Maska taxmış olan, arxiv şəkli

Koronavirus yeni forma alıb İndi uşaqları vurur

60
(Yenilənib 15:49 10.05.2020)
Nyu-Yorkda 73-dən çox uşaq sözügedən nadir simptomlardan əziyyət çəkir. Bunun, “Kavasaki” xəstəliyi ilə bəzi oxşarlıqları var. Yeni simptomla bağlı ictimaiyyət ilk dəfə olaraq bu həftə məlumatlandırılıb.

BAKI, 10 may — Sputnik. Nyu-York ştatında koronavirusdan eyni gündə 3 uşaq ölüb.

Sputnik Azərbaycan-ın "The New York Times"a istinadən verdiyi xəbərə görə, uşaqların ölümünə səbəb koronavirusla əlaqəli müəmmalı, toksik-şok iltihab sindromu olub.

Çimərlikdə qızlar, arxiv şəkli
© AFP 2020 / PASCAL POCHARD-CASABIANCA

Qubernator Endryu Kuomo Manhettendə keçirdiyi brifinqdə bununla bağlı fikirlərini açıqlayıb: “Xəstəlik üç uşağın həyatına son qoydu. Onların ölüm səbəbi koronavirusun yeni təzahürünü ortaya qoyur - bu yenidir, virus inkişaf edir”.

Qeyd edək ki, Nyu-Yorkda 73-dən çox uşaq sözügedən nadir simptomlardan əziyyət çəkir. Bunun, “Kavasaki” xəstəliyi ilə bəzi oxşarlıqları var. Yeni simptomla bağlı ictimaiyyət ilk dəfə olaraq bu həftə məlumatlandırılıb.

Kuomo əlavə edib ki, bu, çox ciddi bir vəziyyətdir: "Hələ bu virus haqqında öyrənəcəyimiz çox şey var. Uşaqlar xəstəxanaya gətirildikdə, onlarda ümumiyyətlə, koronavirusla əlaqəli tənəffüs əlamətləri müşahidə edilməyib, lakin infeksiyaya yoluxma aşkarlanıb”.

Kuomo valideynlərdən uşaqlarda uzun müddət davam edən hərarət, ağır qarın ağrısı, dəri rənginin dəyişməsi, ürək və sinə ağrısı kimi simptomlar hiss edərkən son dərəcə ayıq olmalarını xahiş edib.

60

Azərbaycanda son sutkada 543 nəfərdə COVID-19 aşkarlanıb

119
(Yenilənib 20:51 14.07.2020)
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8217, ötən müddət ərzində isə ümumilikdə 584466 test aparılıb.

BAKI, 14 iyul - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 543 yeni yoluxma faktı qeydə alınıb, 510 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

View this post on Instagram

A post shared by Sputnik Azərbaycan (@sputnik.az) on

İndiyədək ölkədə ümumilikdə 25 113 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 16150 nəfər müalicə olunaraq sağalıb, 319 nəfər vəfat edib, 8644 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8217, ötən müddət ərzində isə ümumilikdə 584466 test aparılıb.

119
Həkim, arxiv şəkli

“Semaşko”nun koronavirusa yoluxan həkimi tənəffüs cihazına qoşulub

19
(Yenilənib 16:03 14.07.2020)
Həkim iyunun 3-də mərkəzin infeksion xəstəliklər şöbəsinə təngnəfəslik, tənəffüs çatışmazlığı və saturasiyasının aşağı olması göstəriciləri ilə gecə saatlarında qəbul olunub.

BAKI, 14 iyul — Sputnik. Bakı Sağlamlıq Mərkəzi COVID-19 infeksiyasına yoluxan və orada müalicəsi davam edən 1 saylı Kliniki Tibbi Mərkəzin reanimatoloqu Kərəm Yaqubov durumu ilə bağlı məlumat yayıb.

Mərkəzdən Sputnik Azərbaycan-a verilən məlumata görə, həkim iyunun 3-də mərkəzin infeksion xəstəliklər şöbəsinə təngnəfəslik, tənəffüs çatışmazlığı və saturasiyasının aşağı olması göstəriciləri ilə gecə saatlarında qəbul olunub. 

Bildirilib ki, ayın 9-dan etibarən xəstənin təngnəfəslik və boğulmalarının artması səbəbi ilə o, reanimasiya şöbəsinə yerləşdirilib, intubasiya olunub və süni tənəffüs aparatına qoşulub: "Hazırda xəstə süni tənəffüs cihazındadır, müalicəsi davam etdirilir".

19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Quşçuluq ferması

Quşçuluq təsərrüfatları çətin dönəmdə - Yeməyə toyuq tapmayacağıq

0
"Quş yemi idxalı bahalaşıb. Yemin qiyməti artsa da, quş ətinin yerli istehsalında qiymət artımı yoxdur"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 iyul — Sputnik. "Quşçuluq təsərrüfatlarında çətinlik var. İşçilərin sayının azalması istehsala təsir edir".  Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev söyləyib. O bildirib ki, quş yeminin xaricdən gətirilməsi pandemiya dövründə istehsala təsirsiz ötüşməyib: "Quş yemi idxalı bahalaşıb. Yemin qiyməti artsa da, quş ətinin yerli istehsalında qiymət artımı yoxdur".

A.Vəliyev qanunsuz quş əti istehsalı məsələsinə də toxunub. O bildirib ki, belə gizli sexlərin aşkarlanması vacibdir: "Nəzarətsiz istehsal edilən quş ətləri, onlara vurulan maye araşdırılmalıdır. Bunu edənlər cinayətkardır. Quş əti istehsalı ilə qanuni məşğul olan şirkətlərin istehsal etdikləri məhsulun üzərində zəruri qeydlər olur. Məhsulun harada, nə vaxt istehsal edildiyi əks olunur. Amma bu gün gizli sexlərdə quş ətinə vurulan mayenin tərkibi məlum deyil".

0