Naxçıvan şəhərinə mənzərə, arxiv şəkli

Naxçıvanda koronavirus aşkarlanan xəstələrin sayı açıqlandı

71
(Yenilənib 15:21 15.05.2020)
Naxçıvanda profilaktik tədbirlərdə iştirak edən dövlət tibb müəssisələrinin işçiləri və digər qurumların əməkdaşları aylıq vəzifə maaşının 3-5 misli məbləğində mükafatlandırılıblar

BAKI, 15 may — Sputnik. “Naxçıvan Muxtar Respublikasında ümumilikdə 7450 nəfər karantinə alınıb. Ötən dövrdə 7033 nəfərin karantin müddəti bitib”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Naxçıvan Muxtar Respublikasında pandemiya ilə mübarizə sahəsində görülən işlərlə bağlı tədbirdə Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Zeynəb Mustafayeva bildirib. Onun sözlərinə görə, hazırda 417 nəfər karantində saxlanılır:

 “Virusun laborator təyini üçün Muxtar Respublikada Polimer Zəncirvari Reaksiya laboratoriyası yaradılıb, ötən dövrdə 2506 müayinə aparılıb, 106 nəfərdə virus aşkarlanıb, onlardan 2-si vəfat edib, 99-u tam sağalma ilə evə yazılıb. Hazırda 5 xəstənin müalicəsi davam etdirilir”.

Z.Mustafayevanın sözlərinə görə, yaradılan şəraitin və görülən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, pandemiya elan olunan virusun Muxtar Respublikada yayılması nəzarətə götürülüb.  Z.Mustafayeva Muxtar Respublikanın səhiyyə müəssisələrində görülən işlər, profilaktik tədbirlər barədə geniş məlumat verib. Qeyd edib ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamlarına əsasən, profilaktik tədbirlərdə iştirak edən dövlət tibb müəssisələrinin işçiləri və digər qurumların əməkdaşları aylıq vəzifə maaşının 3-5 misli məbləğində mükafatlandırılıblar.

71
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (316)
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda daha 792 nəfər COVID-19-a yoluxub, 220 nəfər sağalıb

27
(Yenilənib 15:37 24.10.2020)
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 353, ötən müddət ərzində isə ümumilikdə 1 281 497 test aparılıb.

BAKI, 24 oktyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 792 yeni yoluxma faktı qeydə alınıb, 220 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 49 013 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 41 051 nəfər müalicə olunaraq sağalıb, 664 nəfər vəfat edib, aktiv xəstə sayı 7 298 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 353, ötən müddət ərzində isə ümumilikdə 1 281 497 test aparılıb.

27
Gürcüstanda epdimioloji vəziyyət

Qonşuda yeni yoluxma antirekordu qeydə alındı

30
(Yenilənib 14:57 24.10.2020)
Bu günə qədər 41 Gürcüstan vətəndaşı digər ölkələrə müalicə üçün gedib. Gürcüstanda ilk yoluxma fevralın 26-da qeydə alınıb.

BAKI, 24 oktyabr — Sputnik. Gürcüstanda son sutkada 1941 nəfər koronavirusa yoluxub və 10 nəfər dünyasını dəyişib.

Sputnik Gürcüstan xəbər verir ki, pandemiya başlayandan bu günə qədər 26503 nəfər koronavirusa yoluxub.

Eyni zamanda son sutkada 412 nəfər sağalıb. Bu günə qədər Gürcüstanda 10163 nəfər koronavirusdan sağalıb və 193 nəfər ölüb.

Hazırda karantində 4180 nəfər, koronavirus üçün ayrılmış mehmanxanalarda 1848 nəfər, stasionar 3571 nəfər müalicə alır. Bu günə qədər 41 Gürcüstan vətəndaşı digər ölkələrə müalicə üçün gedib. Gürcüstanda ilk yoluxma fevralın 26-da qeydə alınıb.

30
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Ermənistan ordusunun hücum cəhdinin qarşısı alınıb

18
Bölmələrimizin sərt müqaviməti ilə rastlaşan düşmən geri çəkilməyə məcbur edilib. Düşmən qüvvələrindən əsir götürülənlər var.

BAKI, 24 oktyabr - Sputnik. Oktyabrın 24-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Sünik-Zəngilan yolu istiqamətindən bölmələrimizə hücum etməyə cəhd edib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bölmələrimizin sərt müqaviməti ilə rastlaşan düşmən geri çəkilməyə məcbur edilib. Düşmən qüvvələrindən əsir götürülənlər var.

18
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə