Rusiyalı həkim vaksin sınaqlarının gedişi barədə məlumat verib

13
(Yenilənib 08:41 20.07.2020)
Qamaleya adına Milli epidemiologiya və mikrobiologiya tədqiqat mərkəzinin hazırlanmış vaksinin kliniki sınaqları Seçenov universitetində iyunun 18-də başlayıb.

BAKI, 20 iyul — Sputnik. Rusiyanın Seçenov universitetinin Yayım tibbi və biotexnologiyalar institutunun direktoru Vadim Tarasov RİA Novosti-yə COVID-19 vaksininin sınaqları barədə danışıb.

Tarasovun sözlərinə görə, eksperimentin bütün iştirakçıları, həm xəstəxandan buraxılanlar, həm də hələ nəzarət altında olanlar özlərini yaxşı hiss edirlər.

Sonuncuları bu gün evə buraxmaq nəzərdə tutulur. Sınağın digər iştirakçıları iyulun 15-də xəstəxananı tərk ediblər.

Qamaleya adına Milli epidemiologiya və mikrobiologiya tədqiqat mərkəzinin hazırlanmış vaksinin kliniki sınaqları Seçenov universitetində iyunun 18-də başlayıb. Vaksinin sınaqları həmçinin Rusiya Müdafiə Nazirliyinin Burdenko adında hospitalında könüllülər üzərində həyata keçirilir.

Tədqiqatda tamamilə sağlam adamlar iştirak edirlər.

13
Təcili yardım avtomobili, arxiv şəkli

Qubada koronavirus xəstəsi yerlilərini təşvişə saldı

11
(Yenilənib 18:22 27.10.2020)
Quba rayon sakini Elçin Abramov COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə bir müddət xəstəxanada müalicə alıb, daha sonra isə ona ev şəraitində müalicə təyin edilib

BAKI, 27 oktyabr — Sputnik. Evdə müalicə olunan koronavirus xəstəsi yaşayış yerini qanunsuz tərk edib. Quba rayon sakini Elçin Abramov COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə bir müddət xəstəxanada müalicə alıb, daha sonra isə ona ev şəraitində müalicə təyin edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, E.Abramov evə buraxılan zaman ona karantin qaydaları izah olunub və tətbiq olunan qaydalara riayət etməsi, eləcə də yaşayış yerini tərk etməməsi tapşırılıb.

Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib və digər insanlar üçün real təhlükə yaradıb. Polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan Elçin Abramovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb, yaşadığı ünvana qaytarılması təmin edilib və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib. Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Quba RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

11
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
DİN koronavirusla bağlı əhaliyə müraciət etdi
Son sutkada 9 nəfər COVID-19-dan vəfat edib
Koronavirusa yoluxma insanı 10 yaş qocaldır, həmçinin...
İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq
Biz şiddətli soyuqları görməmiş xəstəlik bizi "görə" bilər - yenidən qapanma mümkündür
Bakının mərkəzində tibbi maskada olan qızlar, arxiv şəkli

Biz şiddətli soyuqları görməmiş xəstəlik bizi "görə" bilər - yenidən qapanma mümkündür

51
(Yenilənib 18:00 27.10.2020)
"Avtobuslarda sıxlıq müşahidə edilir. Ona görə də iş yerlərində işçilərin sayına yeni məhdudiyyətlərin tətbiqi, bəzi xidmət sahələrinin fəaliyyətini onlayn rejimdə davam etdirməsini gözləmək olar"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 oktyabr — Sputnik. Koronavirusa yoluxma sayının artması ilə əlaqədar son günlər sosial şəbəkələrdə iş yerlərinin yenidən bağlanacağı, hətta bəzi ticarət müəssisələrinə bununla bağlı xəbərdarlıq edildiyi barədə məlumatlar yayılıb. Yayılan xəbərlərə görə, ticarət obyektlərinin sahiblərinə yenidən onlayn satışa üstünlük vermələri tövsiyə olunub.

