CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Savab, səhhət və təmiz hava: bir az qanınızdan çəkəcəklər, amma...

© AFP 2023 / DAVID EBENERПакеты с человеческой кровью, фото из архива
Пакеты с человеческой кровью, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Mütləq qan vermək üçün müraciət edən donorların temperaturu ölçülür. Əgər donorun temperaturu 37-dən yüksək olarsa ondan qan götürmürük"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 16 aprel — Sputnik. Hazırda ölkəmizdə koronavirus infeksiyası səbəbi ilə Qan Bankları qan ehtiyatının çatışmazlığı ilə üzləşib. Artıq bir neçə gündür ki, sağlam insanların həmrəylik nümayiş etdirib qana ehtiyacı olan xəstələrə, əsasən də talassemiyalı uşaqlara yardım etmələri ilə bağlı çağırışlar səslənir. Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar insanların bu virusa yoluxma xofu və xüsusi karantin rejiminin tətbiq olunması könüllü donorların qan verməsinə müəyyən çətinliklər yaradıb. Sputnik Azərbaycan qan çatışmazlığı probleminin aradan qalxması üçün könüllü donorların qan verməyə gələrkən COVID-19 virusuna yoluxma ehtimalını və karantin dövründə onların evdən çıxması üçün yaranan problemləri araşdırıb.

Qan paketi, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
TƏBİB yenidən qan donorlarına müraciət etdi

Milli Hematologiya və Transfuziologiya Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğundan, donorların qan verməsində azalma olub. Bu isə həmin müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatının azalmasına səbəb olub. P. Hacıyeva deyir ki, gün ərzində 100-150 insandan qan götürülməzsə, 1500-ə yaxın talassemiyalı, 1000-ə yaxın hemofiliyalı uşağa, hematoloji xəstələlikdən əziyyət çəkən xəstələrə qan çatışmaz: "Qan bankında mütəmadi olaraq donorların qan verməsinə ehtiyac var. Biz hər gün donor qəbul etməliyik ki, bu xəstələri qanla təmin edə bilək. Ona görə də gücləndirilmiş karantin dövründə qan çatışmazlığı yarandı. Donorlar ehtiyat edirdilər ki, onlar gəlib qan verərkən virusa yoluxarlar.  Bəziləri isə hansı qaydada gələ biləcəklərini bilmirdilər. Biz də insanlara çağırış etdik ki, qan bankları 24 saat açıqdır. Sterillik və digər zəruri təhlükəsizlik üçün xüsusi tədbirlər görülüb. Bu günlərdə vətəndaşlarımızın karantin qaydalarına uyğun saatlıq icazə ilə evdən çıxdıqlarını nəzərə alaraq, evdən çıxmadan öncə qeyd olunan nömrələrlə əlaqə saxlayıb sıxlığın olub-olmamasını dəqiqləşdirmələrini tövsiyə etdik. Qeyd edək ki, donorlar qanvermə üçün icazəni 8103 qısa nömrəsinə 1 indeksini göndərməklə əldə edə bilərlər. Qanvermə prosesi zamanı gecikmə olarsa, donorlar tərəfimizdən gecikmənin səbəbini bildirən arayışla təmin olunacaq".

Комар, фото из архива - Sputnik Azərbaycan
Qan soran cəlladlar – Bu dəfə bəla onlardan gələ bilməz

P. Hacıyevanın sözlərinə görə, günü-gündən könüllü qan verənlərin sayı artır: "Ötən həftə 500-ə yaxın talassemiyalı uşağa qan köçürülüb. Bu həftə də 200-250 uşağa qan köçürülməsi nəzərdə tutulur".

Qeyd edək ki,  son günlər donorlardan ofislərdə, evdə qan alınmasına dair fikirlər də səslənir. Məlumat üçün bildirək ki, əvvəlki qaydada donorlardan çalışdıqları müəssisədə qan götürülürdü. P.Hacıyeva pandemiya dövründə bunun protokola zidd olduğunu söyləyir: "Qanvermə proseduru pandemiyadan əvvəl elə idi ki, biz gedib qurumların inzibati binalarında qan götürürdük.  Amma COVID-19 pandemiyasından sonra Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) protokoluna uyğun qan götürürük. Əgər tibb müəssisəsi yoxdursa, biz gedib qan götürə bilmərik. Ona görə də gedib ofislərdə qan götürə bilmirik. ÜST-ün yeni protokolunda ancaq tibb müəssisələrində qan götürülməyə icazə verilir".

