Bakıda xüsusi karantin rejimi zamanı tibbi maskada olan insanlar, arxiv şəkli

Maska sipərə alternativ - Bahalı şübhəli

381
(Yenilənib 18:19 27.06.2020)
Artıq bu vasitənin COVİD-19 əleyhinə sınağı da uğurla həyata keçirilib. Bunların həm uşaq, həm də böyük üçün olanları artıq satışa çıxarılıb

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 27 iyun — Sputnik. Bu gün bütün dünyada pandemiyanın qarşısının alınması üçün sosial məsafənin gözlənilməsi, maska taxılması tövsiyə olunur. Artıq bir çox ölkələrdə bütün bunlar məcburi hala gətirilib. Lakin bu gün maska, sipərə alternativ olaraq qorunmaq üçün daha yeni bir vasitəyə əl atılıb ki, bu da "Air Doctor" (hərfi mənası: hava həkimi) adlanır.

Tibbi maskalar, arxiv şəkli
© AP Photo / MTI / Zsolt Czegledi

İddiaya görə, içi dərmandan ibarət olan kart formasında paketlənmiş bu vasitəni boyundan asaraq havadan gələ biləcək virusların qarşısını almaq mümkün olacaq. Bu vasitə həm virusların qarşısının alınması, təmizlənməsi, həm də dezodorasiyasıdır. Belə ki, "Air Doctor"un tərkibində olan bərk xlorid dioksid həmin şəxsin ətraf mühitini mikroorqanizmlərdən azad edərək, virusdan qorunmaq üçün bir şərait yaradır. Məlumata görə, xlor dioksid sırf Covid-19-la mübarizədə də ən böyük antibakterial təsirə malikdir. Bundan başqa, bu vasitə insan orqanizmi üçün az toksiklik dərəcəsinə sahibdir.

Sputnik Azərbaycan-ın məlumatına görə, artıq bu vasitənin COVİD-19 əleyhinə sınağı da uğurla həyata keçirilib. Bunların həm uşaq, həm də böyük üçün olanları satışa çıxarılıb.

Hazırda dünyada növündən asılı olaraq bu qoruyucu kartların qiyməti 4-6 dollar arasında dəyişilir. İlk dəfə olaraq Yaponiya texnologiyası ilə istehsal olunan və bazara çıxarılan bu məhsul artıq Azərbaycanda da satılır. Əksər apteklərdə olmasa da, artıq bəzi yerli apteklər bu vasitənin satışını həyata keçirir. Qiyməti 30 manat olan "Air Doctor"un nə dərəcədə qoruyucu olub-olmaması da maraq doğurur.

Əlaqə saxladığımız apteklər bu qoruyucu vasitələrin çox qısa zamanda ölkəmizdə satışına başlanıldığını və istifadə üçün zərərsiz olduğunu, isitfadəyə təsdiqləndiyini deyirlər: "Artıq bir aydır ki, "Air Doctor"un satışına başlamışıq. Öncəki günlərlə müqayisədə artıq alıcılıq qabiliyyəti daha yüksəkdir. Qiymət isə hələlik standart olaraq 30 manatdır".

Tibb üzrə ekspert Adil Qeybulla isə bu preparatların faydasının hələlik təsdiqlənmədiyini bilddirib:

“Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bu cür vasitələr ciddi olaraq qəbul edilmir. Hələlik koronavirusun profilaktikasında bu vasitənin effektivliyi təsdiqlənməyib. Onun tərkibində olan xlor dioksid də antiseptik effektə malik ola bilər. Buna qalsa, adi dezinfeksiyaedici məhlulların hamısı virusu öldürür. Amma bir məsələ də var, müəyyən toksiki maddələrin olduğu mühitdə oturmaq da insan səhhəti üçün düzgün deyil. Çünki belə hava ilə nəfəs almaq zərərlidir. Bundan başqa, ümumiyyətlə, virus havada yalnız bir neçə saniyə qalır. Əgər bir xəstə insan danışır, asqırırsa, öskürürsə belə, virus havada uzun müddət qalmır. Yəni, virus havada uzun müddət qalmır ki, bu vasitələr onu öldürsün”.

“Hətta açıq havada sosial məsafə gözlənilirsə, heç maska taxmağa da ehtiyac yoxdur. Virus hava-damcı yolu ilə insana keçir və onun hüceyrəsində yaşayır”, - deyə A.Qeybulla əlavə edib. Həkim COVID-19-la mübarizədə malyariya üçün nəzərdə tutulan preparatların da faydalı olduğu deyildiyini diqqətə çatdırıb: "Hazırda həmin preparat satışda olsa da, bunların heç biri birmənalı olaraq xəstəliyin müalicəsi və profilaktikası üçün qəbul olunmayıb”.

