CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onlar indi dərman əvəzinə xəstəlik "satır", biz də öz istəyimizlə alırıq

© Sputnik / Vitaliy Ankov / Mediabanka keçidПродажа медицинских масок в аптеках, фото из архива
Продажа медицинских масок в аптеках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Apteklərin mütləq əksəriyyəti özəldir. Virusun yayıldığı dönəmdə apteklərin dezinfeksiyası vacibdir. Amma bunu hər gün etmək lazımdır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 aprel — Sputnik. Koronavirus pandemiyası ilə əlaqədar dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da karantin vəziyyəti elan olunsa da, insanlara zəruri tələbatları üçün evdən çıxmağa icazə verilir. Bu zaman, təbii ki, heç kəs gedəcəyi məkanda koronavirusun yeni yayılmış növünə (SARS-CoV-2) yoluxmaq riskindən sığortalanmayıb.

Alimlər insanların koronavirusa yoluxma ehtimalı daha yüksək olan yerlərin adını açıqlayıblar. Rusiyalı həkim-otorinolarinqoloq, tibb elmləri namizədi Vladimir Zaytsev belə məkanları ardıcıllıqla sadalayıb. O, ən yüksək yoluxma riskinin apteklərdə olduğunu deyib: "İzolyasiya və hərəkətin məhdudlaşdırıldığı şəraitdə koronavirusa ən yüksək yoluxma riski apteklərdə ola bilər. Çünki belə məkanlar dar olduğu üçün sağlam olmayan insanlarla məsafə saxlamaq çətindir. Ona görə aptekləri insanların az olduğu saatlarda ziyarət etmək, antiseptik və virus əleyhinə mazlardan yararlanmaq məsləhətdir".

Люк Монтанье, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Nobel mükafatı laureatı: “Koronavirus laboratoriyada yaradılıb”

Həkim virusa yoluxma ehtimalının yüksək olduğu ikinci məkan olaraq ərzaq dükanlarını göstərir. Hər gün yüzlərlə, minlərlə insanın gəlib-getdiyi marketlər, dükanlar potensial risk mənbəyidir: "Üstünlüyü bağlı, hazır məhsullara vermək və maksimum çox müddətə ərzaq almaq lazımdır".

Həkim ən az yoluxma riskinin zibil atarkən olduğunu da qeyd edib.

Qeyd edək ki, hazırda ərzaq mağazalarında SARS-CoV-2 virusu ilə əlaqədar sanitar-gigiyenik duruma nəzarət gücləndirilib. Hətta iri supermarketlərin çoxunda müştərilərin istifadəsi üçün dezinfeksiyaedici məhlullar da qoyulub.

Bəs görəsən, tez-tez baş çəkdiyimiz apteklərdə vəziyyət necədir?

Sputnik Azərbaycan bunun üçün bir neçə aptekdə müşahidə aparıb. Səbail rayonu Bayıl ərazisində yerləşən apteklərin heç birində dezinfeksiyaedici məhlullara rast gəlmədik. Həmçinin bu ərazidə apteklərin çoxunda təmizlik işlərinin ancaq gündə bir dəfə aparıldığı məlum oldu. 20-ci Sahə ərazisində yerləşən apteklərdə döşəmənin natəmiz olmasını satıcılar müştərilərin çox girib-çıxması, təmizliyin isə gündə bir dəfə, səhər tezdən, aptek açılmamış aparılması ilə izah etdilər. Müşahidə etdiyimiz apteklərdə nə qapının dəstəklərinin, nə də müştərilərin dərman almaq üçün gözlədiyi yerlərin təmizlənmədiyini müşahidə etdik.

Satıcılar isə hər aptekin bir təmizlik işçisi olduğunu, onun isə işini səhər tezdən görüb evinə getdiyini bildirdilər.

Apardığımız araşdırma zamanı bəlli oldu ki, apteklər insanların ən çox girib-çıxdığı məkanlar olsa da, onların çoxu hələ dezinfeksiya olunmayıb. Səbail rayonu ərazisində "Məsumə" aptekdən bildirdilər ki, aptek hər gün xlorlu su ilə təmizləndiyindən dezinfeksiyaya ehtiyac yoxdur.

Пациент с COVİD-19 - Sputnik Azərbaycan
Koronavirusa qalib gəlməyin yeni yolu bilindi

"Təbib" aptekdən isə bildirdilər ki, aptekin dezinfeksiyası üçün müraciət edilib. Dezinfeksiya şirkəti sifarişləri tamamladıqdan sonra gəlib aptekdə dezinfeksiya işləri aparacaq.

Əlaqə saxladığımız digər apteklərdən də dezinfeksiya aparılmadığını, aptekin xlorla təmizləndiyini bildirdilər.

Bakı Şəhər Dezinfeksiya Mərkəzinin rəhbəri Akif Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, indiyədək onlara heç bir aptek dezinfeksiya üçün müraciət etməyib: "Apteklərin mütləq əksəriyyəti özəldir. Virusun yayıldığı dönəmdə apteklərin dezinfeksiyası vacibdir. Amma bunu hər gün etmək lazımdır. Bu isə mümkün deyil. Çünki aptekə hər gün xəstə girib-çıxır. Belə məkanlarda virusa yoluxma riski böyükdür. Ona görə də ən azından, aptek qapılarının dəstəyinə xlorlu tənzif bağlanmalı, tez-tez dəyişdirilməlidir. Bundan əlavə, dezinfeksiyaedici məhlullardan istifadə etməklə hər saatdan bir aptekin döşəməsi, dərman satılan qəfəslərdə dirsəklənmə yerləri bu məhlullarla silinməlidir. Çox təəssüf ki, apteklərin çoxu buna əməl etmir. Ona görə də sağlam insanlar apteklərdən çox vacib zərurət yaranarsa istifadə etsələr, yaxşıdır. Əks halda belə yerlərdə virusa yoluxma riski yüksəkdir".

Xəbər lenti
0