BMT-nin İnkişaf Proqramı və TƏBİB ön sırada çalışan səhiyyə işçilərini tibbi avadanlıqlarla təmin edib

BMT TƏBİB-dən ön sırada çalışan səhiyyə işçilərinə hədiyyə

7
(Yenilənib 13:02 19.05.2020)
Sözügedən ləvazimatlar hazırda birgə icra edilən, "Azərbaycanda tibbi təchizat sisteminin gücləndirilməsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dəstək layihəsi" çərçivəsində satınalınıb. Avadanlıqlar bu həftə ərzində tibb müəssisələrinə çatdırılacaq

BAKI, 19 may — Sputnik. BMT-nin İnkişaf Proqramı və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə əməkdaşlığı çərçivəsində Azərbaycanın tibb işçiləri və pasiyentləri üçün tibbi ləvazimatların satınalınması həyata keçirilib. BMT-nin Bakı ofisindən Sputnik Azərbaycan-a verilən məlumata görə, içində 50.000 tibbi eynək və 1000 kontaktsız infraqırmızı termometrin də olduğu tibbi avadanlıq dəsti BMTİP-in beynəlxalq təchizat zənciri vasitəsilə Bakıya gətirilib.

Sözügedən ləvazimatlar hazırda birgə icra edilən, "Azərbaycanda tibbi təchizat sisteminin gücləndirilməsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dəstək layihəsi" çərçivəsində satınalınıb. Avadanlıqlar bu həftə ərzində tibb müəssisələrinə çatdırılacaq.

"Son aylar ərzində BMT-nin İnkişaf Proqramı BMT ailəsi ilə birgə, pandemiyanın yaratdığı çətinlikləri çevik şəkildə aradan qaldırmaq məqsədilə Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıq edir. Buraya rəqəmsal səhiyyə xidmətlərinə dair texniki məlumat dəstəyi, ictimai məlumatlandırma, onlayn təhsil sisteminin fəaliyyətini davam etdirməsi və əhalinin ən həssas qruplarının sosial rifahının yaxşılaşdırılması istiqamətləri daxildir", - BMTİP-in Rezident Nümayəndəsi Alessandro Frakassetti bildirib.

 

7

Simptomsuz koronavirusu necə təyin etmək olar?

30
Mayın 25-də “Rospotrebnadzor”un rəhbəri Anna Popova qeyd etmişdi ki, indi insanlar koronavirus səbəbindən “yeni normal şərtlərə” uyğun yaşamağa alışmalıdırlar

BAKI, 25 may - Sputnik. Koronavirusu heç bir əlamət olmadan keçirən xəstələrdə onu yalnız və yalnız analizlər vasitəsilə təyin etmək mümkündür.

Sputnik Azərbaycan bildirir ki, bunu tibb elmləri doktoru, pulmonoloq Aleksandr Karabinenko “Zvezda” telekanalına müsahibəsində deyib.

O izah edib ki, insanın koronavirus infeksiyasına yoluxmasını onun orqanizmindəki müvafiq anticisimlərlə təyin etmək mümkündür. Yəni xəstəliyi simptomsuz keçirənlərə xarici görünüşünə baxıb diaqnoz qoymaq heç cür mümkün deyil, həkim deyib.

Mayın 25-də “Rospotrebnadzor”un rəhbəri Anna Popova qeyd etmişdi ki, indi insanlar koronavirus səbəbindən “yeni normal şərtlərə” uyğun yaşamağa alışmalıdırlar: “Tamamilə aydındır ki, virus getməyə hazırlaşmır. Ancaq biz artıq çox şey bacarırıq, çox şeyi öyrəndik, yəni bu müddət ərzində bu virusla yaşamağı da öyrəndik”.

30
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
İkinci mərhələ başlayır: Koronavirus əleyhinə peyvəndin bir addımlığında
Azərbaycanın dostu olduğu ölkə koronavirusa qalib gəldiyini elan etdi
Koronavirusun fəsadlarının dərmanı dənizdən “çıxdı”
Lavrov: "Koronavirus beynəlxalq münasibətlərin yaxşılaşmasına kömək edə bilər"
Biz indi koronavirus dalğasının harasındayıq?
İranda COVİD-19-da ölən şəxs, arxiv şəkli

Biz indi koronavirus dalğasının harasındayıq?

