Bakıda təcili yardım avtomobilində tibb işçisi, arxiv şəkli

Bu gün daha 325 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb

353
(Yenilənib 19:26 03.06.2020)
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 315, 527 test aparılıb.

BAKI, 3 iyun - Sputnik. Azərbaycan Respublikasında 325 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1954, 1955, 1956, 1973 və 1978-ci il təvəllüdlü 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 6260 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3665 nəfər müalicə olunaraq sağalıb, 76 nəfər vəfat edib, 2519 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Həmin şəxslərdən 61 nəfərin vəziyyəti ağır, 78 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. 

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 315.527 test aparılıb.

353
Həblər, arxiv şəkli

Koronavirusun müalicəsində antibiotiklərdən istifadə təhlükə yaradır

10
(Yenilənib 23:18 24.11.2020)
"Hazırkı statistikaya görə, xəstəxanaya yerləşdirilən koronavirus xəstələrinin səkkiz faizində bakterial və ya göbələk infeksiyası var. Bu da həmin xəstələrin 72 faizinin antibiotik istifadəsini göstərir"

BAKI, 24 noyabr — Sputnik. "Hazırda koronavirusa qarşı effektli müalicə yoxdur. Hazırkı dövrdə antimikrob dərmanlardan istifadə bu preparatlara qarşı davamlılığının yaranmasına səbəb ola bilər".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib. Onun sözlərinə görə, antimikrob dərmanlardan uzunmüddətli istifadə ictimai səhiyyə üçün təhdid yaradır: "Hazırkı statistikaya görə, xəstəxanaya yerləşdirilən koronavirus xəstələrinin səkkiz faizində bakterial və ya göbələk infeksiyası var. Bu da həmin xəstələrin 72 faizinin antibiotik istifadəsini göstərir. Yüngül gedişli xəstəliklərdə antibiotiklərdən istifadə edilməsi düzgün deyil".

O qeyd edib ki, COVID-19 pandemiyası dünyada antibiotiklərdən istifadənin artmasına səbəb olub: "Antibiotiklərdən düzgün istifadə edilməməsi onun təsirinin azalmasına səbəb ola bilər".

10
Teqlər:
antibiotik, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Peyvənd, arxiv şəkli

ÜST rəsmisi: peyvəndlər COVID-19-u dayandırmayacaq

12
(Yenilənib 19:14 24.11.2020)
Klüqenin fikrincə, peyvəndlər bütün sualları cavablandırmasa belə, bu virusa qarşı müharibədə böyük ümidlər verir

BAKI, 24 noyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Direktoru Hans Klüqe onlayn brifinq zamanı peyvəndlərin COVID-19-u tamamilə dayandırmayacağını, ancaq virusla mübarizədə böyük ümidlər yaratdığını qeyd edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Klüqenin sözlərinə görə, texnologiya və əczaçılığın inkişafı yeni imkanlar yaratsa da, peyvəndlər COVID-19-u tamamilə dayandırmayacaq.

Klüqenin fikrincə, peyvəndlər bütün sualları cavablandırmasa belə, bu virusa qarşı müharibədə böyük ümidlər verir.

"Məhz belə bir məqamda 53 Avropa ölkəsində əldə etdiyimiz nəhəng elmi-texnoloji təcrübə və bilikləri xatırlatmaq istərdim. Lakin bütün ölkələr üçün peyvənd bazarına bərabər çıxış təmin edə bilməsək, peyvəndlərdən səmərəli istifadə edilməsə və ölkələrdə peyvəndlərə şübhə ilə yanaşılma məsələsi aradan qaldırılmasa, bu potensial reallaşmayacaq", - deyə Klüqe bildirib.

12
Teqlər:
ÜST, dünya, peyvənd, yoluxma, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Ordumuz artıq Kəlbəcərdə!

71
(Yenilənib 01:14 25.11.2020)
Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.
Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.

71
Teqlər:
Azərbaycan ordusu, Qarabağ, Kəlbəcər rayonu