Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İki günlük evə qapanma heç bir nəticə verməyib - Rəsmi

Abunə olmaq
"Dünən daha 438 nəfərin koronavirusa yoluxma qeydə alındı. Bu da indiyə qədər sutka ərzində qeydə alınan ən yüksək göstəricidir"

BAKI, 20 iyun — Sputnik. Azərbaycanda koronavirusdan həyatını itirənlərin sayı 143-ə çatıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifiqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib: "Bu günə kimi bu virusdan itirdiyimiz xəstələrin sayı 143-ə çatıb. Dünən də 4 nəfər bu virusdan vəfat edib. Dünən daha 438 nəfərin koronavirusa yoluxma qeydə alındı. Bu da indiyə qədər sutka ərzində qeydə alınan ən yüksək göstəricidir. Aktiv xəstələrin sayı 5 min 299 nəfərə, ümumi yoluxanların sayı 11 min 767 nəfərə çatıb".

Y.Qarayeva deyib ki, iki həftə ard-arda tətbiq edilən iki günlük evə qapanma heç bir nəticə verməyib: "Təəssüf hissi ilə bildirmək istəyirik ki, bunun nəticəsini görə bilmədik".

Qeyd edək ki, brifinqdə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN-Xidmət) sədri Ülvi Mehdiyev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva iştirak edirlər.

Xəbər lenti
0