Maksa tamış kişi, arxiv şəkli

TƏBİB-dən xəbərdarlıq - Təkcə maska bəs eləməyəcək

28
(Yenilənib 19:19 18.05.2020)
Yoluxmanın qarşısını almaq, kontrollu sosial həyat üçün həm maska taxılmalı, həm də sosial məsafə qorunmalıdır

BAKI, 18 may — Sputnik. Tədqiqatlara əsasən, ayrı-ayrılıqda maskanın istifadəsi və ya sosial məsafənin gözlənilməsi virusdan qorunmaq üçün yetərsizdir, bu halda yoluxma baş verə bilər.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə TƏBİB-in yaydığı tövsiyədə bildirilir. Qeyd olunub ki, yoluxmanın qarşısını almaq, kontrollu sosial həyat üçün həm maska taxılmalı, həm də sosial məsafə qorunmalıdır.

Qeyd edək ki, Azərbaycanda bu günə kimi koronavirusa 3387 yoluxma halı qeydə alınıb. Yoluxanlardan 40 nəfəri dünyasını dəyişib, 2055 nəfəri sağalaraq evə buraxılıb.

Pandemiya ilə bağlı ölkədə martın ortalarından etibarən karantin rejimi elan olunub.

28

Simptomsuz koronavirusu necə təyin etmək olar?

32
Mayın 25-də “Rospotrebnadzor”un rəhbəri Anna Popova qeyd etmişdi ki, indi insanlar koronavirus səbəbindən “yeni normal şərtlərə” uyğun yaşamağa alışmalıdırlar

BAKI, 25 may - Sputnik. Koronavirusu heç bir əlamət olmadan keçirən xəstələrdə onu yalnız və yalnız analizlər vasitəsilə təyin etmək mümkündür.

Sputnik Azərbaycan bildirir ki, bunu tibb elmləri doktoru, pulmonoloq Aleksandr Karabinenko “Zvezda” telekanalına müsahibəsində deyib.

O izah edib ki, insanın koronavirus infeksiyasına yoluxmasını onun orqanizmindəki müvafiq anticisimlərlə təyin etmək mümkündür. Yəni xəstəliyi simptomsuz keçirənlərə xarici görünüşünə baxıb diaqnoz qoymaq heç cür mümkün deyil, həkim deyib.

Mayın 25-də “Rospotrebnadzor”un rəhbəri Anna Popova qeyd etmişdi ki, indi insanlar koronavirus səbəbindən “yeni normal şərtlərə” uyğun yaşamağa alışmalıdırlar: “Tamamilə aydındır ki, virus getməyə hazırlaşmır. Ancaq biz artıq çox şey bacarırıq, çox şeyi öyrəndik, yəni bu müddət ərzində bu virusla yaşamağı da öyrəndik”.

32
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
İkinci mərhələ başlayır: Koronavirus əleyhinə peyvəndin bir addımlığında
Azərbaycanın dostu olduğu ölkə koronavirusa qalib gəldiyini elan etdi
Koronavirusun fəsadlarının dərmanı dənizdən “çıxdı”
Lavrov: "Koronavirus beynəlxalq münasibətlərin yaxşılaşmasına kömək edə bilər"
Biz indi koronavirus dalğasının harasındayıq?
İranda COVİD-19-da ölən şəxs, arxiv şəkli

Biz indi koronavirus dalğasının harasındayıq?

32
(Yenilənib 08:34 26.05.2020)
Bəzi ölkələrin koronavirusa qalib gəldiyini elan etməsi fonunda ÜST rəsmisinin açıqlaması pandemiyanın səngidiyinə ümid edən optimistlərin üzərinə qaynar su kimi çilənib

BAKI, 25 may - Sputnik. Bəşəriyyət hələ yalnız COVID-19 xəstəliyinin birinci dalğasının ortasına çatıb. Pandemiyanın növbəti piki tamamilə gözləniləndir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə hallar üzrə proqramının rəhbəri Mayk Rayan deyib.

“Hal-hazırda biz ikinci dalğanı yaşamırıq, biz hələ birinci dalğanın tam ortasındayıq. <...> Biz bu dalğanın ikinci pik nöqtəsini də görə bilərik: qabaqlar da pandemiyalar zamanı belə hallar olub”, - Rayan deyib.

O izah edib ki, pandemiyanın yeni pik həddi virusun Mərkəzi və Cənubi Amerikada, Cənubi Asiyada və Afrikada yayılması ilə gələ bilər.

Rayanın sözlərinə görə, xəstəliyin artımının müvəqqəti yavaşıması o demək deyil ki, bu meyl gələcəkdə də davam edəcək.

O, həmçinin qeyd edib ki, dünya bundan sonra infeksiyanın ikinci dalğasını da qarşılamağa hazır olmalıdır: o, mövsümi qriplə üst-üstə düşə bilər.

Qeyd edək ki, COVID-19 xəstəliyinə səbəb olan SARS-CoV-2 yeni tip koronavirusu 2019-cu ilin dekabrında Çinin Uhan şəhərindən yayılmağa başlayıb. 2020-ci il martın 11-də ÜST yeni koronavirus epidemiyasını pandemiya adlandırıb.

32
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
İkinci mərhələ başlayır: Koronavirus əleyhinə peyvəndin bir addımlığında
Qonşularımız arasında nə baş verir? Koronavirus iki ölkəni düşmən edir
Koronavirusdan ən çox belə xəstələr ölür
Koronavirusa yoluxanların sayı yenə sağalanları üstələdi: ölənlər var
Koronaviruslu xəstələrə qulluq etdiklərinə görə qadınları morqa saldılar
 Mİ-8 helikopteri, arxiv şəkli

Rusiyada daha bir vertolyot qəzası Ölənlər var

0
(Yenilənib 09:47 26.05.2020)
Qəza helikopterin təmirindən sonra sınaq uçuşu zamanı baş verib. Həlak olanların hamısı hərbçidir. Hadisəyə texniki nasazlıq səbəb olub.

BAKI, 26 may – Sputnik. Rusiyanın Çukotka muxtar dairəsində Mi-8 helikopteri sərt eniş edib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 4 nəfər həlak olub.

Qeyd olunur ki, qəza helikopterin təmirindən sonra sınaq uçuşu zamanı baş verib. Həlak olanların hamısı hərbçidir.

Helikopter sərt eniş etdikdən sonra yanğın başlayıb. Hadisəyə texniki nasazlıq səbəb olub.

Qeyd edək ki, cəmi bir neçə gün öncə ölkədə daha bir vertolyot qəzası baş vermişdi.

0