İnfeksiya bölməsi, arxiv şəkli

Durum heç səngimir: Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

619
Ümumilikdə, ötən dövr ərzində ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 641 şəxsdən 44 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib, 590 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir

BAKI, 6 aprel — Sputnik. Azərbaycan Respublikasında 57 yeni koronavirus (SARS-CoV-2) infeksiyasına yoluxma faktı qeydə alınıb, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdiriliblər. Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 12 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

Ümumilikdə, ötən dövr ərzində ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 641 şəxsdən 44 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib, 590 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 4369 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 45 mindən artıq test aparılıb.

619
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (86)
Əlaqədar
Naxçıvanda 18 nəfərdə koronavirus aşkarlandı
Türkiyədən müjdə: koronavirus peyvəndi yaradıla bilər
"Tunelin sonunda işıq". Tramp koronavirusdan sonrakı günlərdən danışdı
Rusiyada koronavirusa yoluxanların sayında kəskin artım qeydə alınıb
İnsan qanı dolu paketlər, arxiv şəkli

On beş ağır xəstəyə 21 dəfə plazma köçürüldü

25
(Yenilənib 23:17 01.06.2020)
Tibb mütəxəssisləri tərəfindən dörd xəstədə müsbət dinamika, üç xəstədə isə yaxşılaşma müşahidə edilib.

BAKI, 1 iyun — Sputnik. Yeni növ koronavirus çox sürətlə yayılan bir virusdur. Hazırda ölkəmizdə aparılan çox ciddi əksepidemik tədbirlərə baxmayaraq, bir çox insanın sanitar-gigiyenik qaydalara riayət etməməsi nəticəsində, koronavirus xəstələrinin sayı artır.

TƏBİB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, koronavirus infeksiyası yaşlı, xüsusilə yanaşı xəstəliyi olan insanlarda daha aqressiv və ağır gedişatlı müşahidə edilir. Lakin hətta gənclərdə də yanaşı xəstəliklər varsa, bu xəstəlik ağır gedişatlı və ya ölümlə nəticələnir. Virus əleyhinə aparılan müalicələr qeyd edilən şəxslərdə effektiv olmur.

Bütün dünyada ağır xəstələrə tətbiq edilən Konvalesent plazma müalicəsi üçün istifadə edilən immun plazma ölkəmizdə Milli Hemotologiya və Transfuziologiya Mərkəzində hazırlanır. Koronavirus infeksiyasından sağalmış insanlar ağır xəstələrə donor ola bilərlər. Hal-hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xəstələrimiz var. Aparılan təcrübə göstərir ki, bu xəstələr üçün Konvalesent Plazma müalicəsi çox effektivdir. Artıq müxtəlif pandemiya xəstəxanalarında müalicə alan 15 ağır xəstəyə 9 donordan alınan immun plazma ilə 21 dəfə Konvalesent plazma infuziyası aparılıb. Mütəxəssislər tərəfindən 4 xəstədə müsbət dinamika, 3 xəstədə isə yaxşılaşma müşahidə edilib. İmmun plazma müalicəsi bir çox xəstələrdə bir neçə dəfə aparıla bilər. Donorlar 14 gün sonra təkrar plazma hədiyyə edə bilərlər: "Sənin mübarizən bitə bilər, lakin ölkədə koronovirusla mübarizə davam edir. Onların qəhrəmanı sən ol! Qan ver, həyat xilas et!"

25
Koronavirus testi, arxiv şəkli

Virusa yoluxub sağalmısınızsa, çox sevinməyin - Hər şey daha kəskin şəkildə qayıda bilər

221
"Bu gün mövcud olan ştamma qarşı orqanizmdə müdafiə sistemi yaranıbsa, yeni ştamma qarşı heç bir müdafiə olmur və asanlıqla eyni xəstəliyə yenidən tutulma ehtimalı olur"  - Rəşad Ağarəhimov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 1 iyun — Sputnik. Bu gün bütün dünyada yayılan koronavirus pandemiyası yeni olduğundan onunla bağlı bir çox suallar hələ də açıq olaraq qalır: Bu virus əleyhinə hazırlanan vaksinlər yararlı olacaqmı? Hər qış mövsümündə virus geri dönüş edəcəkmi? Uzun müddət bu virusla vəziyyəti necə idarə edəcəyik?

