Tütün məmulatlarının istehsalı zavodu, arxiv şəkli

Komitə sosial mediada müzakirə olunan siqaretlərlə bağlı məlumat yaydı

102
(Yenilənib 19:03 19.05.2020)
Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, Ermənistanla ölkəmiz arasında hər hansı ticarət əlaqəsindən söhbət gedə bilməz və bu ölkədə istehsal edilən məhsulların ölkə ərazisinə gətirilməsi qəti qadağandır

 

BAKI, 19 may — Sputnik. Ötən gün bir sıra kütləvi informasiya vasitələri tərəfindən Ermənistanda istehsal olunan siqaretlərin ölkə ərazisində satıldığına dair video yayımlanıb. Həmin videonu qeydə alan, kimliyi barədə hər hansı məlumat verilməyən şəxs Sabirabad rayonundakı mağazalardan birindən Ermənistan istehsalı olan siqaret aldığını iddia edir və tütün məmulatının ölkə ərazisinə gətirilməsinə görə gömrük orqanlarını günahlandırır. Bu barədə Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, bir sıra media qurumları Dövlət Gömrük Komitəsinin rəsmi münasibətini öyrənmədən videonu yayımlayıb, üstəlik müvafiq cavab hazırlanması üçün araşdırma aparılması məqsədilə videonu qeydə alan şəxs barədə gömrük orqanlarına informasiya verməkdən imtina edib. Buna baxmayaraq DGK-nın aidiyyəti qurumları tərəfindən Sabirabad və ətraf rayonlardakı mağazalarda, topdan və pərakəndə satış məntəqələrində aparılan ciddi araşdırma zamanı Ermənistan istehsalı tütün məhsulllarının satışı aşkar edilməyib.

Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, Ermənistanla ölkəmiz arasında hər hansı ticarət əlaqəsindən söhbət gedə bilməz və bu ölkədə istehsal edilən məhsulların ölkə ərazisinə gətirilməsi qəti qadağandır. Qeyd edək ki, Komitənin müvafiq qurumları bu barədə mütəmadi məlumatlar yayır və Ermənistan mənşəli məhsulların gömrük-keçid məntəqələrində aşkar olunaraq məhv edilməsi barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır.

Dövlət Gömrük Komitəsi bir daha bütün media qurumlarını məlumat yayımlayarkən diqqətli olmağa, qarşı tərəfin rəyini öyrənmədən həqiqətə uyğun olmayan, rəsmi təsdiqini tapmayan iddiaları dərc etməməyə çağırır: "Yalan və böhtan xarakterli məlumat yayanlar bilməlidirlər ki, yaydıqları həqiqətə uyğun olmayan məlumata görə özləri də qanun qarşısında məsuliyyət daşıyırlar. Gömrük orqanlarını Ermənistanın istehsal etdiyi məhsulları ölkəmizə buraxmaqda günahlandıran şəxslər isə vicdanları qarşısında məsuliyyətli olsunlar. Əgər varsa…"

102

Simptomsuz koronavirusu necə təyin etmək olar?

33
Mayın 25-də “Rospotrebnadzor”un rəhbəri Anna Popova qeyd etmişdi ki, indi insanlar koronavirus səbəbindən “yeni normal şərtlərə” uyğun yaşamağa alışmalıdırlar

BAKI, 25 may - Sputnik. Koronavirusu heç bir əlamət olmadan keçirən xəstələrdə onu yalnız və yalnız analizlər vasitəsilə təyin etmək mümkündür.

Sputnik Azərbaycan bildirir ki, bunu tibb elmləri doktoru, pulmonoloq Aleksandr Karabinenko “Zvezda” telekanalına müsahibəsində deyib.

O izah edib ki, insanın koronavirus infeksiyasına yoluxmasını onun orqanizmindəki müvafiq anticisimlərlə təyin etmək mümkündür. Yəni xəstəliyi simptomsuz keçirənlərə xarici görünüşünə baxıb diaqnoz qoymaq heç cür mümkün deyil, həkim deyib.

Mayın 25-də “Rospotrebnadzor”un rəhbəri Anna Popova qeyd etmişdi ki, indi insanlar koronavirus səbəbindən “yeni normal şərtlərə” uyğun yaşamağa alışmalıdırlar: “Tamamilə aydındır ki, virus getməyə hazırlaşmır. Ancaq biz artıq çox şey bacarırıq, çox şeyi öyrəndik, yəni bu müddət ərzində bu virusla yaşamağı da öyrəndik”.

