Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Stressin yarandığı bölgə müəyyən edildi

Abunə olmaq
Göründüyü kimi, bütövlükdə insanlarda stress səviyyəsi beynin qeyd edilən iki şəbəkəsi ilə əlaqəlidir.

BAKI, 1 iyun — Sputnik. Yel Universitetinin alimləri beyində stress mərkəzini və onun fəaliyyətini müəyyən ediblər.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, araşdırma ilə müəyyən edilib ki, daha yüksək səviyyəli stress hipotalamusda, daha az hissə isə frontal beyin qabığında yığılır.

Araşdırmaçılar 60 sağlam insanda stressin müxtəlif formalarını yaratmaq üçün onlara müxtəlif xoşagəlməz görüntülər (hirs, iyrənclik, qorxu və kədər kimi) və sakitləşmələri üçün növbəli şəkildə uyğun obrazlar göstəriblər.

Təcrübədə iştirak edən şəxslər funksional maqnetik rezonans görüntüləmə cihazı ilə müşahidə ediliblər və beyin fəaliyyətləri ölçülüb. Görüntülərdən sonra yaşadıqları stress və həyəcan dərəcəsi qiymətləndirilib.

Tədqiqatçıların fikrincə, eksperiment zamanı böyük fəaliyyətə malik olan beyin hissəsində daha çox stressin yığıldığı müəyyən edilib.

Göründüyü kimi, bütövlükdə insanlarda stress səviyyəsi beynin qeyd edilən iki şəbəkəsi ilə əlaqəlidir.

"Bu şəbəkələrin fərqli rol oynamalarına baxmayaraq, bizim əldə etdiyimiz nəticələr onu deməyə əsas verir ki, insanlar stressi azaltmaq üçün adaptiv yolla həm müsbət, həm də mənfi şəbəkələrdən istifadə edirlər", - deyə araşdırmada deyilir.

Hippokampusun stressi necə tənzimlədiyini öyrənmək üçün çox şey lazım olmasına baxmayaraq, tədqiqatçılar əmindirlər ki, funksional sinir şəbəkələrinin kəşfi stress müalicə etmə metodlarının inkişafına kömək edə bilər.

"Bu nəticələr hippokampus və frontal beyin qabığı arasındakı əlaqələrin gücünü artırmağa və ya fizioloji stress mərkəzlərinə siqnalın azaldılması kimi terapevtik müdaxiləni bir neçə məqsədə uyğunlaşdırmağa kömək edə bilər", – deyə baş tədqiqatçı Rajita Sinha bildirib.

Xəbər lenti
0