Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Baş nazirin nümayəndəsi: Qaydalara məhəl qoymamağın bədəlini ödəyəcəyik

© AP Photo / Mahmoud IlleanСитуация в связи с эпидемиологической обстановкой в Израиле
Ситуация в связи с эпидемиологической обстановкой в Израиле - Sputnik Azərbaycan
Abunə olmaq
Benyamin Netanyahunun səlahiyyətli nümayəndəsi Natan Eşel israilliləri koronavirusun yenidən alovlanmasına görə ittiham edib.

BAKI, 9 iyul – Sputnik. İsrailin baş naziri Benyamin Netanyahunun səlahiyyətli nümayəndəsi Natan Eşel israilliləri koronavirusun yenidən alovlanmasına görə ittiham edib. Bu barədə Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir.

"Təlimatları dinləməyən, maskaları taxmayan, gecə klublarında və damlarda, çimərlikdə və digər ictimai yerlərdə şənlənən insanların böyük əksəriyyəti yaranmış vəziyyətə görə günahkardır", - deyə Eşel jurnalistlərə bildirib.

O, həmçinin bizneslərinə qoyulan məhdudiyyətlərə və maliyyə yardımının olmamasına qəzəblənən biznesmenləri də tənqid edib.

"Hökumət kömək etmək istəyirdi, amma onlar qaydalara məhəl qoymadılar. İndi biz hamımız iqtisadi və şəxsi bədəl ödəyəcəyik", - deyə o əlavə edib.

Bundan əvvəl Eşel Netanyahunun qərargah rəisi olub və 2012-ci ildə seksual xarakterli ittihamlara görə istefaya gedib. Buna baxmayaraq o, baş nazirlə işləməyə davam edib və ötən il ərzində koalisiya danışıqlarında əsas rol oynayıb.

Xəbər lenti
0