33
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
İkinci mərhələ başlayır: Koronavirus əleyhinə peyvəndin bir addımlığında
Azərbaycanın dostu olduğu ölkə koronavirusa qalib gəldiyini elan etdi
Koronavirusun fəsadlarının dərmanı dənizdən “çıxdı”
Lavrov: "Koronavirus beynəlxalq münasibətlərin yaxşılaşmasına kömək edə bilər"
Biz indi koronavirus dalğasının harasındayıq?
İranda COVİD-19-da ölən şəxs, arxiv şəkli

Biz indi koronavirus dalğasının harasındayıq?

33
(Yenilənib 08:34 26.05.2020)
Bəzi ölkələrin koronavirusa qalib gəldiyini elan etməsi fonunda ÜST rəsmisinin açıqlaması pandemiyanın səngidiyinə ümid edən optimistlərin üzərinə qaynar su kimi çilənib

BAKI, 25 may - Sputnik. Bəşəriyyət hələ yalnız COVID-19 xəstəliyinin birinci dalğasının ortasına çatıb. Pandemiyanın növbəti piki tamamilə gözləniləndir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə hallar üzrə proqramının rəhbəri Mayk Rayan deyib.

“Hal-hazırda biz ikinci dalğanı yaşamırıq, biz hələ birinci dalğanın tam ortasındayıq. <...> Biz bu dalğanın ikinci pik nöqtəsini də görə bilərik: qabaqlar da pandemiyalar zamanı belə hallar olub”, - Rayan deyib.

O izah edib ki, pandemiyanın yeni pik həddi virusun Mərkəzi və Cənubi Amerikada, Cənubi Asiyada və Afrikada yayılması ilə gələ bilər.

Rayanın sözlərinə görə, xəstəliyin artımının müvəqqəti yavaşıması o demək deyil ki, bu meyl gələcəkdə də davam edəcək.

O, həmçinin qeyd edib ki, dünya bundan sonra infeksiyanın ikinci dalğasını da qarşılamağa hazır olmalıdır: o, mövsümi qriplə üst-üstə düşə bilər.

Qeyd edək ki, COVID-19 xəstəliyinə səbəb olan SARS-CoV-2 yeni tip koronavirusu 2019-cu ilin dekabrında Çinin Uhan şəhərindən yayılmağa başlayıb. 2020-ci il martın 11-də ÜST yeni koronavirus epidemiyasını pandemiya adlandırıb.

33
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
İkinci mərhələ başlayır: Koronavirus əleyhinə peyvəndin bir addımlığında
Qonşularımız arasında nə baş verir? Koronavirus iki ölkəni düşmən edir
Koronavirusdan ən çox belə xəstələr ölür
Koronavirusa yoluxanların sayı yenə sağalanları üstələdi: ölənlər var
Koronaviruslu xəstələrə qulluq etdiklərinə görə qadınları morqa saldılar
Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Dünyada koronavirusa yoluxanlarla bağlı son statistika

0
(Yenilənib 11:05 26.05.2020)
Ölkələr arasında koronavirusa ən çox yoluxma (1 706 226), ölüm (99 805 nəfər) və sağalma (464 670 nəfər) ABŞ-da müşahidə olunur.

BAKI, 26 may – Sputnik. Dünyada 5 590 358 nəfər koronavirusa yoluxub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə onlayn statistikada qeyd edilir.

Virusa yoluxan 347 907 nəfərin öldüyü, 2 366 574 nəfərin sağaldığı bildirilir.

Ölkələr arasında koronavirusa ən çox yoluxma (1 706 226), ölüm (99 805 nəfər) və sağalma (464 670 nəfər) ABŞ-da müşahidə olunur.

Azərbaycanın sərhəd qonşusu olan Rusiya 353 427 yoluxma ilə üçüncü sırada qərarlaşıb. Bu ölkədə koronavirusdan 3 633 nəfər ölüb, 118 798 nəfər sağalıb.

Türkiyə dünya dövlətləri arasında 157 814 yoluxma ilə doqquzuncu, İran 137 724 yoluxma ilə 11-ci sıradadır.

Ermənistanda koronavirus 7 113, Gürcüstanda 731 nəfərdə aşkar edilib.

Həmsərhəd qonşularımız arasında virusdan ən çox ölüm faktı Türkiyədə (4 369 nəfər) qeydə alınıb.

Ölkəmizdə koronavirusa indiyə qədər 4 271 nəfər yoluxub. Virusdan 51 nəfər ölüb, 2 741 nəfər sağalıb.

 

0