Sputnik Azərbaycan koronavirusa yoluxma sayının artmasının karantin qaydalarında hansı sərtləşmələrə səbəb olacağını araşdırıb. Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, karantin qaydalarının yenidən sərtləşdirilməsi gözləniləndir: "Koronavirusa yoluxma sayı yenidən artır. Bunun əsas səbəbi insanların karantin qaydalarına əməl etməməsidir. Ölkədə ticarət obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyət ona görə götürüldü ki, həmin dövrdə yoluxma azalmışdı. Bundan əlavə, ticarət obyektlərinin, restoranların fəaliyyətinə karantin qaydalarına əməl etmək şərtilə icazə verildi. İnsanlar isə çox təəssüf ki, bu qaydalara əməl etmirlər. Tibbi maska, gigiyena və sosial məsafə bəzən tamamilə unudulur. Hətta biz avtobusda maskadan istifadə etməyən sərnişinləri görürük. Karantin qaydalarının kobud şəkildə pozulması isə virusa yoluxma sayını hər gün artırır. Ona görə də yoluxma bu templə davam edərsə, karantin qaydalarının sərtləşdirilməsi gözləniləndir".

Ə.Rüstəm deyir ki, həm bölgələrdə, həmçinin də paytaxtda koronavirusa yoluxmada artım müşahidə olunur. Bu isə insanların karantin qaydalarına əməl etməməsinin nəticəsidir: "Avtobuslarda sıxlıq müşahidə edilir. Ona görə də iş yerlərində işçilərin sayına yeni məhdudiyyətlərin tətbiqi, bəzi xidmət sahələrinin fəaliyyətini onlayn rejimdə davam etdirməsini gözləmək olar".

Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl da deyir ki, yoluxma sayının kəskin şəkildə artmasının başlıca səbəbi vətəndaş məsuliyyətsizliyidir:

"Hələ şiddətli soyuqları görməmişik. Bu, birbaşa vətəndaşların qoruyucu tədbirlərə əməl etməməsi ilə bağlıdır. Odur ki, karantin qaydalarına əməl etməli, profilaktik tədbirləri yerinə yetirməliyik. Əks halda, tam təcridə gedə bilərik, karantin rejimi daha da sərtləşdirilə və iş yerləri yenidən bağlana bilər. Virusun yayılmasının səbəbi əhalinin etinasızlığıdır".

Qeyd edək ki, koronavirusa yoluxmada artım səbəbindən bəzi rayonlara giriş-çıxışa məhdudiyyət tətbiq edilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə bildirdilər ki, respublika üzrə ən çox yoluxma yenə də paytaxtdadır. Amma buna baxmayaraq, rəqəmlər Bakıda yoluxma faizinin aşağı düşdüyünü göstərir. Belə ki, son rəqəmlərdə Bakıda yoluxma respublika üzrə ümumi yoluxmanın 56 faizini təşkil edirdisə, hazırda bu rəqəm 55,7 faizdir. Sonrakı yerlərdə 14,6 faizlə Abşeron, 10,4 faizlə Aran, 6,6 faizlə Gəncə-Qazax, 4 faizlə Lənkəran, 2,7 faizlə Şəki-Zaqatala, 2,4 faizlə Quba-Xaçmaz, 1,5 faizlə Dağlıq Şirvan, 1 faizlə Yuxarı Qarabağ qərarlaşıb. Rəsmi məlumata görə, ən az yoluxma 0,8 faizlə Naxçıvan Muxtar Respublikasındadır. Azərbaycandakı koronaviruslu xəstələrin 0,9 faizi ölkə xaricində yoluxanlardır. Paytaxt daxilində ən çox yoluxma isə 14,5 faizlə Binəqədi rayonundadır. Sonrakı yerlərdə 12,6 faizlə Xətai, 11,7 faizlə Yasamal, 11,6 faizlə Sabunçu, 8,7 faizlə Nəsimi, 8,1 faizlə Nərimanov, 7,9 faizlə Suraxanı, 7,2 faizlə Nizami, 7 faizlə Qaradağ, 5,7 Xəzər, 4,7 faizlə Səbail, 0,3 faizlə Pirallahı rayonları qərarlaşıb. TƏBİB koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşları diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara tam əməl etməyə çağırır.

51
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Son sutkada 9 nəfər COVID-19-dan vəfat edib
İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq
Uşaqlar hansı yaşdan etibarən maska taxmalıdırlar?
Azərbaycanda koronavirusa yoluxma niyə artır?
Ön cəbhəyə yollanan hərbçilər COVID-19 testindən keçirilir?
Qaz kalonkası, arxiv şəkli

Daha bir nazirlikdən əhaliyə müraciət

0
(Yenilənib 18:43 27.10.2020)
Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl olunmalıdır.

BAKI, 27 oktyabr — Sputnik. Havaların soyuması ilə əlaqədar olaraq əhalinin təbii qaza olan tələbatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl olunmalıdır:

qaz cihazı saz və standartlara uyğun olmalı;

cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;

havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;

hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;

tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir!

Dəm qazından zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.

Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

0