Favipiravir preparatı

Koronavirus əleyhinə dərman təsdiq edilmədi Sübut yoxdur

29
(Yenilənib 16:59 26.05.2020)
Dərman vasitəsinin sertifikatlaşdırılması qeyri-müəyyən tarixə qədər təxirə salınıb və araşdırmaların davam etdirilməsinə qərar verilib.

BAKI, 26 may — Sputnik. Yaponiya "Aviqan", "Avifavir" adları ilə də tanınan, qrip əleyhinə olan "Favipiravir" preparatının koronavirusun müalicəsində istifadə edilməsini sertifikatlaşdırmaqdan imtina edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Yaponiya hökuməti preparatın kliniki sınaqlardan sonra sertifikatlaşdırılmasını may ayının sonlarına planlasa da alimlər preparatın koronavirusa qarşı effektivliyini sübut edə bilməyiblər.

Nəticədə dərman vasitəsinin sertifikatlaşdırılması qeyri-müəyyən tarixə qədər təxirə salınıb və araşdırmaların davam etdirilməsinə qərar verilib.

"Favipiravir" preparatı Yaponiyanın Fujifilm Holdings korporasiyası tərəfindən hazırlanıb. Yaponiya hökuməti bu preparatı qrip epidemiyası üçün nəzərdə tutaraq, ehtiyatda saxlayıb. Dərman Ebola qızdırması zamanı da istifadə edilib. Preparatın çox sayda əks təsirləri var.

Daha əvvəl isə Yaponiyanın bu preparatı 43 ölkəyə çatdıracağı qeyd edilirdi.

29

Azərbaycanda son sutkada 543 nəfərdə COVID-19 aşkarlanıb

117
(Yenilənib 20:51 14.07.2020)
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8217, ötən müddət ərzində isə ümumilikdə 584466 test aparılıb.

BAKI, 14 iyul - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 543 yeni yoluxma faktı qeydə alınıb, 510 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

View this post on Instagram

A post shared by Sputnik Azərbaycan (@sputnik.az) on

İndiyədək ölkədə ümumilikdə 25 113 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 16150 nəfər müalicə olunaraq sağalıb, 319 nəfər vəfat edib, 8644 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8217, ötən müddət ərzində isə ümumilikdə 584466 test aparılıb.

117
Həkim, arxiv şəkli

“Semaşko”nun koronavirusa yoluxan həkimi tənəffüs cihazına qoşulub

18
(Yenilənib 16:03 14.07.2020)
Həkim iyunun 3-də mərkəzin infeksion xəstəliklər şöbəsinə təngnəfəslik, tənəffüs çatışmazlığı və saturasiyasının aşağı olması göstəriciləri ilə gecə saatlarında qəbul olunub.

BAKI, 14 iyul — Sputnik. Bakı Sağlamlıq Mərkəzi COVID-19 infeksiyasına yoluxan və orada müalicəsi davam edən 1 saylı Kliniki Tibbi Mərkəzin reanimatoloqu Kərəm Yaqubov durumu ilə bağlı məlumat yayıb.

Mərkəzdən Sputnik Azərbaycan-a verilən məlumata görə, həkim iyunun 3-də mərkəzin infeksion xəstəliklər şöbəsinə təngnəfəslik, tənəffüs çatışmazlığı və saturasiyasının aşağı olması göstəriciləri ilə gecə saatlarında qəbul olunub. 

Bildirilib ki, ayın 9-dan etibarən xəstənin təngnəfəslik və boğulmalarının artması səbəbi ilə o, reanimasiya şöbəsinə yerləşdirilib, intubasiya olunub və süni tənəffüs aparatına qoşulub: "Hazırda xəstə süni tənəffüs cihazındadır, müalicəsi davam etdirilir".

18
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Взрыв, фото из архива

Ermənistanın növbəti hərbi obyekti darmadağın edildi - VİDEO

119
Tovuz istiqamətində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrini arasında intensiv atışma davam edir.

BAKI, 15 iyul - Sputnik. Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin dəqiq zərbəsi ilə Ermənistan silahlı qüvvələrinə məxsus növbəti bölüyün dayaq məntəqəsi darmadağın edilib.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

119