Azərbaycanda koronavirusla bağlı son durum: müsbət tendensiya var

1168
(Yenilənib 17:06 28.04.2020)
Hazırkı dövrədək ölkəmizdə 1717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1221 nəfər müalicə olunaraq sağalıb, 22 nəfər vəfat edib

BAKI, 28 aprel — Sputnik. Azərbaycanda 39 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.  Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərərgahdan daxil olan məlumata görə, 59 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırkı dövrədək ölkəmizdə 1717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1221 nəfər müalicə olunaraq sağalıb, 22 nəfər vəfat edib, 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 22 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 132.640 test aparılıb.

1168
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (331)
Əlaqədar
Koronavirus nə vaxt yox olacaq: Alimlər təxmini vaxt açıqladılar
Azərbaycana koronavirus xəbərdarlığı - Vəziyyət çox gərginləşə bilər
Koronavirusdan sonra dünya iqtisadiyyatını nə gözləyir – professor danışır
Koronavirusun ikinci dalğası gəlir
Bəlkə də onlar koronavirusun kökünü kəsəcək
Əllərin dezinfeksiya olunması, arxiv şəkli

Qışda əlləri tez-tez dezinfeksiya etmək daha zərərlidir

12
(Yenilənib 02:22 24.11.2020)
Həkim-dermatoloq Aleksey Yedemski pandemiya dövründə dezinfeksiyaedici maddələrdən uzaq durmağı məsləhət görmürlər.

BAKI, 24 noyabr — Sputnik. Həkim-dermatoloq Aleksey Yedemski Sputnik radiosuna müsahibəsində dezinfeksiyaedici maddələrdən istifadə zamanı əllərə qulluq barədə danışıb.

Mütəxəssisin sözlərinə görə, koronavirus pandemiyası səbəbindən əllərimizi tez-tez yumağımız və antiseptik vasitələrlə dezinfeksiya etməyimiz qış aylarında əllərin dərisinə daha çox ziyan vura bilər.

"İnsan dərisi özünü yeniləməyə qadirdir, ancaq kəskin qoruyucu məhlullardan tez-tez istifadə buna imkan vermir", – deyə mütəxəssis qeyd edib.

Bununla belə, dermatoloq pandemiya dövründə dezinfeksiyaedici maddələrdən uzaq durmağı məsləhət görmür. O, əllərin dərisini qorumaq üçün vaxtaşırı əl kremlərindən istifadəni tövsiyə edir.

"İlk növbədə emolent tipli qoruyucu kremlərdən istifadə etmək lazımdır. Belə məhsullar dərini müdafiə edərək nəmin buxarlanmasının qarşısını alır ", – deyə həkim bildirib.

Bir qədər bundan əvvəl Rusiyanın Burdenko adına Elmi Tədqiqat İnstitutunun əməkdaşı, tibb elmləri doktoru Olqa Yerşova bildirmişdi ki, əllərin antiseptik vasitələrlə dezinfeksiya olunması dermatit xəstəliyinin yaranmasına yol aça bilər. O qeyd etmişdi ki, tibb işçiləri belə hallarla çox qarşılaşır və bunun nəticəsi kifayət qədər ciddi ola bilər.

12
Tahir Kərimli, arxiv şəkli

Millət vəkilində COVID-19 aşkarlandı, evdə karantinə alındı

23
Tahir Kərimli bildirib ki, ailəsində də yoluxan olub və onlar da ev şəraitində müalicələrini davam etdirirlər. 

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 19-da Milli Məclisin 10-dan çox deputatında COVID-19 testinin nəticəsi pozitiv çıxıb. Sputnik Azərbaycan xəbər verir ki, virus aşkarlanan millət vəkillərindən biri olan Tahir Kərimli hazırda evdə müalicə alır. Bu haqda Sputnik Azərbaycan-a danışan millət vəkili səhhətinin yaxşı olduğunu bildirib: "Hazırda səhhətim yaxşıdır, evdə müalicə alıram. Həkim müayinəsi altında müalicələr davam edir".

Millət vəkili bildirib ki, ailəsində də yoluxan olub və onlar da ev şəraitində müalicələrini davam etdirirlər. 

Xatırladaq ki, “Report” COVID-19-a yoluxan deputatlardan 9-nun adını təqdim edib: Bunlar Tahir Kərimli, Azər Badamov, Məşhur Məmmədov, Vüqar Bayramov, Qənirə Paşayeva, Rəşad Mahmudov, Soltan Məmmədov, Nizami Səfərov və Elnur Allahverdiyevdir

23
Teqlər:
müalicə, millət vəkili, Koronavirus, COVID-19, yoluxma

Azərbaycanın xarici ticarət göstəriciləri

0
İxracat sahəsində Azərbaycanın əsas ticarət tərəfdaşları İtaliya, Türkiyə, Rusiya, Yunanıstan, Çin və Hindistandır. İdxal sahəsində isə ölkəmiz daha çox Rusiya, Türkiyə, Çin, ABŞ, Almaniya və Fransa ilə əməkdaşlıq edir.
© Sputnik / Elnur Salayev

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2020-ci ilin yanvar-sentyabr ayları ərzində ölkənin xarici ticarət dövriyyəsi 17,83 milyard dollar təşkil edib ki, bunun 10 milyard dolları ixracın, 7,8 milyard dolları isə idxal məhsullarının payına düşür. Müsbət ticarət saldosu 2.2 milyard dollara bərabər olub.

Bu dövrdə Azərbaycan məhsullarının əsas satış bazarı – İtaliya (29,5%), Türkiyə (19,9%), Rusiya (4,7%), Yunanıstan (4,1%), Çin (4%) və Hindistan (3,4%) olub. Ölkəmiz isə daha çox Rusiya (18.4%), Türkiyə (14.4%), Çin (13%), ABŞ (6.7%), Almaniya (4.3%) və Fransadan (4,2% ) ticarət məhsulları idxal edib.

Yanvar-sentyabr aylarının yekunlarına görə, Azərbaycan ümumilikdə dünyanın 178 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.

Azərbaycanın xarici ticarəti ilə bağlı vəziyyətə dair daha geniş məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasından tanış ola bilərsiniz.

0