Tibb işçisi, arxiv şəkli

Homo sapiensin XXI əsr həyatı: pandemiya dövründə xəstəxana ovu başlayacaq

217
"Əgər hansısa rayon xəstəxanası bağlanıbsa, xəstə o rayona yaxın yerləşən rayonlardakı xəstəxanalara yönləndirilir. Bu məsələlər hamısı tənzimlənir"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 14 iyun — Sputnik. Azərbaycanda koronavirus aşkarlanan xəstələrin statistikası böyüdükcə, bu prosesə cəlb olunan tibb müəssisələrinin də sayı artır. Yoluxmanın sürətlə artması səbəbindən artıq koronaviruslu xəstələrin müalicəsinə özəl tibb müəssisələri də cəlb olunub. Bunlar Mərkəzi Neftçilər Xəstəxanası və Mərkəzi Gömrük Hospitalıdır. Qeyd edək ki, artıq dövlət xəstəxanalarının da bir qismi pandemiya üçün ayrıldığından xəstə qəbul etmir. Bu vəziyyətdə yaranan əsas suallardan biri digər xəstəlikləri olan vətəndaşların müalicəsi üçün yaranacaq xəstəxana çatışmazlığıdır.

Bəs görəsən, bu problemi əngəlləmək üçün hansı tədbirlər görülür?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin  (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda ümumilikdə 33 karantin və pandemiya müəssisəsi, eləcə də 10 modul xəstəxana koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün ayrılıb. R. Əliyevanın sözlərinə görə,  bu prosesə özəl tibb müəssisələrindən Mərkəzi Neftçilər Xəstəxanası və Mərkəzi Gömrük Hospitalı da cəlb edilib.

R. Əliyeva həmçinin qeyd edib ki, xəstəxanaların pandemiya üçün ayrılması digər xəstəlikləri olanlar üçün problem yaratmır. O bildirib ki, bu məsələ tənzimlənir: "Əgər hansısa rayon xəstəxanası bağlanıbsa, xəstə o rayona yaxın yerləşən rayonlardakı xəstəxanalara yönləndirilir. Bu məsələlər hamısı tənzimlənir".

Aramızda "ölüm bombaları" dolaşır: iki həftə sonra partlaya bilər>>

Professor Adil Qeybulla isə deyir ki, hələ ki dövlət xəstəxanalarının bir qismi pandemiya üçün ayrılıb. Onun sözlərinə görə, virusun bu templə artımı gələcəkdə xəstəxana çatışmazlığı yarada bilər: "Məsələ bundadır ki, əvvəlcədən Tibb Universitetinin tədris korpuslarının müalicə işinə ayrılması yanlış idi. Həmin binalarda normal ventilyasiya imkanı yoxdur. Həmçinin orada tələbələr dərs keçməlidirlər. Bir qisim xəstəxananın pandemiya üçün ayrılması hələ ki xəstələr üçün elə böyük problem yaratmır. Xəstələr digər klinikalara yönləndirilirlər. Amma belə davam etsə, təbii ki, bizdə də xəstəxana çatışmazlığı yarana bilər. Çünki insanlar tələblərə əməl etmir, koronavirusun varlığına belə inanmırlar. Bu halda bizim xəstəxana çatışmazlığı yaşayacağımız real görünür. Bu da digər xəstəlikləri olanlar üçün problemlər yaradacaq. Həmin xəstələr məcbur olacaqlar ki, özəl tibb müəssisələrinə müraciət etsinlər. Buna da hər kəsin maddi imkanı çatmaya bilər".

A.Qeybulla Azərbaycanda kifayət qədər özəl tibb müəssisəsinin olduğunu söyləyir. O bildirir ki, tibb müəssisələri pandemiya üçün məcburi ayrıla bilməz. Bu, sahibkarın istəyi əsasında baş tuta bilər:

"Hələ ki bu prosesə özəl tibb müəssisələrindən Mərkəzi Neftçilər Xəstəxanası və Mərkəzi Gömrük Hospitalı cəlb olunub. Bu iki klinika ödənişli əsaslarla işləsə də, dövlət qurumlarının tabeliyindəki təsərrüfat hesablı xəstəxanalardır. Dövlətin səlahiyyəti çatır ki, belə hallarda həmin xəstəxanalardan istifadə etsin. Amma özəl klinikaların bu prosesə cəlb edilməsi yalnız könüllülük prinsipi əsasında baş tuta bilər". 

