Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

ÜST Trampı yalançı çıxardı - COVID-19 peyvəndi ilin sonuna hazır olmayacaq

© AFP 2023 / ANDREW CABALLERO-REYNOLDSВакцина от COVID-19, фото из архива
Вакцина от COVID-19, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hətta dərman testləri vaxt tələb edir, çünki bir dərman bir neçə xəstəyə təsir edirsə, bu, sadəcə təsadüf ola bilər və bütün testləri yerinə yetirmək üçün daha çox vaxt lazım ola bilər.

BAKI, 15 may — Sputnik. İlk COVID-19 peyvəndi çətin ki, ilin sonuna hazır olsun. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Marqaret Harris Cenevrədə keçirilən brifinqdə bildirib.

Тест на коронавирус - Sputnik Azərbaycan
SƏHİYYƏ
İyirmi min könüllü ölümə atıldı – Vaksin naminə

"Yaxşı xəbər odur ki, bütün dünya üzrə tədqiqatçılar işləyirlər. Bizim fəaliyyət göstərən 100 müxtəlif qrupumuz var, lakin proses vaxt tələb edir. Məsələ təhlükəsizlikdədir. Peyvəndin yoluxma zamanı virusdan qoruyacaq düzgün anticisimləri stimullaşdırdığını və eyni zamanda peyvəndin təhlükəsizliyini, yan təsirlərinin olub-olmadığını, vaksinlərdən hansının daha təhlükəsiz olduğunu anlamaq lazımdır", – Harris ABŞ Prezidenti Donald Trampın COVID-19 vaksininin 2020-ci ilin sonuna qədər hazır olacağına dair bəyanatını şərh edərkən bildirib.

Harris deyib ki, bundan sonra bu peyvəndin necə istehsal olunacağını və onun insanlara necə çatdırılacağını anlamaq lazımdır.

"Bütün bunlar vaxt tələb edir", – o əlavə edib.

Onun sözlərinə görə, hətta dərman testləri vaxt tələb edir, çünki bir dərman bir neçə xəstəyə təsir edirsə, bu, sadəcə təsadüf ola bilər və bütün testləri yerinə yetirmək üçün daha çox vaxt lazım ola bilər.

Xəbər lenti
0