Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Cərrah çətin əməliyyatın fəsadı barədə: "Nəfəs alanda fit səsi gəlirsə..."

© REUTERS / BENOIT TESSIERКабинет компьютерной томографии, фото из архива
Кабинет компьютерной томографии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xəstəliyin müalicəsi onun ağırlıq dərəcəsindən və mərhələsindən asılı olaraq endoskopik və açıq cərrahi üsullarla icra edilir ki, bunun da müəyyən texniki çətinlikləri var

BAKI, 4 may — Sputnik. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında icra olunan mürəkkəb əməliyyatlardan biri də traxeostoma - nəfəs borusuna dəlik açılması ilə bağlıdır. Sputnik Azərbaycan xəbər verir ki, ATU Tədris Cərrahiyyə Klinikasının torokal cərrahı Arif Ağayev bu əməliyyatın uzun müddət - 14 gün və daha artıq müddətdə süni tənəffüs aparatında qalan xəstələrdə icra olunduğunu bildirib:

"Nəfəs borusuna dəlik açılandan sonra stenoz kimi fəsadların olması mümkündür. Lakin bunlardan qaçmağın müəyyən yolları da var. Bu zaman önləyici tədbirlər qismində borunun balonunun hər 4 saatdan bir boşaldılması, davamlı sanasiya (təmizlənməsi proseduru) aparılması və borunun 3 gündən bir dəyişilib yenilənməsi aiddir. Bu önləyici tədbirlər stenoz yaranması riskini aşağı salır. Amma istənilən halda, risk yenə də qalır".

A.Ağayevin sözlərinə görə, stenozun əsas əlaməti nəfəs darlığı (nəfəsalma və nəfəsvermənin çətinləşməsi), tənəffüs zamanı fit səsinin gəlməsi, yəni xüsusi səsli nəfəslama-nəfəsvermə olması, boğulmadır. İlkin klinik və anamnestik müayinələrdən sonra diaqnozu dəqiqləşdirmək üçün kompüter tomoqrafiya, bronxoskopiya aparılması kifayət edir.

Xəstəliyin müalicəsi onun ağırlıq dərəcəsindən və mərhələsindən asılı olaraq endoskopik və açıq cərrahi üsullarla icra edilir ki, bunun da müəyyən texniki çətinlikləri var. Torokal cərrah A.Ağayev bildirir ki, yalnız təcrübə və düzgün mücadilə ilə sonrakı fəsadlardan qaçmaq olar.

Xəbər lenti
0