Koronavirusa qarşı peyvənd, arxiv şəkli

Trampdan peyvənd açıqlaması gəldi: “Çox tezliklə...”

61
(Yenilənib 14:21 11.07.2020)
“Çox sürətli şəkildə peyvənd istehsalında yolumuz davam etdiririk, çox yaxın zamanda bunu elan edəcəyik” – deyə ABŞ Prezidenti bildirib

BAKI, 11 iyul — Sputnik. ABŞ Prezidenti Donald Tramp çox yaxın zamanda koronavirusa qarşı peyvəndin elan ediləcəyini açıqlayıb.

Sputnik Azərbaycan NTV-yə istinadla xəbər verir ki, ABŞ Prezidenti qısa müddətdə peyvənd istehsalında çox yol qət etdiklərini bildirib: "Hazırda koronavirusa qarşı bir çox təsirli müalicə metodları var və bir çoxu da təkmilləşdirilir. Çox sürətli şəkildə peyvənd istehsalında yolumuz davam etdiririk, çox yaxın zamanda bunu elan edəcəyik".

Donald Tramp məktəblərin payız ayında açılmasının vacib olduğunu söyləyib: "Demokratlar məktəblərin açılmasını istəmir, çünki bunun noyabrda keçiriləcək seçkilərdə onlara dəstək olacağını düşünürlər. Ancaq mən bunun seçkilərdə demokratlara zərər verəcəyini düşünürəm. Məktəbləri açın!".

61
Mövzu:
Dünyanı cənginə almış bəla (528)

Bir neçə şəhər rayonda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı

39
Qərarın 2 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılmasının müddəti 2020-ci il dekabrın 14-ü saat 06.00-dək uzadılır

BAKI, 5 dekabr - Sputnik. Azərbaycanda sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusui karantin rejiminin müddətinin uzadılmasına dair qərar qəbul edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 336 nömrəli Qərarda müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən, Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində Qərarın 2 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılmasının müddəti 2020-ci il dekabrın 14-ü saat 06.00-dək uzadılır.

Qeyd edək ki, əvvəl bu müddət dekabrın 7-si saat 06:00-dək müəyyən edilmişdi.

39
Teqlər:
Xaçmaz, Quba, İsmayıllı, Masallı, Cəlilabad, Biləsuvar, Zaqatala, Qax, Lənkəran, Şəki, sərt karantin rejimi
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirus: bir sutkada 4323 xəstə aşkarlandı

17
Ümumilikdə Azərbaycanda indiyədək 142 323 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 85 980 nəfər müalicə olunaraq sağalıb, 1593 nəfər vəfat edib

BAKI, 5 dekabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 323 yeni yoluxma faktı qeydə alınıb, 2 180 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.

Ümumilikdə Azərbaycanda indiyədək 142 323 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 85 980 nəfər müalicə olunaraq sağalıb, 1593 nəfər vəfat edib. Aktiv xəstə sayı 54750 nəfərdir.

Ölkədə son sutka ərzində 20778, hazırkı dövrədək isə 1 817 804 test aparılıb.

17
Teqlər:
ölənlər, Azərbaycan, yoluxma, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Mixail Qorbaçov

Qorbaçovu artıq qohumları da ziyarət etmirlər

0
(Yenilənib 19:45 05.12.2020)
Qorbaçovun qızı və iki qız nəvəsi Almaniyada yaşayır, Rusiyaya gəlmirlər. Siyasətçi özü də harayasa getmək iqtidarında deyil.

BAKI, 5 dekabr - Sputnik. SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçovu artıq qohumları ziyarət etmirlər. İndi onun üçün ən yaxın adam köməkçisi olub. Sputnik Azərbaycan bildirir ki, "MK"nın jurnalistləri Vitali Manskinin "Qorbaçov. Cənnət" filminə baxandan sonra bu qənaətə gəliblər. 

Qorbaçov hökumətin ömürlük istifadə üçün ayırdığı xidməti evdə tək yaşayır. Bina mühafizə olunur və hündür hasarla əhatə olunub. 

Filmdə Qorbaçov etiraf edir ki, nəvələri ona baş çəkmirlər. Qocalmış siyasətçinin durumu elə də yaxşı deyil, kreslodan güclə qalxır və xüsusi qurğunun hesabına hərəkət edir. İkinci mərtəbəyə qalxmaq üçün liftdən istifadə edir, əks halda yataq otağına getmək üçün bir saat sərf etməli olur. 

 

Qorbaçovun qızı və iki qız nəvəsi Almaniyada yaşayır, Rusiyaya gəlmirlər. Siyasətçi özü də harayasa getmək iqtidarında deyil.

Uzun illər Qorbaçovla işləyən Pavel Palajçenko onun niyə qohumlarıyla görüşmədiyini izah edib. Onun sözlərinə görə, Qorbaçov koronavirusa yoluxmaqdan qorxduğundan özünütəcriddədir. 

"İndi kim gəlir ki? İndi təyyarələr uçmur, ona görə", - Palajçenko deyib. 

Onun sözlərinə görə, emidemioloji situasiya yaxşılaşan kimi qohumları mütləq Qorbaçova baş çəkəcəklər.

0
Teqlər:
qohumlar, Rusiya, Mixail Qorbaçov