Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Yenə koronavirus, yenə cənazə: Ayrı qəbiristanlıq və fərqli dəfn varmı?

© REUTERS / ADNAN ABIDIЧеловек скончавшийся от COVİD-19, фото из архива
Человек скончавшийся от COVİD-19, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Yayılan sözlər həqiqətdir, yoxsa növbəti yalan? İnsanlara guya ki, əzizlərini yeni salınmış qəbiristanlıqda basdırmaqla bağlı təklif edilir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 21 may — Sputnik. Braziliyanın San-Paulo ştatında koronavirusdan (COVID19) dünyadan köçənlərin sayının artması və virusun başqalarına keçməsinin qarşısını almaq üçün yeni dəfn qaydaları hazırlanıb. Belə ki, bu ştatda COVID-19-dan vəfat edənlər şaquli dəfn olunacaq. Bu cür dəfn üsulunun meyitdən çıxan qazın və mayenin qəbiristanlığa gələnləri yoluxdurma riskini azaldacağı güman edilir.

Морг, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Koronavirusdan ölən şəxslər belə dəfn olunmalıdırlar - RƏSMİ

Qeyd edək ki, Azərbaycanda da COVID-19-dan ölüm halları artmaqdadır. Bəzi məlumatlara görə, Azərbaycanda da COVID19-dan vəfat edənlərin ayrıca qəbiristanlıqda dəfni təklif olunur. Bu məlumat rəsmi təsdiqlənməsə də, virusdan dünyasını dəyişənlərin yaxınları bunu təsdiqləyirlər. Koronavirusdan vəfat edənlərin sayının artımı Azərbaycanda da bu virusdan dünyasını dəyişənlərin xüsusi qəbiristanlıqlarda, xüsusi qaydada dəfnini şərtləndirə bilərmi?

Məlumat üçün bildirək ki, Azərbaycanda COVID19-dan indiyədək 41 ölüm faktı qeydə alınıb. Onlardan biri də, koronavirus pandemiyası ilə mübarizə tədbirlərinə qoşulan 68 yaşlı həkim Zakir Xəlilov olub. Zakir Xəlilovun dəfni ilə bağlı Sputik Azərbaycan-a danışan  həyat yoldaşı Aygün Xəlilova bildirib ki, ailənin istəyi ilə mərhum Sulutəpədə qəbiristanlığında dəfn olunub: "Mən həmin vaxt çox pis idim, özümdə deyildim. Amma xatırlayıram ki, bizə də mərhumun başqa qəbiristanlıqda dəfni təklif olunmuşdu. Biz özümüz istədik ki, Zakir bəy Sulutəpədə dəfn olunsun".

A. Xəlilovanın sözlərinə görə, Z. Xəlilovun nəşi yuyularaq ailəyə təhvil verilib: "Onu qara örtüyə bükmüşdülər. Biz yuyulması prosesində iştirak etmədik. Dəfnində isə çox adam iştirak edirdi".

Professor Adil Qeybulla deyir ki, Azərbaycanda koronavirusdan dünyasını dəyişənlərin sayı Braziliya, Amerika, Böyük Britaniya kimi ölkələrlə müqayisədə çox azdır: "Adlarını çəkdiyim ölkələrdə virusdan ölənlərin sayı on minlərlədir. Ona görə də, bu ölkələrdə artıq COVID-19-dan ölənlər üçün yeni qəbiristanlıqlar salınır. Bəzi ölkələrdə hətta bu virusdan ölənlər üst-üstə dəfn olunur. Amma bizdə ölüm sayı heç əlliyə çatmayıb. Ona görə də, COCID-19-dan vəfat edənlərin dəfnini xüsusi qaydada həyata keçirməyə, onlar üçün ayrıca qəbiristanlıq salmağa lüzum yoxdur. Bundan əlavə, koronavirusun yeni növü olan COVID-19-un insana meyitdən keçməsinə dair tutarlı sübutlar yoxdur. Bu hava-damcı yolu ilə keçən virusudur. İnsan nəfəs aldığı halda onun yayılması mümkündür. Belə xəstələr vəfat etdikdə yalnız meyitin yuyulması qaydalarına əməl edilməlidir. Meyit dəfn edildikdən sonra ondan virusun insana keçməsi mümkün deyil. Ona görə də, mən Azərbaycanda COVID-19-dan vəfat edənlərin ayrıca qəbiristanlıqda, xüsusi qayda ilə dəfninə ehtiyac görmürəm".

