Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Koronavirus cəbhəsində itkilərimiz: 520 yeni yoluxma, daha səkkiz nəfər dünyasını dəyişdi

1652
(Yenilənib 17:54 12.07.2020)
İndiyədək ölkədə ümumilikdə 24041 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 15093 nəfər müalicə olunaraq sağalıb, 306 nəfər vəfat edib

BAKI, 12 iyul — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 520 yeni yoluxma faktı qeydə alınıb, 486 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

View this post on Instagram

A post shared by Sputnik Azərbaycan (@sputnik.az) on

İndiyədək ölkədə ümumilikdə 24041 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 15093 nəfər müalicə olunaraq sağalıb, 306 nəfər vəfat edib, 8642 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7878, ötən müddət ərzində isə  ümumilikdə 568234 test aparılıb.

1652
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (270)
Əlaqədar
Aprel döyüşlərində yüzlərlə əsgəri xilas edən həkimimizə qan lazımdır
Dünyada ilk koronavirus vaksininin sınağı bitdi
Səhnəmizin Leylisi koronavirusa yoluxub, vəziyyəti ağırdır
“Neftçi”nin keçmiş vitse-prezidenti COVID-19-dan vəfat etdi
Azərbaycanda daha bir İcra Hakimiyyətində iki məsul işçi COVID-ə yoluxub
Koronavirus vaksini, arxiv şəkli

TƏBİB rəsmisi COVID-19-a qarşı peyvənd barədə

25
Qarayeva bildirib ki, Azərbaycana qısa zamanda təsdiq olunmuş peyvəndin gətirilməsi isitqamətində işlər aparılır.

BAKI, 15 avqust — Sputnik. "Peyvəndlə bağlı çox suallar var. Tərəfimizdən iki peyvəndlə bağlı müzakirələr aparılır. Onlardan birincisi payız mövsümündə qriplə bağlı peyvənd, digəri isə COVID-19-la bağlıdır. COVID-19 üçün peyvənd zərərsiz, keyfiyyətli və təsdiqlənmiş peyvənd olmalıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 15-də keçirdiyi mətbuat konfransında qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, qısa zamanda təsdiq olunmuş peyvəndin ölkəmizə gətirilməsi isitqamətində işlər aparılır.

25
Yatmış qız, arxiv şəkli

Yuxu dərmanları öldürə bilər - Həkim

261
Duyğuları, diqqəti, yaddaşı zəiflədən yuxusuzluq doğru qərar ala bilməkdə çətinlik, diqqətsilzik, depresiya kimi ciddi nəticələrə səbəb olur.

BAKI, 15 avqust — Sputnik. Həkim məsləhəti olmadan qəbul edilən yuxu dərmanları xroniki yuxu və psixoloji pozuntulardan ölümə qədər ciddi fəsadlara səbəb ola bilər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, professor Muhammet Emin Akkoyunlu bildirib ki, həkim tövsiyəsi olmadan qəbul edilən yuxu dərmanları həqiqi yuxunu təqlid edən yalançı bir yuxu deformasiyasına səbəb olur.

"Yatmamışdan əvvəl televizora və komputerə baxmaq, beyində kortizon kimi stres hormonlarını yaradaraq yuxunu dağıdır. Duyğuları, diqqəti, yaddaşı zəiflədən yuxusuzluq düzgün qərar verə bilməkdə çətinlik, diqqətsilzik, depresiya kimi ciddi nəticələrə səbəb olur" - deyə həkim bildirib.

Həkimin fikrincə, dərmanla yuxuya getmək beyində film izlmək kimi bir görüntü yaradır.

"Yuxu real və rahatlıq verici olmalıdır. Bununla yanaşı əlavə bir xəstəliyiniz varsa, yuxu dərmanları sizə zərər verə bilər. Əlacə xəstəliyiniz olmasa belə, nəfəs almağa çətinlik yaradan bu dərmanlar ölümə qədər bir çox problemlərə yol aça bilər. Bu səbəbdən yuxu dərmanlarını dost tövsiyəsi ilə qəbul etməyin. Yuxu dərmanlarını istəklərinizlə qəbul etməyin. Keyfiyyətli yuxu gigiyena qaydalrına əməl etməkdən keçir. Yata bilmək üçün qaranlıq bir yer hazırlayın və özünüzə zaman verin. Buna baxmayaarq yata bilmirsinizsə, həkimə müraciət edin" - deyə o vurğulayıb.

261
Nişan üzükləri, arxiv şəkli

Evlənənlər "üç manat pul, bir kəllə qənd, bir molla" variantına keçməlidirlər

8
(Yenilənib 12:29 15.08.2020)
Dövlət gəlirləri və iqtisadi fəallığı kənara qoyaraq, vətəndaşların sağlamlığının qorunmasını prioritet olaraq seçir.

BAKI, 15 avqust — Sputnik. "Toylar kütləvi tədbirlər kateqoriyasına aiddir. Bu səbəbdən yalnız masa arxasında makadan istifadə edilməməsinə icazə verilir".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva deyib.

O bildirib ki, açıq havada fəaliyyət göstərən ictimai iaşə yerlərinin açılmasına icazələr veriləndə toylar nəzərdə tutulmur.

Hacıyev deyib ki, əmək tutumluluğuna görə toyların keçirilməsi müsbət addım olardı: “Lakin digər tərəfdən ölkədə epidemioloji vəziyyəti nəzərə almalıyıq. Hətta bəzilərinin emosional çıxışının da şahidi oluruq. Amma burda məsuliyyətli dövlət anlayışı da var. Dövlət gəlirləri və iqtisadi fəallığı kənara qoyaraq, vətəndaşların sağlamlığının qorunmasını prioritet olaraq seçir. İqtisadi gəlirlilik, dövlət büdcəsinə daxilolmalar kimi məsələlər kənara qoyulub".

"Mədəniyyət xadimlərinin emosional çıxışlarını da başa düşürük. Toyların hansı məqamda keçiriləcəyi ilə bağlı indi hansısa fikir söyləmək çətin olardı. Hazırda bununla bağlı qərar yoxdur”, - deyə H.Hacıyev əlavə edib.

8