30
(Yenilənib 08:34 26.05.2020)
Bəzi ölkələrin koronavirusa qalib gəldiyini elan etməsi fonunda ÜST rəsmisinin açıqlaması pandemiyanın səngidiyinə ümid edən optimistlərin üzərinə qaynar su kimi çilənib

BAKI, 25 may - Sputnik. Bəşəriyyət hələ yalnız COVID-19 xəstəliyinin birinci dalğasının ortasına çatıb. Pandemiyanın növbəti piki tamamilə gözləniləndir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə hallar üzrə proqramının rəhbəri Mayk Rayan deyib.

“Hal-hazırda biz ikinci dalğanı yaşamırıq, biz hələ birinci dalğanın tam ortasındayıq. <...> Biz bu dalğanın ikinci pik nöqtəsini də görə bilərik: qabaqlar da pandemiyalar zamanı belə hallar olub”, - Rayan deyib.

O izah edib ki, pandemiyanın yeni pik həddi virusun Mərkəzi və Cənubi Amerikada, Cənubi Asiyada və Afrikada yayılması ilə gələ bilər.

Rayanın sözlərinə görə, xəstəliyin artımının müvəqqəti yavaşıması o demək deyil ki, bu meyl gələcəkdə də davam edəcək.

O, həmçinin qeyd edib ki, dünya bundan sonra infeksiyanın ikinci dalğasını da qarşılamağa hazır olmalıdır: o, mövsümi qriplə üst-üstə düşə bilər.

Qeyd edək ki, COVID-19 xəstəliyinə səbəb olan SARS-CoV-2 yeni tip koronavirusu 2019-cu ilin dekabrında Çinin Uhan şəhərindən yayılmağa başlayıb. 2020-ci il martın 11-də ÜST yeni koronavirus epidemiyasını pandemiya adlandırıb.

30
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
İkinci mərhələ başlayır: Koronavirus əleyhinə peyvəndin bir addımlığında
Qonşularımız arasında nə baş verir? Koronavirus iki ölkəni düşmən edir
Koronavirusdan ən çox belə xəstələr ölür
Koronavirusa yoluxanların sayı yenə sağalanları üstələdi: ölənlər var
Koronaviruslu xəstələrə qulluq etdiklərinə görə qadınları morqa saldılar
Yorğun qadın, arxiv şəkli

Bu təşəbbüsün heç adını da tutmayın - uşağınızın tərbiyəsi olacaq, sağlamlığı

2
(Yenilənib 02:41 26.05.2020)
"Azyaşlıların bütün günü kompüterin, planşetin qarşısında oturması arzuolunan deyil. Bu, vərdiş halını ala və gələcəkdə belə zərərli alışqanlıq uşaq üçün adiləşə bilər" - Kamran Əsədov

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 26 may — Sputnik. Paytaxtda olan uşaq bağçalarının açılması hələ gözlənilmir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mütəxəssislər nə qərar qəbul etsələr, həmin qərar ictimaiyyətə açıqlanacaq. E.Əzizov bildirib ki, yaxın gələcək üçün uşaq bağçalarının açılması gözlənilmir.

Mütəxəssislərin fikrincə, uşaq bağçalarının açılmaması valideynlərin işini çətinləşdirməklə yanaşı, qavrama qabiliyyətinin inkişaf dövründə olan uşaqlara pis təsir edəcək. Uşaqların bağça təhsilindən uzaq düşməsi onların məktəbə gedərkən çətinliklərlə qarşılaşmasına səbəb olacaq. Belə bir dövrdə virtual bağça anlayışı gündəmə gəlib. Virtual bağça yaradıla bilərmi? Yaradılarsa, nə dərəcə effektli ola bilər?

Psixoloq Zeynəb Eyyubova hesab edir ki, karantin dönəmi daha çox bağçaya gedən, günlərinin çox hissəsi bağçada keçən 1-6 yaşlı uşaqlara təsir edir. Çünki bu uşaqların artıq bağça həyatında qurulmuş bir nizamı vardı: "Uşaq hər gün bağçaya gedirdi, yemək vaxtı, oyun vaxtı - hər bir prosesin vaxtı vardı. Bağçalarda uşaqlar üçün hər bir sahədə şərait yaradılırdı. Valideyn istəsə belə, uşaq üçün bağçadakı şəraiti yarada bilməz. Bu səbəbdən də ən çox təsir elə bu uşaqlara oldu".

Psixoloq bildirib ki, 1-6 yaşlı uşaqlarla onlayn sistemlə işləmək alınmır.

Bu zaman uşaqla işləmək üçün valideyn vasitəsilə, valideynlə işləmək lazım gəlir. Valideynin isə buna vaxtı olmur. 

