Gəncədə polis və daxili qoşunların əməkdaşları, arxiv şəkli

Gəncə "birinciliyi" əldən vermək istəmir

25
(Yenilənib 17:54 22.05.2020)
"Yoluxma daha çox Bakı, Salyan, Yevlax, Füzuli, Samux, Cəlilabad, Ağstafa, Sumqayıtda müşahidə olunur"

BAKI, 22 may — Sputnik. Azərbaycanın bölgələrində koronavirusa yoluxma ilə bağlı son vəziyyət açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bildirib. 

O qeyd edib ki, Gəncə yoluxma dinamikasına görə yenə öndədir: "Yoluxma daha çox Bakı, Salyan, Yevlax, Füzuli, Samux, Cəlilabad, Ağstafa, Sumqayıtda müşahidə olunur".

Bakıda Yasamal rayonunda 16 faiz, Nəsimidə 14 faiz, Sabunçuda 13,8 faiz, Nərimanovda 11,3 faiz yoluxma qeydə alınıb.

R.Bayramlı deyib ki, yoluxanlardan 57 faizi qadınlar, 43 faiz kişilərdir.

Ramin Bayramlı “Baku Steel Company”də koronavirusla bağlı vəziyyəti açıqlayıb. O bildirib ki, “Baku Steel Company”də əlavə testlər aparıldıqdan sonra yoluxma halı 86, onların Sumqayıtdakı şirkətində 12 nəfər olub.

25
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (83)
Əlaqədar
Dörd həkimimizi koronavirus məhv etdi
Sumqayıtda koronavirusu müəyyən edən laboratoriya istifadəyə verildi
Koronavirusa yoluxanların sayı açıqlandı: yenə ölənlər var
Bakının mərkəzində tibbi maskada olan gənc, arxiv şəkli

Bakıda yoluxma niyə sürətlə artır? Həkim açıqladı

11
(Yenilənib 20:07 29.05.2020)
“Xəstəliyə inanmamaq insanın təkcə özü üçün deyil, ətrafı üçün də çox təhlükəlidir. Yoluxmanın artmasına səbəb belə insanlardır"

BAKI, 29 may — Sputnik. Koronavirusa yoluxanların sayı artıq üçrəqəmlidir. Virusa laqeyd yanaşdığımız üçün özümüz özümüzü yoluxdururuq. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu tanınmış pediatr Vaqif Qarayev son günlər koronavirusa yoluxmanın artmasından danışarkən deyib.

Həkim bildirib ki, yoluxmanın artmasına səbəb insanların xəstəliyə artıq laqeyd yanaşması, virusun olmasına inanmamasıdır: “Xəstəliyə inanmamaq insanın təkcə özü üçün deyil, ətrafı üçün də çox təhlükəlidir. Yoluxmanın artmasına səbəb belə insanlardır. Karantinin sərtliyindən hamı gileylənirdi. İstilər düşdüyü üçün anlaşılandır. Ancaq nəticə göz önündədir. Yoluxma dinamikası artır, vəziyyət belə davam etdikcə yoluxma daha da artacaq. Qonşu Gürcüstanda karantin tədbirləri bizdəkindən də sərt idi. Orada bu gün də ictimai nəqliyyat işləmir. Nəticədə də gündə 1-3 yoluxma var”.

11
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (83)
Əlaqədar
Bu "rekordu" heç gözləmirdik: yenə ölənlər var
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Azərbaycanda COVID-19-dan vəfat edən ən gənc adamın yaşı açıqlandı
Ölkədə koronavirusa ən çox yoluxma haradadır?
Azərbaycanda "COVID 19" pasportunun tətbiqi ilə bağlı müzakirələr aparılır
COVİD-19 xəstəsi, arxiv şəkli

Azərbaycanda COVID-19-dan vəfat edən ən gənc adamın yaşı açıqlandı

33
(Yenilənib 19:02 29.05.2020)
Ümumilikdə vəfat edənlərdən 1 nəfər 30-39 yaş arasında şəxs olub. Ən çox ölüm faizi isə 60-69 yaş arası şəxslərin payına düşüb

BAKI, 29 may — Sputnik. Koronavirusdan ölənlərin yaş faizi açıqlanıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı danışıb. Onun sözlərinə görə, vəfat edənlərin 20 nəfəri 60-69 yaşdadır: “Bu isə ölənlərin 34 faizini təşkil edib. Ümumilikdə vəfat edənlərin 2 faizi, yəni 1 nəfər 30-39 yaş, 3 faizi, yəni 2 nəfəri 40-49 yaş, 13 nəfəri, yəni 22 faizi 50-59 yaş, 17 nəfəri, yəni 29 faizi 70-79 yaş, 5 nəfəri, yəni 9 faizi 80 yaşdan yuxarı şəxslərdir”.

TƏBİB rəsmisi qeyd edib ki, kütləvi yoluxma halları əsasən yas mərasimlərində baş verir: “Yoluxma baş verdikdən sonra analizlər aparılır. Analizlər göstərir ki, yoluxmaların əksəriyyəti yas yerlərində baş verir. Xüsusən, yaşlı insanların və qadınların yas yerlərində toplaşması yoluxmaya səbəb olub. Vətəndaşları qaydalara riayət etməyə dəvət edirik”.

33
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (83)
Əlaqədar
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
30 qəpiklik maskaya 100 manat ödəmək istəmirsiniz?
Bu "rekordu" heç gözləmirdik: yenə ölənlər var
Uçuşlar nə zaman bərpa olunacaq?
Ölkədə koronavirusa ən çox yoluxma haradadır?
Təcili yardım avtomobili, arxiv şəkli

İmişlidə yeniyetmə bədbəxt hadisənin qurbanı oldu

0
(Yenilənib 22:27 29.05.2020)
R.Şıxəliyevin meyiti İmişli Rayon Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspetizası tərəfindən müayinə olunub

BAKI, 29 may — Sputnik. İmişli rayonunun Qızılkənd kəndində ölüm hadisəsi verib.

Sputnik Azətbaycan APA-ya istinadən bildirir ki, yaşadığı evin həyətində yelləncəkdə yellənən 2006-cı il təvəllüdlü Şıxəliyev Rövşən Rubail oğlunun boğazına ilişən kəndir onun ölümünə səbəb olub.

R.Şıxəliyevin meyiti İmişli Rayon Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspetizası tərəfindən müayinə olunub.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.

0
Əlaqədar
Azərbaycanda 5 yaşlı uşaq iynə vurulandan sonra ölüb
Qubada 13 yaşlı uşağın ölüm səbəbi bilindi
Masallıda uşaq qəbiristanlıqda faciəli şəkildə öldü