Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Azərbaycanda daha 104 nəfərdə koronavirus aşkarlandı - 1 nəfər vəfat etdi

1056
(Yenilənib 16:46 09.04.2020)
1949-cu il təvəllüdlü, şəkərli diabet və xərçəng xəstəsi olan vətəndaşın səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib və pasiyent vəfat edib

BAKI, 9 aprel — Sputnik. Azərbaycanda 104 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdiriliblər.

Operativ Qərargahdan Sputnik Azərbaycan-a daxil olan məlumata görə, koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949-cu il təvəllüdlü, şəkərli diabet və xərçəng xəstəsi olan vətəndaşın səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib və pasiyent vəfat edib. Onun ailə üzvləri, ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülürlər.

Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 38 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Hazırkı dövrədək ölkəmizdə 926 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 101 nəfəri müalicə olunaraq sağalıb, 9 nəfər vəfat edib, 816 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 57371 test aparılıb.

1056
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (313)
Əlaqədar
Həkim Emin Hüseyn: "Koronaviruslu xəstələrimizin 75-80 faizi belədir"
Əsl DOST: Karantin rejimində yaşlılara necə kömək edilir
Baş Nazir: "Koronavirusla bağlı təsdiq olunmuş Tədbirlər Planı vaxtında icra ediləcək"
Dünyanın "siyasi beyni" açıqladı – Düzən tamamilə dəyişəcək
Koronavirusu 48 saat ərzində yox edən preparat tapıldı
Bakıda maska taxmış şəxs

Yoluxanların sayı artdı, sərtləşməyə hazır olun!

47
Azərbaycanda koronavirus xəstələrinin 40 min 272 nəfəri müalicə olunaraq sağalıb, 635 nəfər vəfat edib. Aktiv xəstə sayı 4972 nəfərdir.

BAKI, 20 oktyabr — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 584 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 5 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 45 min 879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 272 nəfər müalicə olunaraq sağalıb, 635 nəfər vəfat edib. Aktiv xəstə sayı 4972 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 241 min 664 test aparılıb. Bugünkü test sayı isə 9028-dir.

47
Koronavirus testi, arxiv şəkli

Yoluxma azalsa da, ölənlərin sayı artdı

21
(Yenilənib 17:48 19.10.2020)
Azərbaycanda indiyədək ümumilikdə 45295 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 40144 nəfər müalicə olunaraq sağalıb, 630 nəfər vəfat edib, aktiv xəstə sayı 4521 nəfərdir.

BAKI, 19 oktyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 331 yeni yoluxma faktı qeydə alınıb, 107 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 45295 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 40144 nəfər müalicə olunaraq sağalıb, 630 nəfər vəfat edib, aktiv xəstə sayı 4521 nəfərdir.

Ölkədə son sutka ərzində 4612, hazırkı dövrədək isə 1232636 test aparılıb.

21
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

0
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

0