Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Azərbaycanda daha 65 nəfərdə koronavirus aşkarlandı, ölənlər var

546
Hazırkı dövrədək ölkəmizdə 2758 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1789 nəfər müalicə olunaraq sağalıb, 35 nəfər vəfat edib

BAKI, 13 may — Sputnik. Azərbaycanda 65 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərərgahdan verilən məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki,  54 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, 1949 və 1961-ci il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 2758 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1789 nəfər müalicə olunaraq sağalıb, 35 nəfər vəfat edib, 934 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 30 nəfərin vəziyyəti ağır, 44 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 208.546 test aparılıb.

546
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (79)
Əlaqədar
ÜST rəhbəri koronavirusa qarşı ən effektiv vasitəni açıqladı
İstənilən orqanı zədələyə bilər – koronavirus barədə daha bir həqiqət
Alış-veriş mərkəzlərində koronavirus təhlükəsi - Nələrə diqqət yetirməliyik
Düyməni basmağa tələsməyin: koronavirus təhlükəsi heç gözləmədiyiniz yerdədir
Koronavirusa yoluxanların sayı daha bir milyonu keçdi
 Koronavirus testi, arxiv şəkli

TƏBİB koronavirus testindən keçənlərin sayını açıqladı

12
Hazırda 1681 aktiv koronavirus xəstəsinin 79-u reanimasiyadadır, 20 nəfər süni tənəffüs aparatına qoşulub.

BAKI, 28 may - Sputnik. Bu gün Azərbaycanda koronavirusla bağlı keçirilən test sayı 4006 olub.

TƏBİB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, ümumilikdə ölkədə koronavirusla bağlı keçirilən test sayı 284 669-dur.

Qeyd edək ki, Azərbaycanda daha 191 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər vəfat edib. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 4759, vəfat edənlərin sayı 56, sağalanların sayı 3022-dir.

Hazırda 1681 aktiv koronavirus xəstəsinin 79-u reanimasiyadadır, 20 nəfər süni tənəffüs aparatına qoşulub.

12
Laboratoriya, arxiv şəkli

Ən böyük vaksin istehsalçısından ümidverici xəbər

17
(Yenilənib 20:15 28.05.2020)
Lakin vaksinin qiyməti ilə bağlı olaraq isə hələlik heç bir məlumat açıqlanmayıb. Hazırda şirkət tərəindən hökumətlərlə bu istiqamətdə danışıqlar aparılır.

BAKI, 28 may — Sputnik. Bu gün bütün dünyada yayılan COVİD-19 virusu ilə əlaqədar olaraq bir neçə ölkə vaksin istehsalına başlayıb. Artıq müxtəlif firmalar 2021-ci il üçün COVİD-19 əleyhinə istehsalı nəzərdə tutulan vaksinlərlə bağlı müəyyən məlumatları açıqlayırlar.

Sputnik Azərbaycan-ın “The Guardian”a istinadən xəbərinə görə,  dünyanın ən böyük vaksin istehsalçılarından olan “GlaxoSmithKline” (GSK) 1 milyard dozada COVİD-19 əleyhinə vaksinin istehsalı nəzərdə tutur. Hazırda şirkət tərəindən hökumətlərlə bu istiqamətdə danışıqlar aparılır.

Lakin vaksinin qiyməti ilə bağlı olaraq isə hələlik heç bir məlumat açıqlanmayıb. Hazırda şirkət fransız dərman istehsalçısı olan, bu sahədə ixtisaslaşmış, dünyaca məşhur Sanofi şirkətilə birgə işlərə başlayıb.

17

Paytaxtda karantin rejimini pozan kafelər aşkarlandı

0
Reydlərlə "Dəli Kür"də 5 nəfər, "Sakit Məkan"da 4 nəfər və "Çırağan" kafesində isə 2 nəfər müştəri qəbulu həyata keçirildiyi aşkarlanıb.

BAKI, 28 may - Sputnik. Bakıda xüsusi karantin qaydalarını pozan bir neçə kafe aşkarlanıb.

"Report"un xəbərinə görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri reyd zamanı Babək prospektində yerləşən "Dəli Kür" kafesinin, Qaçaq Nəbi küçəsindəki "Sakit Məkan" və Ramiz Quliyev küçəsindəki "Çırağan" kafelərinin müəyyən edilən vaxt rejimindən kənar saatlarda fəaliyyət göstərmələri məlum olub.

Reydlərlə "Dəli Kür"də 5 nəfər, "Sakit Məkan"da 4 nəfər və "Çırağan" kafesində isə 2 nəfər müştəri qəbulu həyata keçirildiyi aşkarlanıb.

Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə protokollar tərtib olunub.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qaydalara əsasən, bütün ictimai iaşə obyektlərində müştərilərə saat 08:00-dan 18:00-dək yerində xidmət göstərmək olar.

0