CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kürdəmirin bu kəndində koronavirusa yoluxanların sayı artır

© © Alain Jocard, Pool via APТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Ən son kənddə bu virusa yoluxanların sayı 16 nəfər idi. Onlardan biri 1 yaşlı uşaqdır" - Bayram Həsənov

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 may — Sputnik. Kürdəmir rayonunun Sığırlı kəndində koronavirusa yoluxanların sayı 18-ə çatıb. Bu barədə Sputnik Azərbaycan-a Sığırlı kənd bələdiyyə sədri Bayram Həsənov məlumat verib. O bildirib ki, kənddə yeni növ koronavirusa yoluxan iki nəfər karantinə alınıb: "Ən son kənddə bu virusa yoluxanların sayı 16 nəfər idi. Onlardan biri 1 yaşlı uşaqdır. Dünən daha iki nəfərdə koronavirus testi müsbət çıxdı. Həmin sakinlər hazırda karantindədirlər".

B.Həsənovun sözlərinə görə, Kürdəmir Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi, Rayon Gigiyena və Epidemiologiya Mərkəzi və Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları mövcud vəziyyəti tam nəzarətə götürüblər. B.Həsənov bildirib ki, virusa yoluxanların çoxu orta yaşlı insanlardır. 

Qeyd edək ki, son məlumatlara görə, Kürdəmirdə koronavirus infeksiyasına yoluxanların sayı 72 nəfərə çatıb. Bu günə kimi rayonda virusa yoluxanlar arasında ölüm faktı qeydə alınmayıb.

Xəbər lenti
0