CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusa yoluxan həkimlər necə izolyasiya olunurlar? - Yeni qaydalar

© AFP 2023 / JAIME REINAДоктор одной из поликлиник, фото из архива
Доктор одной из поликлиник, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əgər test nəticəsi neqativ olarsa, ən azı 24 saat ara ilə təkrar test götürülür. İki ardıcıl test nəticəsi neqativ olan xəstələr xəstəxanadan evə yazılırlar

BAKI, 24 aprel — Sputnik. COVID-19-a yoluxmuş tibb işçilərinin izolyasiyalarının yekunlaşdırılması üçün asimptomatiklərdə pozitiv nəticədən 7 gün sonra, ən azı 24 saat ara ilə aparılmış 2 testin nəticələrinin neqativ olması tələb olunur.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən tibb işçiləri üçün COVID-19 xəstəliyinə dair yenilənən müvəqqəti rəhbərlikdə öz əksini tapıb.  Məlumatda qeyd olunub ki, simptomları olanlarda isə simptomların yoxa çıxmasından 72 saat sonra test olunur. Belə ki, əgər test nəticəsi neqativ olarsa, ən azı 24 saat ara ilə təkrar test götürülür. İki ardıcıl test nəticəsi neqativ olan xəstələr xəstəxanadan evə yazılır: "Bu xəstələrə 14 gün ev izolyasiyası tətbiq edilir. Əgər test nəticəsi pozitiv olarsa, 7 gün sonra təkrar test götürülür və situasiya təkrarlansa, hər 3 gündən bir ardıcıl 2 neqativ (iki neqativ test ən azı 24 saat ara ilə icra olunmalıdır) nəticə alınanadək test təkrarlanır. Bu mütəxəssisə iş yerində ciddi ehtiyac yaranarsa, təmas və hava-damcı qorunma qaydalarına riayət etməklə işə qayıda bilər. Əks halda, evdə 14 gün müddətində izolyasiyası təmin edilməlidir".

Xəbər lenti
0