CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda yenə həkim koronavirusdan dünyasını dəyişdi

© AP Photo / Ted S. WarrenВрач одной из поликлиник, фото из архива
Врач одной из поликлиник, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Özü neçə xəstə uşağı sağaltdı. Amma bu gün gözünü yumdu dünyaya. Biz səndən sonra kimdən yardım istəyəcəyik?"

 

BAKI, 7 iyul — Sputnik. Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə aparıcı Yusif Kərimli özünün "Facebook" profilində paylaşım edib. O bildirib ki, bibisi, həkim-pediatr Gülnarə Xəlilova ötən gün vəfat edib: "Dünən yazıq bibi bizə söz verdi ki, 10 gün dözə bilsə, virusa qalib gələcək. Amma 1 gün də olsa, dözə bilmədi. Lənətə gəlmiş şəkər imkan vermədi. Özü neçə xəstə uşağı sağaltdı. Amma bu gün gözünü yumdu dünyaya. Biz səndən sonra kimdən yardım istəyəcəyik? Niyə belə tez təslim oldun virusa, bibi? Sənin pozitivliyini kim verəcək bizə? Həmişə mənə möhkəm olmağı aşılayırdın, özün niyə möhkəm ola bilmədin!".

Qeyd edək ki, həkim-pediatr şəkər xəstəliyindən də əziyyət çəkirdi.

Xəbər lenti
0