Yenə artdı: Azərbaycanda COVID-19-dan daha 7 nəfər dünyasını dəyişdi

266
(Yenilənib 19:49 01.07.2020)
İndiyədək ölkədə ümumilikdə 18112 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10061 nəfər müalicə olunaraq sağalıb, 220 nəfər vəfat edib

BAKI, 1 iyul — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 588 yeni yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

View this post on Instagram

A post shared by Sputnik Azərbaycan (@sputnik.az) on

İndiyədək ölkədə ümumilikdə 18112 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10061 nəfər müalicə olunaraq sağalıb, 220 nəfər vəfat edib, 7831 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6682, ötən müddət ərzində isə ümumilikdə 488852 test aparılıb.

266
Teqlər:
yoluxma, Azərbaycan, COVID-19, Koronavirus
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (301)
Əlaqədar
AzTV-nin 7 əməkdaşı koronavirusa yoluxub, 1-i ölüb
Təsdiq olundu! Maska koronavirusa yoluxma ehtimalını bu qədər azaldırmış
Koronavirus, isti keçən havalar və günvurma – Hər şey qəsdimizə durub
Koronavirusun qadın "məhəbbəti" - nə bəladır, kimsə baş açmır
Koronavirus pandemiyası 1998-ci ildəki vəziyyəti xatırladır – Qref
Laboratoriya işçiləri, arxiv şəkli

Azərbaycanda cəmi 38 yeni yoluxma qeydə alınıb

29
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 40061 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37725 nəfər müalicə olunaraq sağalıb, 588 nəfər vəfat edib, aktiv xəstə sayı 1748 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2382, bu günə qədər isə ümumilikdə 1104783 test icra olunub.

29
Evdə xəstə

Qriplə soyuqdəymənin fərqi bu imiş

68
(Yenilənib 03:44 28.09.2020)
Soyuqdəymənin əlamətləri isə fərqlidir. Soyuqdəymə zamanı boğaz ağrıyır, səs tutulur, baş ağrıları müşahidə edilir.

BAKI, 28 sentyabr — Sputnik. "Qrip zamanı soyuqdəymədən fərqli olaraq, yüksək temperatur uzun müddət qalır və hətta temperaturu azaldan dərman qəbul edən zaman belə azalmır".

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə həkim Pyotr Davıdov danışıb.

O qeyd edib ki, qrip zamanı xəstənin gözlərində qızartı, sinədən gələn öskürək, əzələlərdə əzginlik və burun qanaxması müşahidə edilə bilər.

"Soyuqdəymənin əlamətləri isə fərqlidir. Soyuqdəymə zamanı boğaz ağrıyır, səs tutulur, baş ağrıları müşahidə edilir. Öskürək və ürəkbulanma yaranır", - deyə o bildirib.

Davıdov əlavə edib ki, vaxtında həkimə müraciət edilərsə, qrip 4-5 günə sağalır. Ancaq xəstələnməmək üçün peyvəndləmə vacibdir.

68
Teqlər:
hərarət, öskürək, fərq, soyuqdəymə, qrip
Əlaqədar
Heç yenisindən özümüzü qoruya bilmirik, köhnəsi də özünü yetirib
Qripə qarşı vaksinlər gəlir - Peyvəndlənək, ya yox?
Birinci Dünya Müharibəsində ölümlərin sayının artması bu səbəbdən olub
ÜST payız əvəzinə xoxan gözləyir, bizim həkim "qorxma, qoçağım" deyir
İki məşhur ürək dərmanını təhlükəli saydılar
Bakı metrosu, arxiv şəkli

Metronun saatları məlum oldu

0
(Yenilənib 18:13 28.09.2020)
Nazirlər Kabinetinin Azərbaycanda xüsusi karantin rejiminin müddətinin uzadılması ilə əlaqədar qərarına uyğun olaraq, 2 noyabr saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

BAKI, 28 sentyabr — Sputnik. Oktyabrın 3-ü saat 00:00-dan 5 oktyabr saat 06:00-dək, 10 oktyabr saat 00:00-dan 12 oktyabr saat 06:00-dək, 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr 2 saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti qərar verib.

Qeyd edək ki, Nazirlər Kabineti Azərbaycanda xüsusi karantin rejiminin müddətinin noyabrın 2-dək uzadılması barədə qərar qəbul edib.

0
Əlaqədar
Maskalar, məsafə, təhlükəsizlik: Bakı metrosu yenidən işə düşüb
Bakıda ictimai nəqliyyatın hərəkəti hərbi vəziyyətə uyğunlaşdırılır