CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Evə yazılan koronavirus xəstələri necə izolyasiya olunurlar?

© AFP 2023 / LUIS ACOSTAМужчина у окна, фото из архива
Мужчина у окна, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Onların evdəki izolyasiyası hər hansı bir simptom və ya qızdırmanın olmadığı təqdirdə, xəstəxanadan buraxıldığı gündən etibarən 14-cü gündə yekunlaşdırılır

BAKI, 24 aprel — Sputnik. Azərbaycanda koronavirus xəstələrinin evə yazılması və izolyasiya qaydaları açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən tibb işçiləri üçün COVID-19 xəstəliyinə dair yenilənən müvəqqəti rəhbərlikdə qeyd edilib.

Ситуация в связи с эпидемиологической обстановкой в Индия - Sputnik Azərbaycan
Koronavirus ən qorxunc epidemiyaların iyirmiliyinə daxil ola bilməyəcək

Yenilənən rəhbərlikdə göstərilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah zərurət yarandığı təqdirdə asimptomatik və yüngül simptomlu xəstələrin evdə müalicə və monitorinqi barədə qərar çıxararsa, stasionarda müşahidə altında və müalicə edilməkdə olan COVID-19 xəstələrindən son 72 saat içərisində medikamentoz müdaxilə etmədən qızdırması və oksigenə ehtiyacı olmayanlar, onları izləyən həkimin münasib gördüyü təqdirdə müalicələri nizamlanaraq evə yazıla bilərlər. Onların evdəki izolyasiyası hər hansı bir simptom və ya qızdırmanın olmadığı təqdirdə, xəstəxanadan buraxıldığı gündən etibarən 14-cü gündə yekunlaşdırılır.

Evə göndərilən xəstə “Evdə Xəstələrin Monitorinqi” qaydalarına əsasən idarə olunur. Hospitalizasiya olunaraq müalicə alanlar isə aktiv simptomların yoxa çıxmasından 72 saat sonra test olunur. Əgər test nəticəsi neqativ olarsa, ən azı 24 saat ara ilə təkrar test götürülür. İki ardıcıl test nəticəsi neqativ olan xəstələr xəstəxanadan evə yazılırlar. Bu xəstələrə 14 gün ev izolyasiyası tətbiq edilir. Əgər test nəticəsi pozitiv olarsa, 7 gün sonra təkrar test götürülür və situasiya təkrarlansa, hər 3 gündən bir ardıcıl 2 neqativ (iki neqativ test ən azı 24 saat ara ilə icra olunmalıdır) nəticə alınanadək test təkrarlanır.

Xəbər lenti
0