Koronavirus testi, arxiv şəkli

Koronavirusa yoluxan xəstələrimizdən acı xəbər aldıq

1061
(Yenilənib 17:30 09.05.2020)
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1942, 1944 və 1956-cı il təvəllüdlü 3 nəfər vəfat edib

BAKI, 9 may - Sputnik. Azərbaycanda 143 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1942, 1944 və 1956-cı il təvəllüdlü 3 nəfər vəfat edib: "Hazırkı dövrədək ölkəmizdə 2 422 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 620 nəfər müalicə olunaraq sağalıb, 31 nəfər vəfat edib, 771 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 41 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 188 950 test aparılib".

1061
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (79)
Əlaqədar
Polis reyd keçirir: Maska taxmayanlar avtobusdan düşürülür
Yavaş-yavaş: Azərbaycan karantindən necə çıxır – Video
Karantin qaydalarını pozanlara qarşı tədbirlərin sərtləşdirilməsi tələb edildi
Türkiyədə ölənlərin sayı 48 nəfərə kimi azaldı
Dünya 4 milyon rəqəminə çatdı – sonra nə olacaq
 Koronavirus testi, arxiv şəkli

TƏBİB koronavirus testindən keçənlərin sayını açıqladı

12
Hazırda 1681 aktiv koronavirus xəstəsinin 79-u reanimasiyadadır, 20 nəfər süni tənəffüs aparatına qoşulub.

BAKI, 28 may - Sputnik. Bu gün Azərbaycanda koronavirusla bağlı keçirilən test sayı 4006 olub.

TƏBİB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, ümumilikdə ölkədə koronavirusla bağlı keçirilən test sayı 284 669-dur.

Qeyd edək ki, Azərbaycanda daha 191 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər vəfat edib. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 4759, vəfat edənlərin sayı 56, sağalanların sayı 3022-dir.

Hazırda 1681 aktiv koronavirus xəstəsinin 79-u reanimasiyadadır, 20 nəfər süni tənəffüs aparatına qoşulub.

12
Laboratoriya, arxiv şəkli

Ən böyük vaksin istehsalçısından ümidverici xəbər

17
(Yenilənib 20:15 28.05.2020)
Lakin vaksinin qiyməti ilə bağlı olaraq isə hələlik heç bir məlumat açıqlanmayıb. Hazırda şirkət tərəindən hökumətlərlə bu istiqamətdə danışıqlar aparılır.

BAKI, 28 may — Sputnik. Bu gün bütün dünyada yayılan COVİD-19 virusu ilə əlaqədar olaraq bir neçə ölkə vaksin istehsalına başlayıb. Artıq müxtəlif firmalar 2021-ci il üçün COVİD-19 əleyhinə istehsalı nəzərdə tutulan vaksinlərlə bağlı müəyyən məlumatları açıqlayırlar.

Sputnik Azərbaycan-ın “The Guardian”a istinadən xəbərinə görə,  dünyanın ən böyük vaksin istehsalçılarından olan “GlaxoSmithKline” (GSK) 1 milyard dozada COVİD-19 əleyhinə vaksinin istehsalı nəzərdə tutur. Hazırda şirkət tərəindən hökumətlərlə bu istiqamətdə danışıqlar aparılır.

Lakin vaksinin qiyməti ilə bağlı olaraq isə hələlik heç bir məlumat açıqlanmayıb. Hazırda şirkət fransız dərman istehsalçısı olan, bu sahədə ixtisaslaşmış, dünyaca məşhur Sanofi şirkətilə birgə işlərə başlayıb.

17

Paytaxtda karantin rejimini pozan kafelər aşkarlandı

0
Reydlərlə "Dəli Kür"də 5 nəfər, "Sakit Məkan"da 4 nəfər və "Çırağan" kafesində isə 2 nəfər müştəri qəbulu həyata keçirildiyi aşkarlanıb.

BAKI, 28 may - Sputnik. Bakıda xüsusi karantin qaydalarını pozan bir neçə kafe aşkarlanıb.

"Report"un xəbərinə görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri reyd zamanı Babək prospektində yerləşən "Dəli Kür" kafesinin, Qaçaq Nəbi küçəsindəki "Sakit Məkan" və Ramiz Quliyev küçəsindəki "Çırağan" kafelərinin müəyyən edilən vaxt rejimindən kənar saatlarda fəaliyyət göstərmələri məlum olub.

Reydlərlə "Dəli Kür"də 5 nəfər, "Sakit Məkan"da 4 nəfər və "Çırağan" kafesində isə 2 nəfər müştəri qəbulu həyata keçirildiyi aşkarlanıb.

Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə protokollar tərtib olunub.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qaydalara əsasən, bütün ictimai iaşə obyektlərində müştərilərə saat 08:00-dan 18:00-dək yerində xidmət göstərmək olar.

0