CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir həkimimiz COVİD-19-a yoluxdu

© AFP 2023 / JAIME REINAДоктор одной из поликлиник, фото из архива
Доктор одной из поликлиник, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
100-lərlə xəstəni xilas edən həkimə dəstək lazımdır 100-lərlə xəstəni xilas edən həkimə dəstək lazımdır

BAKI, 8 iyul — Sputnik. Anestezioloq Cavid Paşayev də COVİD-19-a yoluxub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə həkimin həmkarları məlumat paylaşıblar. C.Paşayevin həmkarı Elgün Əhmədov bunları yazıb: "Azərbaycan Tibb Universitetinin anestezioloqu Cavid Paşayev üçün əlimizdə, kənarda ən effektiv vasitələrdən nə varsa maksimum istifadə edəcəyik. COVID xəstələri nəzərə alınmaqla "High Flow Oxygen Therapy" əlavə applikasiya tətbiq olunaraq yeni istehsal olunan son model cihaz Cavid doktor üçün göndəriləcək".

Qeyd edək ki, bunadək 100-lərlə xəstəni xilas edən COVID-19-a yoluxan həkim bunadək də özünün sosial şəbəkə hesabından mütəmadi olaraq insanlara diqqətli olmağı, tələblərə əməl etməyi səsləyib.

"Cavid doktor vaxt tapan kimi də ayrı xəstəxanalarda həkim dostlarına köməyə gedirdi. İndi özü yoluxub. Neçə gün öz reanimasiya şöbəsində qalıb. 3 günün içində virus proqress edib, ciyərinin əksəriyyəti zədələnib. Vəziyyəti pisdir. Əlaqədar qurumların da diqqətinə çatdıraq ki, bu cür insanların müalicəsinə, hər cür avadanlığa qoşulmasına göstəriş verilsin", - deyə xəstəliyə yoluxan həkim haqda paylaşılan digər statuslarda qeyd olunub.

Xəbər lenti
0