381
Əlaqədar
Bəla üzərində pul qazananlar – Taxdığımız hər maska virusdan qorumurmuş
Bütöv klinikanı əvəz edəcək: Türkiyədə ağıllı maska yaradıldı
Baş Nazirə də aman yoxdur - Qapalı məkanda maska taxmadı, cərimələdilər
ABŞ-da qaradərililərə maskasız gəzməyə icazə verildi
Maskalara görə cərimələr artırıla bilər
 COVİD-19 xəstəsi, arxiv şəkli

Reanimasiyaya yerləşdirilən xəstələrimizin sayı artıb

13
(Yenilənib 22:07 09.07.2020)
Azərbaycanda 548 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 491 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

BAKI, 9 iyul – Sputnik. Azərbaycanda süni tənəffüs cihazında olan koronavirus xəstələrinin sayı 59 nəfərdir.

Bu barədə Sputnik Azərbaycan-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər verir.

Qeyd edilir ki, xəstəxanaların reanimasiya şöbələrində müalicə edilən xəstələrin sayı 329 nəfərə çatıb. Xatırladaq ki, dünən xəstəxanaların reanimasiya şöbələrində müalicə edilən xəstələrin sayı 317 nəfər idi.

Azərbaycanda 548 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 491 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 22 464 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13 591 nəfər müalicə olunaraq sağalıb, 284 nəfər vəfat edib, 8 589 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 7 505 koronavirus testi aparılıb.

13
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Qrafiti, arix şəkli

Koronavirusa qarşı yeni dərmanlar tapıldı

316
(Yenilənib 19:57 09.07.2020)
Florida və Arizona universitetlərinin alimləri SARS-CoV-2-yə qarşı bir neçə potensial dərman tapıblar və onlar insan hüceyrələrində koronavirus replikasiyasını məhv etmək qabiliyyətinə malikdir.

BAKI, 9 iyul — Sputnik. Cənubi Florida Universitetinin alimləri və onların Arizona Universitetindən olan həmkarları SARS-CoV-2-yə qarşı bir neçə potensial dərman tapıblar. 

Aşkar edilmiş birləşmələr insan hüceyrələrində koronavirus replikasiyasını məhv etmək qabiliyyətinə malikdir. Bu barədə "Cell Research" jurnalında dərc olunan məqalədə bildirilir.

Tədqiqatçılar FDA (Qida və Dərman Administrasiyası, ABŞ ) tərəfindən təsdiqlənmiş və Hepatit C-yə qarşı istifadə olunan boseprevir, həmçinin GC-376 antivirus preparatı, virusun çoxalmasında və yeni hüceyrələrin yoluxmasında əsas rol oynayan Mpro-nun virus proteazına yönəldilib. Mütəxəssislər uzun müddətdir ki, Mpro-nu SARS-CoV-2 viruslarına oxşar, SARS və MERS-lərin yaranmasına səbəb olan genetik oxşarlıqlara qarşı yönəldilmiş dərmanların hədəfi hesab edirlər. GC-376 isə yoluxucu peritonitə səbəb olan ölümcül koronavirusa yoluxmuş pişiklərin müalicəsi üçün potensial bir dərmandır.

Koronavirusa qarşı preparatlara başqa namizədlər isə II və XII kalpain inhibitorlarıdır. Onlar həmçinin şiş əleyhinə aktivliyə malikdirlər, neyrodegenerativ xəstəliklərin müalicəsinə kömək edirlər və antiviral təsirə malikdirlər.

316
Mövzu:
Dünyanı cənginə almış bəla
Dərslərini etdən məktəbli, arxiv şəkli

Sizin əlinizdədir! Uşaqların riyazi bacarıqları valideynlərin davranışından asılıdır

0
(Yenilənib 00:35 10.07.2020)
Alimlər uşaqların hansı şəraitdə yaşadığını və valideynləri ilə münasibətlərinin necə olduğunu araşdırıb və bu infomasiyaları riyazi testlərin nəticələri ilə uyğunlaşdırıb.

BAKI, 9 iyul — Sputnik. Böyük Britaniyanın Uels universitetinin nümayəndələri uşaqların elmə, eyni zamanda riyazi elmlər üzrə bacarıqlarını artırma yollarını müəyyən edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırmaya 1991-ci il aprelin 1-dən 1992-ci il dekabrın 21-nə qədər doğulan uşaqlar cəlb edilib.

Müəyyən edilib ki, öyrənmə bacarığına ailə vəziyyəti birbaşa təsir edir.

Alimlər uşaqların hansı şəraitdə yaşadığını və valideynləri ilə münasibətlərinin necə olduğunu araşdırıb və bu informasiyaları riyazi testlərin nəticələri ilə uyğunlaşdırıblar.

Araşdırma müəllifləri müəyyən ediblər ki, uşaqları ilə harmoniya ilə işləməyi bacaran valideynlərin uşaqları böyük nailiyyətlər əldə edə bilirlər. Buna validyenlərin təhsil səviyyəsi də təsir edir.

Daha əvvəl isə alimlər ətirli çubuqların daha effektiv təhsil almağa təsir etdiyini açıqlamışdı. Müəyyən edilmişdi ki, məşğələ zamanı məkanın qızılgül ətirli olması uşaqlara daha çox motivasiya verir.

0