Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Tramp: “Koronavirus əleyhinə vaksin ilin sonuna qədər hazır olacaq”

© REUTERS / Joshua RobertsПрезидент США Дональд Трамп в эфире телеканала Fox News
Президент США Дональд Трамп в эфире телеканала Fox News - Sputnik Azərbaycan
Abunə olmaq
"Mən düşünürəm ki, bizdə bu məsələyə cavab çox sürətli olacaq. Düşünürəm ki, bu, hətta cari ilin başa çatmasına qədər olacaq", - dövlət başçısı cavab verib.

BAKI, 26 iyun – Sputnik. ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlarda koronavirus vaksininin cari ilin sonuna kimi hazırlanacağını nəzərdə tutur. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə o, seçicilərlə “Fox News" telekanalı tərəfindən təşkil edilmiş görüşdə bildirib.

Лаборатория, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Ən böyük vaksin istehsalçısından ümidverici xəbər

Prezidentdən ABŞ-da COVID-19 vaksininin hazırlanmasının hansı mərhələdə olduğu soruşulub. "Mən düşünürəm ki, bizdə bu məsələyə cavab çox sürətli olacaq. Düşünürəm ki, bu, hətta cari ilin başa çatmasına qədər olacaq", - dövlət başçısı cavab verib.

ABŞ-ın federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin məlumatına görə, Birləşmiş Ştatlarda koronavirusa demək olar, 2,4 milyon yoluxma qeydə alınıb, təhlükəli infeksiyadan 122,1 mindən çox insan ölüb.

ABŞ dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə birinci yerdədir. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0