam etdirilənlər var.

12
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (318)
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirusa yeni yoluxanların sayında ciddi artım var

17
Son sutkada Azərbaycanda koronavirusa 988 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər isə bu xəstəlikdən vəfat edib.

BAKI, 28 oktyabr — Sputnik.Azərbaycanda bu gün koronavirus infeksiyasına 988 yeni yoluxma faktı qeydə alınıb, 340 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 11 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 52 min 137 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 42 min 033 nəfər müalicə olunaraq sağalıb, 699 nəfər vəfat edib. Aktiv xəstə sayı 9405 nəfərdir. Ötən müddət ərzində 1 milyon 319 min 474 test aparılıb. Bugünkü test sayı isə 11426-dır.

17
Teqlər:
Koronavirus, epidemiya, COVID-19
Əlaqədar
Alimlər koronavirus zamanı karantin rejiminin tətbiq olunmasına qarşı çıxdılar
Daha 20 şagirddə koronavirus aşkarlandı
Azərbaycanda koronavirus xəstəsi yaşayış yerini icazəsiz tərk etdi
Koronavirus daha tez öldürməyə başlayıb
Koronavirus da öz işindədir: Azərbaycanda bir sutkada 230 nəfərdə COVID-19 aşkarlandı
Qoca erməni

Astronomik rəqəmlər - Ermənistanda yoluxanların sayı artır

26
(Yenilənib 13:19 28.10.2020)
Ümumilikdə bu virusdan ölənlərin sayı 1243-ə çatıb. Xəstəlikdən sağalanların sayı 52508 nəfər olub. Hazırda bu ölkədə 28548 nəfər xəstəxanada müalicə alır.

BAKI, 28 oktyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 82651-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 2241 nəfər artıb.

Ermənistanda son gündə daha 21 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1243-ə çatıb. Xəstəlikdən sağalanların sayı 52508 nəfər olub. Hazırda bu ölkədə 28548 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 44 milyonu keçib, 1,17 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

26
İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi, arxiv şəkli

Abbas Əraqçi: "İran Azərbaycan ərazilərinin işğal olunmasına müxalif olub"

0
(Yenilənib 21:51 28.10.2020)
İran XİN başçısının müavini: Son günlərdə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbələr, işğal olunmuş ərazilərin bir hissəsinin azad edilməsi münasibətilə Sizi təbrik etmək istəyirəm.

BAKI, 28 oktyabr - Sputnik. "Cənab Prezident, mənə vaxt ayırdığınıza görə çox təşəkkür edirəm. Hər şeydən əvvəl bu gün Bərdə şəhərinin raket hücumuna məruz qalması ilə əlaqədar həyatını itirmiş mülki insanlara, dinc insanların ölümünə səbəb olmuş bu hadisə ilə əlaqədar, orada şəhid olmuş insanlarla əlaqədar Sizə, Azərbaycan xalqına, Azərbaycan dövlətinə başsağlığı vermək istəyirəm".

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

"Siz də yaxşı bilirsiniz ki, İran İslam Respublikası elə ilk günlərdən Azərbaycanın ərazilərinin işğal olunmasına müxalif olub və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Mən özümə borc bilirəm, son günlərdə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbələr, işğal olunmuş ərazilərin bir hissəsinin azad edilməsi münasibətilə Sizi təbrik etmək istəyirəm. Bu yolda öz canını fəda edən bütün şəhidlər qarşısında baş əyirəm. Cənab doktor Həsən Ruhaninin isti salamlarını Sizə çatdırıram" , - Seyid Abbas Əraqçi bildirib.

Prezident İlham Əliyev isə öz növbəsində İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş edib.

0