CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dörd həkimimizi koronavirus məhv etdi

© AFP 2023 / PIERO CRUCIATTIДоктор одной из поликлиник, фото из архива
Доктор одной из поликлиник, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Həftə tam başa çatmadığından yoluxma hallarının çoxluğunu müşahidə edirik. Bununla belə sağalanların artım dinamikası var"

BAKI, 22 may — Sputnik. Azərbaycanın bölgələrində 681 tibb işçisi koronavirusa yoluxub. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bildirib.

O deyib ki, bu, ümumi yoluxmanın 18 faizini təşkil edir: "Onların əksəriyyəti kiçik və orta tibb işçiləridir. Ümumilikdə 537 nəfər sağalıb, 4 nəfər həkim vəfat edib".

R.Bayramlı deyib ki, ötən həftə ölkədə 755 nəfər koronavirusa yoluxub: "Bu da o deməkdir ki, həmin zaman pik hədd yaşanıb. Bu həftə isə 581 nəfər virusa yoluxub. Həftə tam başa çatmadığından yoluxma hallarının çoxluğunu müşahidə edirik. Bununla belə sağalanların artım dinamikası var".

Xəbər lenti
0