Evdə xəstələnən qız, arxiv şəkli

TƏBİB-dən evdə müalicə olunan koronavirus xəstələrinə XƏBƏRDARLIQ

62
(Yenilənib 12:27 27.06.2020)
Evdə müşahidə edilməyə dair iltizam sənədində qaydalar da müəyyənləşib. Qeyd olunub ki, müşahidə müddətində evi tərk etmək və ziyarətçi qəbul etmək qəti qadağandır. Bu prosesə xüsusi mobil tətbiq vasitəsilə nəzarət edilir

BAKI, 27 iyun — Sputnik. Evdə müalicəyə cəlb olunan koronavirus xəstələrindən alınan iltizam sənədinin forması açıqlanıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, "Evdə müşahidə edilməyə dair iltizam" sənədi şəxsdən analiz götürülən müddətdən etibarən imzalanır. Sənəd analiz nümunəsi götürülən zaman 2 nüsxədə doldurulur. Sənəddə müşahidə olunan şəxsə aid bəzi məlumatlar qeyd olunur.

Evdə müşahidə edilməyə dair iltizam sənədində qaydalar da müəyyənləşib. Qeyd olunub ki, müşahidə müddətində evi tərk etmək və ziyarətçi qəbul etmək qəti qadağandır. Bu prosesə xüsusi mobil tətbiq vasitəsilə nəzarət edilir. Tibb işçisinin müraciəti zamanı dürüst məlumatları verməklə, həkim məsləhətlərinə ciddi riayət edilməlidir.

Mobil tətbiq mütləq qaydada yüklənilməlidir. Tibbi məsləhətə ehtiyac yarandığı təqdirdə ailə/sahə həkiminə müraciət edilməlidir.

Mobil tətbiqin aktiv olması, təyin olunan vaxt müddətində elektron məruzələrin göndərilməsi və s. bundan irəli gələn məsələlərin icrası mütləqdir. Təqdim edilən təlimata uyğun şəxsi gigiyena qaydalarına ciddi riayət edilməlidir və olduğu yerdən asılı olmayaraq tibbi maska istifadəsi mütləqdir. Müşahidəsi evdə aparılan xəstələr sağalana qədər onların sağlamlıq vəziyyəti ailə/sahə həkimi tərəfindən nəzarətdə saxlanılır. Təqdim edilən təlimatın digər müddəalarına riayət edilməlidir.

Qeyd olunub ki, sənəd iki halda - şəxsin laborator testin nəticəsi "neqativ" olduqda və həkim qərarı ilə şəxsin müalicə üçün xüsusi rejimli xəstəxanaya keçirildiyi vaxtdan etibarən qüvvədən düşür.

Karantin rejimini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

62
Əlaqədar
SMS icazə sistemi ilə bağlı mühüm dəyişiklik edildi
TƏBİB rəsmisi: "Ailələrdə böyüklərdə test mənfi, uşaqlarda müsbət çıxır"
Koronaviruslu xəstələrin evdə müalicəsi - Hər kəs özünə həkimlik edir
Xüsusi karantinlə bağlı qərara DƏYİŞİKLİK edildi
Evdə müalicə alan xəstələrə sahə həkimləri nəzarət edəcəklər
 COVİD-19 xəstəsi, arxiv şəkli

Reanimasiyaya yerləşdirilən xəstələrimizin sayı artıb

13
(Yenilənib 22:07 09.07.2020)
Azərbaycanda 548 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 491 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

BAKI, 9 iyul – Sputnik. Azərbaycanda süni tənəffüs cihazında olan koronavirus xəstələrinin sayı 59 nəfərdir.

Bu barədə Sputnik Azərbaycan-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər verir.

Qeyd edilir ki, xəstəxanaların reanimasiya şöbələrində müalicə edilən xəstələrin sayı 329 nəfərə çatıb. Xatırladaq ki, dünən xəstəxanaların reanimasiya şöbələrində müalicə edilən xəstələrin sayı 317 nəfər idi.

