CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyanı bürüyən şübhə pandemiyadan sonra Azərbaycandan da yan keçməyəcək

© AFP 2023 / CRISTIAN HERNANDEZВрач в медицинской маске, фото из архива
Врач в медицинской маске, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Elə bir sistem qurulmalıdır ki, Azərbaycanın bütün regionları üzrə həkimlər bərabər paylanılsın", - Adil Qeybulla

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 4 may — Sputnik. Son günlər bütün dünyada olduğu kimi, Azərbaycanda da həkimlərə tələbat artıb. Bəs maraqlıdır, yaranan bu vəziyyətdə ölkəmizdə həkim çatışmazlığı varmı?

Московский клинический центр инфекционных болезней Вороновское  - Sputnik Azərbaycan
RUSİYA
Rusiyada koronavirusa görə həkim çatışmazlığı yaranıb. Çarə kimi yalnız...

Tibb üzrə ekspert Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışaraq ümumi vəziyyəti qiymətləndirib: "Azərbaycanda səhiyyə əsasən Bakı, Gəncə, Sumqayıtda inkişaf edib. İri şəhərlərlə müqayisədə regionlarda səhiyyənin inkişafı çox aşağıdır. Bu səbəbdən də həkimlərin əksəriyyəti öncə qeyd etdiyim şəhərlərdə toplaşıb. Məsələn, Bakıda adambaşına düşən saya müvafiq olaraq kifayət qədər həkim olsa da, eyni durumu rayonlara şamil edə bilmirik".

"Elə bir sistem qurulmalıdır ki, Azərbaycanın bütün regionları üzrə həkimlər bərabər paylanılsın, - deyən A.Qeybulla əksər rayonlarda həkim çatışmazlığının olduğunu vurğulayıb. - Qeyd edim ki, bütün dünyada həkimlərin sayının az və ya çox olması əhalinin sayına görə hesablanır".

O bildirib ki, bu gün Azərbaycan qərb təbabətinə keçsə də, qərb təbabətini mənimsəmiş həkimlərin sayı azdır:

"Koronavirusdan sonra vəziyyətin necə olacağı bəlli deyil. Dünyanın əksər ölkələri həkimliyə meyl edənlərin sayının azalacağından narahatdır. Bunun da səbəbi yaranan belə riskli vəziyyət və onların əmək haqları, sosial müdafiələrinin yetərli olmamasıdır. Azərbaycanda da analoji vəziyyəti müşahidə etmək olar".

"Düşünürəm ki, həkimlərin sosial müdafiəsi haqda düşünmək, müəyyən paket qəbul etmək, onları məişət qayğılarından azad etmək, kredit götürə bilmək üçün güzəştlər etmək vacibdir", - deyə A.Qeybulla əlavə edib.

 Namiq Nəbiyev - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanda daha bir həkim COVID-19-a yoluxdu: "Həyat yoldaşımla eyni palatada qalırıq"

Bu gün bir çox ölkələr, o cümlədən də Rusiya yayılmış pandemiya ilə əlaqədar olaraq həkim çatışmazlığını aradan qaldırmaq üçün tibb universitetlərinin tələbələrini də koronaviruslu xəstələrin müalicə proseduruna cəlb edir. Maraqlıdır, indiki şəraitdə Azərbaycanda buna zərurət varmı?

A.Qeybulla bildirib ki, hazırda ölkəmizdə buna zərurət yoxdur: "Bir müddət öncə Azərbaycan Tibb Universitetinin tələbələri bununla bağlı təşəbbüs irəli sürdülər. Lakin başqa ölkələrlə müqayisədə Azərbaycanda rəqəmlərin az olması, sanitar-epidemoloji vəziyyətin qənaətbəxş olması bu məsələni aktuallaşdırmır. Hələlik ki, Azərbaycanda ixtisaslı həkimlər bu işin öhdəsindən gəlirlər. Amma təbii ki, xəstə sayı artsaydı, vəziyyət pisləşsəydi, tələbələrin də köməyinə ehtiyac olacaqdı. Onlar ən azı tibb bacılarının işinə nəzarət edə, tapşırıq və təyinatları yerinə yetirməklə bu işdə yardımçı ola bilərdilər".

TƏBİB-dən də Sputnik Azərbaycan-a bildirilib ki, hazırda ölkəmizdə həkim çatışmazlığı müşahidə olunmur.

Xəbər lenti
0