Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda daha 3 nəfər koronovirusdan öldü, xeyli yoluxan var

© Sputnik / Aleksey Mayshev / Mediabanka keçidГоспиталь COVID-19 в ГКБ №15 имени О. М. Филатова
Госпиталь COVID-19 в ГКБ №15 имени О. М. Филатова - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırkı dövrədək ölkəmizdə 3 982 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 506 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib

BAKI, 23 may — Sputnik. Azərbaycanda 127 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 107 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Koronavirusa yoluxanların sayı açıqlandı: yenə ölənlər var

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan- a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1948, 1952 və 1982-ci il təvəllüdlü üç nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 3 982 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 506 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1 427 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır, 57 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 265 067 test aparılıb.

Xəbər lenti
0