Baş həkim deyir ki, bundan əlavə donorlardan qan alınarkən onların sağlamlığı da yoxlanır: "Mütləq qan vermək üçün müraciət edən donorların temperaturu ölçülür. Əgər donorun temperaturu 37-dən yüksək olarsa, ondan qan götürmürük. Həmçinin donorlara ünvanladığımız sorğularımızı artırmışıq. Donorlar yuxarı tənəffüs yolları xəstəliklərinə, qrip viruslarına yoluxubsa, son 28 gündə soyuqlama əlamətləri olubsa, onlardan qan götürülmür. Tövsiyə edilir ki, belə şəxslər Mərkəzi Qan bankına qan vermək üçün yaxınlaşmasınlar. Hətta Mərkəzi Qan Bankında sosial məsafəyə də diqqət yetirilir. Qan vermək üçün növbə varsa, biz gələn insanları açıq havada gözlədirik".

Vaqif Eyyubov - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Burada yalnız insan meyitinə rast gəlinmir" – Onlar "qan" iyinin əsirinə çevriliblər

P.Hacıyevanın sözlərinə görə, son günlərdəki çağırışdan sonra hər gün 250-300 donor gələrək qan verib. Həmsöhbətimiz deyir ki, bununla belə alınan qanları uzun müddət saxlamaqla talassemiyalı uşaqlara köçürmək olmur: "Biz qan çatışmazlığı ilə üzləşməmək üçün qanı götürüb 45 günə qədər saxlaya bilərik. Qana xüsusi məhlul qatmlaqla qanın istifadə müddətini uzadırıq. Amma biz talassemiyalı uşaqlara maksimum 5 gün alınan qanı köçürürük".

Baş həkim deyir ki, son bir həftə ərzində 1000-ə yaxın donor qan verib: "Amma unutmayaq ki, uşaqlara mütəmadi qan verilməlidir. Elə uşaq var ki, 14 gündən bir qan vurulmalıdır".

Hacıyevanın sözlərinə əsasən, bununla belə bir donor hər ay qan verə bilməz: "Bir insan ildə 4 dəfə gəlib qan verə bilər. Sağlamlığını düşünən insan ildə iki dəfə qan verə bilər".

O ki qaldı koronavirus infeksiyasının qanla ötürülməsinə, baş həkim bildirir ki,  koronavirus infeksiyasının qan köçürülməsi ilə ötürülə biləcəyinə dair heç bir məlumat və ya sübut yoxdur. Dünyada koronavirus da daxil olmaqla hər hansı bir tənəffüs virusunun qanla yoluxma hallarına rast gəlinməyib.

Руки мужчины, женщины и ребенка, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Sonsuz ailələrə bəd xəbər – Başqa donordan istifadə qadağan olunur

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin direktoru Valeh Hüseynov isə deyir ki, Azərbaycanda təxminən 1500-ə yaxın irsi qan xəstəliyindən əziyyət çəkən xəstə var. Eyni zamanda, cərrahi müdaxilələr və digər əməliyyatlar zamanı da vətəndaşlara qan lazım olur: “Bildiyimiz kimi, hazırda koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə karantin rejimi tətbiq olunur. Bununla əlaqədar qan banklarında qan azlığı yaranıb. Hər zaman olduğu kimi, xalqımız yenə də çətin günlərdə həmrəylik, birlik nümayiş etdirir. Belə ki, çoxsaylı aksiyalar keçirilir və vətəndaşlar ölkəmizdəki irsi qan xəstələrinə, o cümlədən qan ehtiyacı olan insanlara öz qanlarını verirlər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva problemin həlli üçün təşəbbüs irəli sürüb. Təşəbbüsə əsasən Heydər Əliyev Mərkəzində qanvermə aksiyası təşkil olunub. Digər qurumları da bu aksiyalara qoşulmağa dəvət edirik”.

V.Hüseynov deyir ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin bölgələrdə 8 regional qan mərkəzi var. Milli Hematologiya və Transfuziologiya Mərkəzi regional qan mərkəzlərinə də öz yardım və dəstəyini göstərir. O, belə xeyirxah aksiyaların davam edəcəyinə inandığını bildirib.  

Xəbər lenti
0