 Работники кладбища копают могилы для погибших от коронавируса, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yeni dünyada yeni qaydalar: Koronavirusdan ölən şəxslər necə dəfn edilməlidir?

A. Qeybulla COVID-19-dan vəfat edənlərin bəzi xarici ölkələrdəki kimi tabutda dəfninə də ehtiyac olmadığını söyləyir. Onun sözlərinə görə, bu hər bir xalqın inancına, dini ritualına uyğun həyata keçirilməlidir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə bildiriblər ki, ölkəmizdə koronavirusdan vəfat edənlərin dəfn qaydaları hazırlanıb: "Qaydaya əsasən, cənazənin qəbirə yerləşdirilməsi zamanı əlcəkdən istifadə olunmalıdır. Koronavirus diaqnozlu xəstələr öldüyü təqdirdə cənazə qəbirə qoyulduqdan sonra normal dəfn prosedurları tətbiq olunur. Ölən insanların şəxsi əşyaları ikiqat neylon torbaya qoyularaq verilir. Həmin əşyanın təkrar istifadəsi nəzərdə tutulursa, 60-90 dərəcədə yuyulmaqla istifadə edilə bilər".

TƏBİB-dən bildirdilər ki, şəxs koronavirusdan dünyasını dəyişirsə, morq işçilərinə və cənazədən məsul şəxslərə ölünün şübhəli/təsdiqlənmiş COVID-19 diaqnozu ilə öldüyü barədə məlumat verilməlidir. Ölünü yuyan işçilər fərdi qoruyucu vasitələrdən (uzunboğaz əlcək, N95 maska, eynək və uzun önlük) istifadə etməli və istifadə olunan vasitələr tibbi tullantı qabına atılmalıdır. Bundan əlavə koronaviruslu xəstələr vəfat edərkən hava yolları, avtomobil yolları və dəmir yolları vasitəsilə ölkə daxilində və xaricində cənazənin nəqli tabut içərisində həyata keçirilməli və cənazə tabutla birlikdə dəfn edilməlidir. 

"Hava yolları vasitəsilə cənazələrin nəqli COVID-19 səbəbilə ölənlərin cənazələrinin ölkə xaricində və ölkə daxilində daşınması əsnasında milli və beynəlxalq hava yollarının cənazə nəqli qaydaları qüvvədədir. Ölüm səbəbi yoluxucu xəstəlik olan cənazələrə aid olan tabutların qəbul mərhələsində tabutun mütləq lehimlənmiş, möhkəm bağlanmış və sızmalara imkan verməyəcək şəkildə olmasına diqqət yetirilməlidir. Müvafiq qaydalara uyğun prosedurlar həyata keçirilməli, COVID-19 xəstəliyindən ölənlərin ölüm səbəbi yoluxucu xəstəlik olduğundan cənazələrinin ölkə xaricində və ölkə daxilində hava yolları ilə nəqli bu meyara uyğun olmalıdır. Avtomobil və dəmir yolu ilə cənazələrin nəqli hər növ quru yol və dəmir yolu ilə cənazələrin nəqli, hava yolları ilə cənazə nəqlində olduğu kimi, nəqliyyat vasitələrinə qəbul mərhələsində tabutların ciddi bir şəkildə lehimlənmiş, möhkəm bağlanmış və sızmalara imkan verməyəcək şəkildə olmasına diqqət yetirilməlidir" – məlumatda qeyd edilib.

Xəbər lenti
0