Təcili yardım avtomobili, arxiv şəkli

Şəmkirdə atanın yandırdığı oğlu 6 gün sonra öldü

35
(Yenilənib 22:42 22.05.2020)
Aprelin 7-də hadisəni törədən 57 yaşlı V. Yaqubov Şəmkir Rayon polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

BAKI, 12 aprel – Sputnik. Aprelin 6-dan 7-nə keçən gecə Şəmkirdə ailə münaqişəsi zəminində atası tərəfindən evin yandırılması nəticəsində ağır yanıq xəsarəti oğulu həyatını itirib.

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, 32 yaşlı Vəliyev Əkbər Vəli oğlu Bakıda xəstəxanalardan birində dünyasını dəyişib.

Qeyd edək ki, hadisə aprelin 6-dan 7-nə keçən gecə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb. Kənd sakini, 1963-cü il təvəllüdlü Yaqubov Vəli Əkbər oğlu ailə münaqişəsi zəminində evə benzin tökərək  yandırıb. Bu zaman onun ailə üzvləri – 54 yaşlı həyat yoldaşı Nüşabə Yaqubova, oğlu - 32 yaşlı Əkbər Vəliyev, gəlini - 32 yaşlı Nərgiz Hüseynova və azyaşlı nəvəsi - 4 yaşlı Banu Vəliyeva yanıq xəsarətləri alıb. Onlar vəziyyətləri ağır olduğundan TTYX briqadası ilə Bakı şəhərində gətiriliblər.

Aprelin 7-də hadisəni törədən 57 yaşlı V. Yaqubov Şəmkir Rayon polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

35
Bakıda küçədə tibbi maskada olan insanlar, arxiv şəkli

Koronavirusdan qorunmaq barədə sənəd: kontakt linzanı vasitə saymırlar

37
(Yenilənib 22:13 06.06.2020)
Standart tədbirlərin tələb olunduğu digər aspektlər (məsələn, təhlükəsiz inyeksiya, əl gigiyenası) bu sənəddə vurğulanmayıb

BAKI, 6 iyun — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus pandemiyası dövründə tövsiyə olunan fərdi qoruyucu vasitələri (PPE) açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, TƏBİB-in tövsiyəsində bildirilir ki, COVID-19 infeksiyasına yoluxduğu şübhələnilən xəsətəyə birbaşa müdaxilə edən və ya xəstəylə eyni məkanı paylaşan EMS klinisistləri Standart Ehtiyat Tədbirlərinə əməl etməli və PPE vasitələrindən istifadə etməlidirlər.

Tövsiyə edilən PPE vasitələrinə aiddir:

N-95 və ya daha yüksək səviyyəli respirator və ya üz maskası (respirator olmadıqda).

Aerozol generasiya edən prosedurları həyata keçirən zaman üz maskasının yerinə N-95 respirator və ya daha yüksək səviyyədə qoruyan respiratorlardan istifadə edilməlidir.

Gözlərin qorunması (yəni üzün ön və yan tərəflərini tam əhatə edən gözlüklər və ya birdəfəlik istifadə olunan üz qalqası). Şəxsi gözlük və kontakt linzalar adekvat göz qoruyucuları sayılmır.

Tək dəst birdəfəlik xəstə müayinə əlcəyi. Əlcəklər və izolyasiyaedici xalat yırtılıbsa və ya çox çirkləndiyi halda dəyişdirilməlidir.

Xalat çatışmazlığı olduqda, aerozol generasiya edən prosedurlarda, spreylərin istifadə edildiyi prosedurlarda və patogenlərin əldən-ələ və EMS klinisistlərinin geyimlərinə ötürülməsinə səbəb olan yüksək təmaslı xəstə baxımı fəaliyyətlərində iştirakları zamanı işçilər xüsusilə diqqətli olmalıdırlar (məs. xəstəni xərəyə yerləşdirən zaman).

Təchizat zənciri bərpa edildikdə, uyğun analizdən keçmiş təcili tibbi yardım həkimləri, COVID-19-un araşdırıldığı və ya şübhələnildiyi xəstələrlə kontakta girən zaman təkrarən respiratorlardan istifadə etməyə başlamalıdırlar.

Sürücülər xəstəyə birbaşa qulluq göstərirlərsə (məsələn, xəstələri xərəyə yerləşdirirlərsə), tövsiyə olunan bütün PPE vasitələrini geyinməlidirlər. Xəstə baxımını tamamladıqdan sonra və nəqliyyat vasitəsinin sürücüyə məxsus təcrid olunmuş hissəsinə girməzdən əvvəl sürücünün PPE-ni çıxarıb atması və bölmənin təmizliyini qorumaq üçün əl gigiyenasını yerinə yetirilməlidir.

Nəqliyyat vasitəsində təcrid edilmiş (qapalı) sürücü bölməsi yoxdursa, sürücü üz qalqasını və ya gözlükləri, xalat və əlcəkləri çıxarıb əl gigiyenasını yerinə yetirməlidir. Nəqliyyat zamanı respiratordan və ya üz maskasından istifadə edilməlidir.

Bütün personal işləyərkən üzlərinə toxunmaqdan çəkinməlidir.

Tibb müəssisəsinə çatdıqda, xəstə müəssisəyə daxil edildikdən sonra, EMS klinisistləri PPE vasitələrindən azad olmalı və əl gigiyenasını yerinə yetirməlidir. İstifadə olunmuş PPE-nin utilizasiyası rutin prosedurlara uyğun olaraq həyata keçirilməlidir.

