PÇR analizi, arxiv şəkli

Sumqayıtda koronavirusu müəyyən edən laboratoriya istifadəyə verildi

25
(Yenilənib 12:51 21.05.2020)
Laboratoriyada 4000-dən artıq test nümunələri olub, 6 saat ərzində 100 test nümunəsinin cavabı hazır olur

BAKI, 21 may — Sputnik. Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısının alınması üçün bir çox laboratoriyalar qurulub istifadəyə verilib. Onlardan biri də Sumqayıt şəhər 1 saylı xəstəxananın nəzdindədir. Sputnik Azərbaycan-ın məlumatına görə, yeni tipli laboratoriya may ayının 8-dən fəaliyyətə başlayıb və burada COVID-19 virusunun aşkar edilməsi üçün xüsusi testlər aparılır.

Laboratoriyanın müdiri Aqşin Hümbətov bildirib ki, laboratoriya Almaniya istehsalı olan müasir texnikalarla təchiz olunub və Ümumdünya Səhiyyə Təşkilatının bütün standartlarına uyğundur: "Laboratoriyamızda ən kiçik ölçülü virusların təyini mümkündür. Fəaliyyət göstərdiyimizdən bu günə qədər laboratoriyamızda 4000-dən artıq test nümunələri olub. 6 saat ərzində 100 test nümunəsinin cavabı hazır olur. Laboratoriya fəaliyyətə başladığı ilk günlərdə yalnız Sumqayıt şəhərindən olan test nümunələrini həyata keçirirdisə, hazırda Sumqayıtla yanaşı, həm də Abşeron rayonundan gələn numunələr burada test edilir. Prosesə gəldikdə isə kadrlardan da göründüyü kimi laboratoriyada bütün təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə həyata keçirilir. İşçilər qapalı şəraitdə xüsusi qoruyucu vasitələrdən - kombinezon, tibbi maska, tibbi eynək və əlcəkdən istifadə edirlər".

Qeyd edək ki, hazırda Azərbaycanda 20-dən çox PSR tipli, yəni koronavirus infeksiyasını aşkar edən laboratoriya fəaliyyət göstərir.

25
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (90)
Əlaqədar
Azərbaycanlı alim koronavirusla bağlı bütün həqiqətləri açıqladı
Cərrah-onkoloq: Koronavirusa yoluxan xərçəng xəstələrini xilas etmək çox çətindir
ÜST: Dünyada bir gündə koronavirusa rekord yoluxma qeydə alınıb
Yenə koronavirus, yenə cənazə: Ayrı qəbiristanlıq və fərqli dəfn varmı?
 ABŞ-da epdimioloji vəziyyət

Bu rəqəmi keçdilər - Ləngimə vaxt olacaq?

6
Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 1 milyon 872 min 660 nəfərə çatıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 5 iyun — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 6 639 228-ə çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 391 261 nəfər vəfat edib, 2 872 815 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 1 milyon 872 min 660 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 440 538 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

6

COVID-19 necə müəyyən edilir

334
(Yenilənib 01:27 05.06.2020)
Koronavirus testinin növləri və onun statistikası haqqında daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasından əldə edə bilərsiz
© Sputnik / Elnur Salayev

Son zamanlar dünyada çox sayda orqanizmdəki SARS-CoV-2 koronavirusunun mövcudluğunu təyin etməyə qadir olan testlər meydana gəlməkdədir. Bu gün dünyada 150-dən artıq test növü mövcuddur.

Onları iki qrupa bölmək olar. Birincisi testləşdirmə zamanı insan orqanizmində virusun mövcudluğunu və onun potensial yoluxma mənbəyi ola biləcəyini göstərənlərdir. İnfeksiyanın hal-hazırda mövcudluğunu göstərən test polimeraz zəncirvari reaksiya testidir. Bir pambıqlı çubuğun köməyi ilə xəstənin boğazından tüpürcək nümunəsi götürülür və müəyyən biokimyəvi reaksiyanın köməyi ilə genetik materialda virusun olub-olmaması müəyyən edilir.

İkincisi insanın keçmişdə koronavirusa yoluxduğunu təyin edənlərdir. Keçmişdə infeksiyanın mövcudluğunu müəyyən edən seroloji test (ELİSA) qanın içindəki virusa qarşı mübarizədə immun sistemini möhkəmləndirən antitelin mövcudluğunu göstərir. Bu zaman xəstədən bir damla qan alınır, xüsusi bir konteynerə yerləşdirilir və reagentlə qarışdırılır. Nümunə başqa rənglə boyanırsa, onda bu, prinsipcə, insanın artıq xəstə olduğu və onda virusa qarşı immunitetin yarandığı deməkdir.

Hazırda Azərbaycan üzrə koronavirusun yoluxması şübhəsi ilə yalnız üç kateqoriyalı vətəndaşları testdən keçirirlər.

Azərbaycanda koronavirus infeksiyasının aşkar edilməsi üçün hər min sakinə 30 test düşür. Testlərin sayına görə liderlik Amerika Birləşmiş Ştatlarına məxsusdur. Xəstəliyin baş verdiyi andan etibarən 18 milyondan çox test və ya hər min nəfərə 55-dən çox test keçirilib.

Bu gün insanın COVİD-19-a yoluxub-yoluxmadığını müəyyən etməyin ən əlçatan üsulu testdir.

Hələ bu yaxınlarda “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) bildiriblər ki, yalnız xəstələrlə təmasda olan şəxsləri, həmçinin xəstəliyin aşkar şəkildə ifadə edilmiş simptomlarına malik olanları və xaricdən respublikaya gələn vətəndaşları yoxlamaqla testlərin sayını azaltmaq niyyətindədirlər.

Bu xəstəliyin mövcudluğundan şübhələnənlər Təcili və təxirəsalınmaz tibbi yardımın "103" qısa nömrəsinə zəng edərək test edilə bilərlər. Bundan sonra qısa zamanda həkimlər briqadası vətəndaşın yaşayış yerinə gedəcək və ondan laboratoriyada tədqiqat üçün nümunələr götürəcəklər. Testin nəticəsi üç gün ərzində elan edilir. Cavab birbaşa test edilən şəxsin telefonuna SMS mesajı şəklində gəlir.

Testin nəticəsi müsbət olduğu halda, xəstə koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün ayrılan xəstəxanaya yerləşdirilməlidir.

Koronavirus testinin növləri və onun statistikası haqqında daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasından əldə edə bilərsiz.

334
Əlaqədar
Koronavirusun qəribə xüsusiyyəti aşkarlandı
Dünyada ilk dəfə Türkiyədə suda koronavirus olması araşdırılır
Çin koronavirus peyvəndinə görə kliniki sınaqları tamamlayan ilk ölkə oldu
Lukaşenko yenə koronavirusdan danışdı – Onun öz versiyası var
Azərbaycanda koronavirus: sərt karantinə səbəb olan rəqəmlər açıqlandı

Sabah Bakıda yağış yağacaq, amma onun altında dayana bilməyəcəyik

0
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

BAKI, 5 iyun - Sputnik. Şənbə günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə,  iyunun 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. 

Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 24-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

0