Azərbaycanda 548 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 491 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 22 464 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13 591 nəfər müalicə olunaraq sağalıb, 284 nəfər vəfat edib, 8 589 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 7 505 koronavirus testi aparılıb.

13
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Qrafiti, arix şəkli

Koronavirusa qarşı yeni dərmanlar tapıldı

312
(Yenilənib 19:57 09.07.2020)
Florida və Arizona universitetlərinin alimləri SARS-CoV-2-yə qarşı bir neçə potensial dərman tapıblar və onlar insan hüceyrələrində koronavirus replikasiyasını məhv etmək qabiliyyətinə malikdir.

BAKI, 9 iyul — Sputnik. Cənubi Florida Universitetinin alimləri və onların Arizona Universitetindən olan həmkarları SARS-CoV-2-yə qarşı bir neçə potensial dərman tapıblar. 

Aşkar edilmiş birləşmələr insan hüceyrələrində koronavirus replikasiyasını məhv etmək qabiliyyətinə malikdir. Bu barədə "Cell Research" jurnalında dərc olunan məqalədə bildirilir.

Tədqiqatçılar FDA (Qida və Dərman Administrasiyası, ABŞ ) tərəfindən təsdiqlənmiş və Hepatit C-yə qarşı istifadə olunan boseprevir, həmçinin GC-376 antivirus preparatı, virusun çoxalmasında və yeni hüceyrələrin yoluxmasında əsas rol oynayan Mpro-nun virus proteazına yönəldilib. Mütəxəssislər uzun müddətdir ki, Mpro-nu SARS-CoV-2 viruslarına oxşar, SARS və MERS-lərin yaranmasına səbəb olan genetik oxşarlıqlara qarşı yönəldilmiş dərmanların hədəfi hesab edirlər. GC-376 isə yoluxucu peritonitə səbəb olan ölümcül koronavirusa yoluxmuş pişiklərin müalicəsi üçün potensial bir dərmandır.

Koronavirusa qarşı preparatlara başqa namizədlər isə II və XII kalpain inhibitorlarıdır. Onlar həmçinin şiş əleyhinə aktivliyə malikdirlər, neyrodegenerativ xəstəliklərin müalicəsinə kömək edirlər və antiviral təsirə malikdirlər.

312
Mövzu:
Dünyanı cənginə almış bəla
Dərslərini etdən məktəbli, arxiv şəkli

Sizin əlinizdədir! Uşaqların riyazi bacarıqları valideynlərin davranışından asılıdır

0
(Yenilənib 00:35 10.07.2020)
Alimlər uşaqların hansı şəraitdə yaşadığını və valideynləri ilə münasibətlərinin necə olduğunu araşdırıb və bu infomasiyaları riyazi testlərin nəticələri ilə uyğunlaşdırıb.

BAKI, 9 iyul — Sputnik. Böyük Britaniyanın Uels universitetinin nümayəndələri uşaqların elmə, eyni zamanda riyazi elmlər üzrə bacarıqlarını artırma yollarını müəyyən edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırmaya 1991-ci il aprelin 1-dən 1992-ci il dekabrın 21-nə qədər doğulan uşaqlar cəlb edilib.

Müəyyən edilib ki, öyrənmə bacarığına ailə vəziyyəti birbaşa təsir edir.

Alimlər uşaqların hansı şəraitdə yaşadığını və valideynləri ilə münasibətlərinin necə olduğunu araşdırıb və bu informasiyaları riyazi testlərin nəticələri ilə uyğunlaşdırıblar.

Araşdırma müəllifləri müəyyən ediblər ki, uşaqları ilə harmoniya ilə işləməyi bacaran valideynlərin uşaqları böyük nailiyyətlər əldə edə bilirlər. Buna validyenlərin təhsil səviyyəsi də təsir edir.

Daha əvvəl isə alimlər ətirli çubuqların daha effektiv təhsil almağa təsir etdiyini açıqlamışdı. Müəyyən edilmişdi ki, məşğələ zamanı məkanın qızılgül ətirli olması uşaqlara daha çox motivasiya verir.

0