Standart tədbirlərin tələb olunduğu digər aspektlər (məsələn, təhlükəsiz inyeksiya, əl gigiyenası) bu sənəddə vurğulanmayıb. Lakin "İzolyasiya Ehtiyat Tədbirlərinə dair Təlimata", həmçinin Səhiyyə Müəssisələrində infeksiyanın qarşısının alınmasına yönəlik xüsusi təlimatlara istinad etmək tələb olunur.

37
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Bakıda koronavirusa yoluxma ən çox bu rayondadır
Britaniyanın keçmiş kəşfiyyat rəhbəri: koronavirus Çin laboratoriyasında yaranıb
Hava və koronavirus arasında əlaqə varmı? Akademik izah edir
Koronavirusa yoluxanların sayı durmadan artır
Azərbaycanda millət vəkilinin yaxın qohumu koronavirusdan öldü
 Həkim, arxiv şəkli

Azərbaycanda daha bir həkim COVID-19-a yoluxdu

12
"Әzizlәrim, heç kim sığortalanmayıb - nә gәnci, nә yaşlısı, nә hәkimi, nә hakimi, nә sıravi vәtәndaşı. Özünüzü qoruyun"

BAKI, 6 iyun — Sputnik. Azərbaycanda daha bir həkim, pulmonoloq ixtisaslı Günay Əliyeva COVID-19-a yoluxub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə həkim-infeksionist Natiq Əliyev Facebook hesabında yazıb.

"Şәkildә gördüyünüz hәkim yoldaşımız Dr. Günay Әliyeva (hәkim-pulmonoloq) COVID-19-un ilk günlәrindәn mübarizәyә başlayan insanlardandır. Astara, Qobustan, daha sonra Bakıda bәrabәr COVID-mәrkәzdә 3 aya yaxındır ki, mübarizә edirdik. Amma tәəssüf ki, koronavirus ondan da yan keçmәdi vә COVID-19 testi pozitivdir", - N.Əliyev yazıb.

"Dünәnә qәdәr bu palatalarda bizlә çiyin-çiyinә gecә-gündüz demәdәn xәstәlәrin dәrdlәrinә qaçan Günay bu gün xәstә statusundadır.

Әzizlәrim, heç kim sığortalanmayıb - nә gәnci, nә yaşlısı, nә hәkimi, nә hakimi, nә sıravi vәtәndaşı. Özünüzü qoruyun, - yazan həkim mübarizə yoldaşına tezliklə sağalmağı arzulayıb. - Doktorum, tez sağal, aramıza qayıt, hәlә hәngamәlәr bundan sonra başlayır, bizi, komandanı belә buraxmaq olmaz".

12
Əlaqədar
Əl çalmaqla qarın doymur və ya pandemiyadan sonra bizə kim baxacaq?
Koronavirusla mübarizə aparan həkimlərə əlavə pul ödənildi? - Agentlik açıqlama verdi
Ön cəbhədə olan həkimimiz koronavirusdan sağaldı
Virusa yoluxub sağalmısınızsa, çox sevinməyin - Hər şey daha kəskin şəkildə qayıda bilər
Azərbaycanda millət vəkilinin yaxın qohumu koronavirusdan öldü
ABŞ-da etirazlar

Benksi etirazını bildirdi: “Kimsə qapını sındırmalı olacaq”

0
(Yenilənib 23:43 06.06.2020)
Onun sözlərinə görə, Floydun başına gələn hadisələr aşağı mərtəbədə yaşayan insanların başına su axıdan boruya bənzəyir

BAKI, 6 iyun — Sputnik. Britaniyalı məşhur küçə rəssamı Benksi Minneapolisdə afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra ABŞ-da başlanan etirazlara həsr etdiyi işini göstərib.

Sputnik Azərbaycan bildirir ki, o, şəkli özünün Instagram səhifəsində yerləşdirib.

Şəkildə rəssam qara insanın matəm portretini və onun üst tərəfindən asılmış, bir qırağı şamdan od alan Amerika bayrağını təsvir edib.

“Rəngli (qara) insanlar sistemə görə uğursuzluğa düçar olublar. Ağ sistemə görə”, - Benksi paylaşımında yazıb.

Onun sözlərinə görə, Floydun başına gələn hadisələr aşağı mərtəbədə yaşayan insanların başına su axıdan boruya bənzəyir.

Посмотреть эту публикацию в Instagram

Публикация от Banksy (@banksy)

“Bu düzgün olmayan sistem onların həyatını məşəqqətə çevirir, ancaq (boruları) təmir etmək – onların vəzifəsi deyil. Heç kim onları yuxarıdakı mənzilinə buraxmayacaq”, - yazan rəssam əlavə edib ki, bu, “ağ adamların problemidir” və buna görə istənilən halda kimsə “yuxarı qalxıb qapını sındırmalı olacaq”.

Mayın 25-də Minneapolisdə polis əməkdaşları afroamerikalı Corc Floydu həbs ediblər. Bu zaman onu yerə yıxıblar, polis zabitlərindən biri dizi ilə onun boynunu sıxıb. Floyd dəfələrlə nəfəs ala bilmədiyini desə də, buna əhəmiyyət verməyiblər. Nəticədə Floyd reanimasiyada dünyasını dəyişib. Bundan sonra ABŞ-da kütləvi etiraz və iğtişaşlar başlayıb.

0
Əlaqədar
İrqçilər yaddan çıxdı. Amerikadakı etirazlar necə soyğunlara çevrildi
Mən Corc Floydam: ABŞ-da başlayan etirazlar bütün dünyanı bürüyüb
Biz şokdayıq: azərbaycanlılar ABŞ-dakı iğtişaşlardan danışdılar
Amerika tənəzzülünün xronikası: uşaqlara polisə nifrət etmək öyrədilir
Yaşlı kişini ölümcül hala salan polislərə həmkarlarından dəstək - VİDEO