CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

TƏBİB rəsmisi: "Əminliklə deyə bilmirik"

© AP Photo / Manu FernandezТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
"Sağalan adamların yenidən yoluxması məlumatı hələ ki azdır. Bu xəstəlikdən sonra yaranan immunitetin nə dərəcədə uzun müddətli, qoruyucu olması gələcək araşdırmaların nəticəsində bilinəcək"

BAKI, 21 aprel — Sputnik. "Epidemiyanın yayılmasını, demək olar ki, nəzarətdə saxlayırıq. Bunu nəzarətdən çıxmağa qoymamalıyıq. Ancaq bunu birdən-birə kəsmək olmaz. Birdən-birə kəssək, biz vəziyyətin daha da pisləşməsini görə bilərik". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib. O deyib ki, karantini birdən-birə aradan qaldırmaq olmaz: "Çünki yoluxucu xəstəlikdir. Sabah bitdi deyə bir şey yoxdur. Bu, insandan insana yoluxur. 8 nəfər olsa belə, demək, bu yoluxma hələ ölkəmizdə var. Bu prosesdən çox ehtiyatla çıxmalıyıq".

O qeyd edib ki, bugünkü rəqəmlər onu sevindirdiyi qədər də həyəcanlandırır:

"Qorxu hissi keçirirəm ki, gərək bundan sonra biz bu günə qədər qazandıqlarımızı itirməyək. Bizim üçün bu, çox vacibdir. Çünki bugünkü günə biz elə-belə gəlmədik. Biz bu günə 30 yanvardan mərhələ-mərhələ, çox böyük işlər görərək gəldik. Ölkəmizin rəhbərliyi qərarları düzgün zamanda qəbul etdi. Biz birbaşa sərtləşdirmədik və karantin rejiminə keçmədik. Mərhələ-mərhələ olaraq məktəblər bağlandı, haradasa yığıncaqlar sərtləşdirildi, qadağa qoyuldu. Epidemiyanın yayılmasını, demək olar ki, nəzarətdə saxlayırıq".

Y.Qarayeva sağalan insanların yenidən yoluxmasından da danışıb. O qeyd edib ki, bu, yeni bir virusdur: "Virusun xüsusiyyətləri hələ araşdırma mərhələsindədir. Bizim tez-tez telekonfranslar vasitəsilə Çin, Cənubi Koreya, İsrail mütəxəssisləri ilə əlaqələrimiz olur. Hər dəfə çalışırıq ki, suallarımızı verək. Sağalan adamların yenidən yoluxması məlumatı hələ ki azdır. Bu xəstəlikdən sonra yaranan immunitetin nə dərəcədə uzun müddətli, qoruyucu olması gələcək araşdırmaların nəticəsində bilinəcək. Sağalıb evə gedən insanlara biz yenidən ev şəraitində karantində qalmalarını tövsiyə edirik. Bu, mütləqdir. Çünki biz onların özlərinin immunitet qazanması bir yana olsun, onların yoluxdurma müddətinin nə qədər olduğunu hələ tam əminliklə deyə bilmirik".

Xəbər lenti
0