Professor, əgər gələcəkdə xəstə sayı kəskin artarsa, ödəniş etmək şərtilə  dövlətin tibb müəssisələri ilə müqavilə bağlamasını, onların pandemiya üçün istifadə edilməsini də mümkün sayır: "Hər şeyi gələcək göstərəcək. Bugünkü vəziyyət ondan ibarətdir ki, insanlar virusdan qorunmurlar. Bu isə yoluxmanı sürətləndirir. Əgər belə davam edərsə, heç bir ölkənin tibbi imkanları, xəstəxana sayı buna tab gətirmədiyi kimi, analoji hal bizdə də yaşana bilər".

217
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (301)
Əlaqədar
Gürcüstanlı həkimin dilindən: qonşu ölkə kabus kimi COVID-19-a necə meydan oxuyur
Bakıda COVID-19-dan müalicə alan xəstənin ilk 7 günü - Xəstəxanadan qeydlər
Azərbaycanda gənc iş adamı COVID-19-dan vəfat edib
Bakıda "səhv"lərini torpaqla örtən cərrahın "sehri": qurbanların arası kəsilmir
Bioloq koronavirusun gizli əlamətlərindən danışdı – Təhlükə var
Laboratoriya işçiləri, arxiv şəkli

Azərbaycanda cəmi 38 yeni yoluxma qeydə alınıb

39
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 40061 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37725 nəfər müalicə olunaraq sağalıb, 588 nəfər vəfat edib, aktiv xəstə sayı 1748 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2382, bu günə qədər isə ümumilikdə 1104783 test icra olunub.

39
Evdə xəstə

Qriplə soyuqdəymənin fərqi bu imiş

69
(Yenilənib 03:44 28.09.2020)
Soyuqdəymənin əlamətləri isə fərqlidir. Soyuqdəymə zamanı boğaz ağrıyır, səs tutulur, baş ağrıları müşahidə edilir.

BAKI, 28 sentyabr — Sputnik. "Qrip zamanı soyuqdəymədən fərqli olaraq, yüksək temperatur uzun müddət qalır və hətta temperaturu azaldan dərman qəbul edən zaman belə azalmır".

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə həkim Pyotr Davıdov danışıb.

O qeyd edib ki, qrip zamanı xəstənin gözlərində qızartı, sinədən gələn öskürək, əzələlərdə əzginlik və burun qanaxması müşahidə edilə bilər.

"Soyuqdəymənin əlamətləri isə fərqlidir. Soyuqdəymə zamanı boğaz ağrıyır, səs tutulur, baş ağrıları müşahidə edilir. Öskürək və ürəkbulanma yaranır", - deyə o bildirib.

Davıdov əlavə edib ki, vaxtında həkimə müraciət edilərsə, qrip 4-5 günə sağalır. Ancaq xəstələnməmək üçün peyvəndləmə vacibdir.

69
Teqlər:
hərarət, öskürək, fərq, soyuqdəymə, qrip
Əlaqədar
Heç yenisindən özümüzü qoruya bilmirik, köhnəsi də özünü yetirib
Qripə qarşı vaksinlər gəlir - Peyvəndlənək, ya yox?
Birinci Dünya Müharibəsində ölümlərin sayının artması bu səbəbdən olub
ÜST payız əvəzinə xoxan gözləyir, bizim həkim "qorxma, qoçağım" deyir
İki məşhur ürək dərmanını təhlükəli saydılar

Ermənistan qoşunları dinc azərbaycanlıları atəşə tutur FOTOFAKTLAR

0
(Yenilənib 22:57 28.09.2020)
Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini top atəşinə tutmağa davam edir. Atəş nəticəsində dinc sakinlər əziyyət çəkir, infrastruktur məhv edilir.

Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini top atəşinə tutmağa davam edir. Atəş nəticəsində dinc sakinlər əziyyət çəkir, infrastruktur məhv edilir. Bunun təsdiqini Sputnik Azərbaycan-ın fotolentində görə bilirsiniz.

Ermənistan silahlı qüvvələri sentyabrın 27-də təxribata əl atdıqdan sonra Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Sputnik Azərbaycan-ın müxbiri Ağdam rayonunun Çıraqlı kəndində bunun şahidi olub və hətta özü də atəşə məruz qalıb.

Mərmilər yerli sakinlərin evlərini dağıdıb, yaralılar var, ev heyvanları tələf olub. Ermənistan silahlı qüvvələrinin mərmiləri kənd yolunun bir hissəsini də dağıdıb.

Tərtər rayonunun Qapanlı kəndinin, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd kəndlərinin, Füzuli rayonunun Alxanlı və Şükürbəyli kəndlərinin, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin intensiv atəşə tutulması nəticəsində dinc sakinlər arasında ölən və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

0
  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində tələf olan heyvanlar

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan yol

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan yol

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəşin nəticəsi