Bu və digər bu kimi suallar arasında ən çox verilən və düşündürəni isə, virusa ikinci dəfə yoluxma riskinin olub-olmayacağı ilə bağlıdır. Araşdırmalar göstərir ki, çox nadir hallarda bu virusa ikinci dəfə yoluxma halı baş verir. Məsələn, bu ilin fevralında Yaponiyada bənzər hadisə baş vermişdi, qadın ikinci dəfə koronavirusa yoluxmuşdu.

Azərbaycana gəldikdə isə ölkəmizdə bu virusa təkrar yoluxma faktı qeydə alınmayıb. Bu barədə TƏBİB-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Bundan başqa, təkrar yoluma faktının qarşısını almaq üçün TƏBİB müalicə müddəti başa çatdıqdan sonra, əlavə 14 gün də bu şəxslərin evdən çıxmamasını tövsiyə edir.

Qobustan Rayon Mərkəzi Xəstəxanasının həkim-laborantı, Laboratoriya şöbəsinin müdiri Rəşad Ağarəhimov isə Sputnik Azərbaycan-a açıqlamasında ümumiyyətlə bu virusa təkrar yoluxma halının baş verə biləcəyi ehtimallarından danışıb: "Təkrar yoluxma halına bizdə rast gəlinməyib, amma Çində və bir neçə başqa ölkələrdə təkrar yoluxma hallarına rast gəlinib. Ümumiyyətlə virus elə bir canlıdır ki, demək olar ki, hər həftə genetik kodu yenilənir və yeni ştammlar əmələ gətirir. Bu gün mövcud olan ştamma qarşı orqanizmdə müdafiə sistemi yaranıbsa, yeni ştamma qarşı heç bir müdafiə olmur və asanlıqla eyni xəstəliyə yenidən tutulma ehtimalı olur. Necə ki, qrip virusu ilə ildə bir neçə dəfə xəstələnmək mümkündürsə, bu virusa da eyni yolla yoluxmaq mümkündür".

© Photo : Courtesy of Rashad Agaemirov
Qobustan Rayon Mərkəzi Xəstəxanasının həkim-laborantı, Laboratoriya şöbəsinin müdiri Rəşad Ağarəhimov

"O ki qaldı 14 gün məsələsinə, evə yazılan xəstələr ya həmin 14 günü xəstəxanada keçirməlidirlər, ya da biz onlara bir kağıza imza atdırıb razılıq alırıq ki, qalan 14 günü evdə özünütəcrid edərək oturacaq. Həmin müddətdə pasiyent evdən kənara çıxa bilməz və evdə də fərdi qoruyucu vasitələrdən istifadə etməlidir", - deyə həkim əlavə edib.

Tibb üzrə ekspert Adil Qeybulla isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, insanlar üzərində bununla bağlı qəti rəy olmasa da, meymunlar üzərində aparılan tədqiqatlara görə, koronavirusa yoluxanlar yenidən bu xəstəliyə yoluxmur: "Yəqin ki, insanlarda da bu cürdür. Bəzi şəxslərdə simptomlar olmasa da, xəstəlik özünü klinik vəziyyətdə göstərir. Bundan baaşqa, bu xəstəliyə immunitetin yaranması faktoru bəllidir. İmmunitet yaranır və şəxs ikinci dəfə bu xəstəliyə yoluxmur".

221
Вид на Баку

Otuz yeddinin Bakısı. Onlar xoşbəxt idilərmi? - VİDEO

0
1937-ci ili özündə əks etdirən görüntülərdə Bakı həyatı nümayiş olunur. İttifaqın “Facebook” səhifəsində paylaşımla bağlı fikirlər yer alıb

BAKI, 2 iyun — Sputnik. Azərbaycan tarixini özündə əks etdirən unikal kadrlar yayımlanıb. Sputnik Azərbaycan xəbər verir ki, videomaterial Azərbaycan Kinematoqrafçılar İttifaqının “Youtube” kanalında paylaşılıb.

1937-ci ili özündə əks etdirən görüntülərdə Bakı həyatı nümayiş olunur. İttifaqın “Facebook” səhifəsində paylaşımla bağlı fikirlər yer alıb: “1937-ci ilin Bakısı. Stalin repressiyalarının pik zamanında paytaxtımız... Bulvarda gəzinti, Dağüstü park, hərbi parad, it sərgisi, qayğısız sakinlər...”

Qeyd edək ki, Azərbaycan kinematoqrafının tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və "İlişdin" bədii kinosüjetdən ibarət olub.

0