CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərt karantin günlərində apteklərə təklif - pulsuz olsun

Abunə olmaq
"Biz sahibkarlara tövsiyə edirik ki, çatdırılma pulsuz həyata keçirilsin. Dərman preparatları ilə bağlı xüsusi qeyd etmək istəyirəm ki, sui-istifadə halları olmasın"

BAKI, 11 iyun — Sputnik. Sahibkarlara həftəsonu sərt karantin günlərində apteklərdən dərmanların pulsuz çatdırılması tövsiyə edilib.  Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarətmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib. O bildirib ki, karantin günlərində apteklərin dərmanları çatdırılma vasitəsilə fəaliyyəti nəzərdə tutulur. Vətəndaşlar apteklərə getməyəcəklər, çatdırılma olacaq:

"Biz sahibkarlara tövsiyə edirik ki, çatdırılma pulsuz həyata keçirilsin. Dərman preparatları ilə bağlı xüsusi qeyd etmək istəyirəm ki, sui-istifadə halları olmasın. Biz bir-iki gün qabaqdan, daha öncə də müraciət etdik ki, kimin ki planlı şəkildə gündəlik istifadə etdiyi dərmanlar var, onun tədarükünü əvvəlcədən görsün. Bəzi hallarda təxirəsalınmaz hallar baş verə bilər. Bunu da çatdırılma vasitəsilə həyata keçirmək olar. Planlı şəkildə alına bilən dərmanlarla bağlı müraciət etdikdə hansısa vətəndaşın təxirəsalınmaz bir dərman preparatının çatdırılmasını gecikdirə bilərik. Bu, çox önəmlidir”.

Məlumat üçün qeyd edək ki, sərt karantin günlərində fəaliyyət göstərəcək apteklərin həmin tarixlərdə işləyəcək əməkdaşlarının və onların avtomobillərinin hərəkətinə işəgötürən tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək.

Xəbər lenti
0