CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dabanqırma çoxluq: Belə getsə, diabet infeksiyanı üstələyəcək

© AFP 2023 / GUILLERMO ARIASВрачи во время операции, фото из архива
Врачи во время операции, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bahalı əməliyyatlar arasında kardiologiya/ürək-damar cərrahiyyəsi (554), oftalmologiya (267), nevrologiya/neyrocərrahiyyə (76), urologiya (66) və travmatologiya (35) üzrə əməliyyatlar çoxluq təşkil edir

BAKI, 8 iyun — Sputnik. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlər barədə statistik göstəricilər açıqlanıb.

Sputnik Azərbaycan-a Agentlikdən verilən məlumatda bildirilir ki, icbari tibbi sığorta 2020-ci 1 yanvar tarixindən 23 inzibati ərazidə - Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaşda tətbiq edilir. Cari ilin ilk 5 ayı ərzində sözügedən ərazilərdə tibb müəssisələrinə  906131 nəfər, 1636166 müraciət etmişdir. Bu müraciətlər üzrə 4585307 tibbi xidmət göstərilib. 

Vətəndaşların ən çox müraciət etdikləri regionlar Mingəçevir (240 093), Yevlax (135 380), Xaçmaz (114385), Zaqatala (111711) və Şəkidir (104544). Ən çox tibbi xidmət göstərən tibb müəssisələri Mingəçevir şəhər Mərkəzi Xəstəxanası (1085076), Yevlax (338175), Ağdaş (337022), Qusar (258071) və Quba rayon Mərkəzi xəstəxanalarıdır (254415).

Чиновник в медицинской перчатке - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda baş həkim karantin qaydalarını pozduğu üçün işdən çıxarıldı

Qeyd edək ki, Agentlik tərəfindən tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə respublikanın inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələri (TƏB) yaradılıb. Hazırda icbari tibbi sığortanın tətbiqi 5 TƏB-i əhatə edir. TƏB üzrə müraciət sayına gəldikdə, ən çox Bərdə-Yevlax TƏB-ə müraciət edilib. Bərdə-Yevlax TƏB üzrə 449037, Şəki-Zaqatala TƏB üzrə 428025, Quba-Xaçmaz TƏB üzrə 321767, Göyçay-Kürdəmir TƏB üzrə 228746 və Dağlıq Şirvan TƏB üzrə 205232 müraciət qeydə alınıb.

Müraciətlərin çoxu ümumi tibbi baxışla (42070) bağlı olub. Ən çox müraciət edilən xəstəliklər sırasında yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası (36951), essensial (birincili) hipertenziya (30628), insulindən asılı olmayan şəkərli diabet (22947), normal hamiləliyin gedişi üzərində müşahidə (18212), diaqnozu müəyyən edilmiş, şikayəti olmayan şəxslərin ümumi tibbi baxışı və müayinəsi (17169) və s. xəstəliklər yer alır. Ümumilikdə 1021 həyati vacib-dəyəri yüksək olan əməliyyat həyata keçirilib. Bahalı əməliyyatlar arasında kardiologiya/ürək-damar cərrahiyyəsi (554), oftalmologiya (267), nevrologiya/neyrocərrahiyyə (76), urologiya (66) və travmatologiya (35) üzrə əməliyyatlar çoxluq təşkil edir.

Xəbər lenti
0