"Əgər virtual sistem yaradılsa, müəllimlər valideynlə danışmalıdırlar. Çünki 3-5 yaşlı uşağı kompüter qarşısına gətirib, onun diqqətini bir yerə cəmləmək mümkün deyil. Sadəcə, bağçanın sosial hesabında valideynlər üçün gündəlik məşğələlər qoymaq olar. Bunu da hər bir valideyn edə bilmir. Elə valideyn var ki, gündə uşağına heç yarım saat vaxt ayıra bilmir", - deyən psixoloq vurğulayıb ki, bağça sistemində virtuallıq işə yaramayacaq.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a bildirib ki, hal-hazırda ölkəmizdə 1656 dövlət (717 kənd, 939 şəhər), 96 qeyri-dövlət (95 şəhər, 1 kənd) məktəbəqədər təhsil müəssisəsi var. 

Uşaq bağçası, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic
Danılmaz faktdır ki, bağçalar körpələrin təlim-tərbiyəsində mühüm rol oynayır: "Hər yaş dönəminin özünün xüsusiyyətləri, psixoloji, sosial, emosional standartları var. Uşaqlar o xüsusiyyətlərə, standartlara cavab verə-verə böyüyürlər. Beləcə, dünya praktikasında uşaq inkişafının standartları meydana çıxır. İndi həmin o standartların tətbiqi üçün bir müəssisə lazımdır. Lakin kiçik yaşlıların bağçalara cəlb olunması baxımından Azərbaycandakı göstəricilər dünyanın aparıcı dövlətlərilə müqayisədə çox aşağıdır. Hələ bağçaların sayının çox olduğu Bakı şəhərində məktəbəqədər yaş qrupunda olan uşaqların 25 faizi məktəbə bağçalardan gəlir. Təəssüf ki, maddi-texniki baza, binalar da bəs eləmir ki, digər 75% də bağçalara cəlb olunsun".

Ekspert vurğulayıb ki, dünya təcrübəsindən Amerikada bağçaların 80%-i özəldir. Həmin bağçalarda olan şərait dövlət hesabında olan məktəbəqədər müəssisələrdən daha yaxşı qurulub. Dövlətin üzərinə az yük düşür.

"Martın 3-dən etibarən isə ümumiyyətlə uşaq bağçaları fəaliyyətini dayandırdı və bu, azyaşlılara mənfi təsir göstərməyə başladı. Orta və ali təhsildən fərqli olaraq uşaq bağçalarının onlayn fəaliyyət göstərməsi arzuolunan deyil. Çünki bu pillədə təhsil o qədər də önəmli deyil. Və bağçanın onlayn fəaliyyət göstərməsi azyaşlılarda fiziki problemlər ortaya çıxara bilər. Belə ki, kompüter, planşet arxasında oturma onlarda onurğa əyriliyinə, skolioz xəstəliyinə, görmə qabiliyyətinin zəifləməsinə gətirib çıxara bilər", - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, digər tərəfdən isə internet imkanları olmayan uşaqlar bu prosesdən kənarda qalacaqlar.

K.Əsədov hesab edir ki, bağçalar onlayn fəaliyyəti fərqli istiqamətdə göstərməlidir. Belə ki, onlar hər bir uşaq üçün fərdi gündəlik fəaliyyət planı hazırlamalı, tapşırıqlar verməli və bunun valideyn tərəfindən həyata keçirilməsini təmin etməlidirlər.

"Gündəlik tapşırıqlar yerinə yetirilən zaman isə valideyn bunu videoya çəkib müəlimə göndərə bilər. Azyaşlıların bütün günü kompüterin, planşetin qarşısında oturması arzuolunan deyil. Bu, vərdiş halını ala bilər və gələcəkdə belə zərərli alışqanlıq uşaq üçün adiləşə bilər. Bəzi hallarda onlayn dərslər zamanı bir çox uşaq eyni anda platformaya qoşulduğu üçün səs yüksəlir və effektivlik aşağı düşür", - deyə ekspert bildirib.

2
Əlaqədar
Məktəb, koronavirus və D vitamini - "Təhlükə qala-qala tədris bərpa olunmayacaq"
Tədrisdə ciddi problem yaranıb: Belə getsə, nə müəllim qazanacaq, nə nəticə olacaq
Real olmasa da, məktəb: Şagirdlər hər gün dərsə necə "gedirlər"
Hamı öz dərdinin hayındadır, onlar yaddan çıxıb – Uşaq evləri, sığınacaqlar necə qorunur
Uşaq bağçalarının açılmasına aydınlıq gətirildi