Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Tibb işçiləri Dövlət Agentliyinə etiraz etdilər - "Bura yazdıqlarımızı silə bilərsiniz..."

© AP Photo / Hani MohammedВрач одной из поликлиник, фото из архива
Врач одной из поликлиник, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Agentliyin maliyyə departamentin rəhbəri Rasim Həsənovun koronavirus pandemiyası ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə müddətli əlavələrin ödənilməsinin davam etdirilməsinə dair dedikləri tibb işçilərinin sərt narazılığına səbəb olub

BAKI, 22 may — Sputnik. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Facebook sosial şəbəkəsindəki səhifəsində paylaşımı tibb işçiləri tərəfindən ciddi təpgi ilə qarşılanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, İTV-də "Sabahın Xeyir Azərbaycan" verilişinə qoşulan Agentliyin maliyyə departamentin rəhbəri Rasim Həsənovun koronavirus pandemiyası ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə müddətli əlavələrin ödənilməsinin davam etdirilməsinə dair dedikləri tibb işçilərinin sərt narazılığına səbəb olub.

Ulviyya Mahmudova adlı sosial şəbəkə istifadəçisi 20.04.2020 tarixdən etibarən bu günə dək ATU cərrahiyyə klinikasında həkim-infeksionist kimi çalışsa da hələ bir manat belə almadığını bildirib. Bəzi tibb işçilərinin isə Agentliyin bu paylaşımının altına yazdığı rəylər silinib. Elşad Əliyev adlı sosial şəbəkə istifadəçisi yazıb: "Başa düşmədim, mənim rəyimi niyə silmisiniz? Bayaqdan bütün rəylərə verdiyiniz cavablara baxıram. Müddətli artım ancaq virusa mübarizə aparanlara verilir yazırsınız. Stasionarda işləmişik düz 1 ay . Niyə 5 qat yox, 3 qat almalıyıq? Eyni zamanda digər müəssisələrdə stasionarda işləyənlərə niyə 3 qat vermisiniz? Siz buradan rəyləri silə bilərsiniz, amma görək eyni uğurla Prezident Adminstrasiyasına yazılan şikayətləri də silə biləcəksinizmi?".

Könül Əliyeva adlı tibb işçisi də tənqidi rəylərin paylaşımın altından silinməsinə etirazını bildirib: "Salam, mən hər dəfə yazıram, hər dəfə də komentim nədənsə silinir. Biz poliklinika tibb işçiləriyik, bu pulu almadıq. Ancaq sahə həkim tibb bacılarına ödənildi bu pul. Hərçənd bizi də mart ayını tam işə çıxartmışdınız. Bayramsız-bazarsız işləmişik. 6 saat işdə oturmuşduq. Hətta xəstə də qəbul etmişdik. Bizə böyük haqsızlıq olundu. İxtisas həkim tibb bacılarına heçnə ödənilmədi. Hələ gecə növbələrinə də qalanlarımız olmuşdu. Yazım yenə silinər yəqin".

Məhəmməd Süleymanov adlı sosial şəbəkə istifadəçisi isə yazıb: "Salam, mən Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında işləyirəm. Çağırışa getdiyim xəstələr bilmirəm karonadi yoxsa, yox. Qızdırmalı ağır xəstələrdən yaxma analizi aparmışam. Mənə yüklənən əlavə pul 18 manatdır. Bu nəyin 4 mislidi mən anlamadım".

Sərxan Sərxanov adlı sosial şəbəkə istifadəçisi isə yazıb: "Yalan deyirsiniz, Xızı rayonunda əksər tibb işçilər əlavə almayıb".

Nüranə Fazilova isə belə yazıb: " Salam, karantin xəstəxanasında iki aydır fasiləsiz çalışırıq.Hələ bu ay da evə buraxılmırıq. Sizə iki sualım var. Aprel ayının artımın aldıq, bəs may ayı nə vaxtdan veriləcək? Biz ASM işçiləriyik, aylıq vəzifə maaşımızdan 30 sahə faizi hansı əmr əsasında tutulur?"

İcbari Tibbi Sığorta Agentliyinin Facebookdakı səhifəsinin admini əksər sualları cavabsız qoyub.

Xəbər lenti
0