Koronavirus testi, arxiv şəkli

Ölkəmizdə COVID-19-a görə keçirilən testlərin sayı açıqlandı

17
(Yenilənib 17:15 04.05.2020)
Virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlığı və ləvazimatlar Azərbaycana gətirilib

BAKI, 4 may — Sputnik. İndiyə kimi ölkə üzrə 160 mindən artıq test keçirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşündə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

Prezident bildirib ki, testlərin aparılması üçün ölkədə 23 laboratoriya fəaliyyət göstərir: "Virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlığı və ləvazimatlar Azərbaycana gətirilib".

İlham Əliyev həmçinin qeyd edib ki, Azərbaycanda koronavirus xəstələrinin müalicələri üçün 20-dən artıq xəstəxana ayrılıb.

17
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (79)
Əlaqədar
Artıq milyonlara keçmişik: koronavirus statistikası
ÜST rəsmisi koronavirusun ikinci dalğasından qorxmamağa çağırıb
Yaxın qonşumuz “immunitet pasportu” tətbiq edə bilər
Koronavirusla bağlı dəhşətli proqnoz verildi
Azərbaycana koronaviruslu xəstələr üçün gələn həkim: "Yaxşı yerdəsiniz"
 Koronavirus testi, arxiv şəkli

TƏBİB koronavirus testindən keçənlərin sayını açıqladı

13
Hazırda 1681 aktiv koronavirus xəstəsinin 79-u reanimasiyadadır, 20 nəfər süni tənəffüs aparatına qoşulub.

BAKI, 28 may - Sputnik. Bu gün Azərbaycanda koronavirusla bağlı keçirilən test sayı 4006 olub.

TƏBİB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, ümumilikdə ölkədə koronavirusla bağlı keçirilən test sayı 284 669-dur.

Qeyd edək ki, Azərbaycanda daha 191 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər vəfat edib. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 4759, vəfat edənlərin sayı 56, sağalanların sayı 3022-dir.

Hazırda 1681 aktiv koronavirus xəstəsinin 79-u reanimasiyadadır, 20 nəfər süni tənəffüs aparatına qoşulub.

13
Laboratoriya, arxiv şəkli

Ən böyük vaksin istehsalçısından ümidverici xəbər

18
(Yenilənib 20:15 28.05.2020)
Lakin vaksinin qiyməti ilə bağlı olaraq isə hələlik heç bir məlumat açıqlanmayıb. Hazırda şirkət tərəindən hökumətlərlə bu istiqamətdə danışıqlar aparılır.

BAKI, 28 may — Sputnik. Bu gün bütün dünyada yayılan COVİD-19 virusu ilə əlaqədar olaraq bir neçə ölkə vaksin istehsalına başlayıb. Artıq müxtəlif firmalar 2021-ci il üçün COVİD-19 əleyhinə istehsalı nəzərdə tutulan vaksinlərlə bağlı müəyyən məlumatları açıqlayırlar.

Sputnik Azərbaycan-ın “The Guardian”a istinadən xəbərinə görə,  dünyanın ən böyük vaksin istehsalçılarından olan “GlaxoSmithKline” (GSK) 1 milyard dozada COVİD-19 əleyhinə vaksinin istehsalı nəzərdə tutur. Hazırda şirkət tərəindən hökumətlərlə bu istiqamətdə danışıqlar aparılır.

Lakin vaksinin qiyməti ilə bağlı olaraq isə hələlik heç bir məlumat açıqlanmayıb. Hazırda şirkət fransız dərman istehsalçısı olan, bu sahədə ixtisaslaşmış, dünyaca məşhur Sanofi şirkətilə birgə işlərə başlayıb.

18

Paytaxtda karantin rejimini pozan kafelər aşkarlandı

0
Reydlərlə "Dəli Kür"də 5 nəfər, "Sakit Məkan"da 4 nəfər və "Çırağan" kafesində isə 2 nəfər müştəri qəbulu həyata keçirildiyi aşkarlanıb.

BAKI, 28 may - Sputnik. Bakıda xüsusi karantin qaydalarını pozan bir neçə kafe aşkarlanıb.

"Report"un xəbərinə görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri reyd zamanı Babək prospektində yerləşən "Dəli Kür" kafesinin, Qaçaq Nəbi küçəsindəki "Sakit Məkan" və Ramiz Quliyev küçəsindəki "Çırağan" kafelərinin müəyyən edilən vaxt rejimindən kənar saatlarda fəaliyyət göstərmələri məlum olub.

Reydlərlə "Dəli Kür"də 5 nəfər, "Sakit Məkan"da 4 nəfər və "Çırağan" kafesində isə 2 nəfər müştəri qəbulu həyata keçirildiyi aşkarlanıb.

Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə protokollar tərtib olunub.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qaydalara əsasən, bütün ictimai iaşə obyektlərində müştərilərə saat 08:00-dan 18:00-dək yerində xidmət göstərmək olar.

0