Pulun sayması, arxiv şəkli

Koronaviruslu xəstələrə stasionar qulluq edən həkimlərə maaşlarının beş qatı veriləcək

83
Göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən iyunun 1-dək olan müddət üçün ödənilir

BAKI, 25 mart — Sputnik. Nazirlər Kabineti “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərar verib.

Sputnik Azərbaycan bildirir ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:

- tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;

- təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;

- pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.

Göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən iyunun 1-dək olan müddət üçün ödənilir.

Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələri işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərinə, habelə tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əhatə dairəsinin müəyyən edilməsinə dair təkliflərini 5 gün müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim emək tapşırılıb.  Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn digər məsələləri həll etməlidirlər.

Qeyd edək ki, Nazirlər Kabineti “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə bu qərarı qəbul edib.

83
Yaşlı adam, arxiv şəkli

Koronavirusa yoluxma insanı 10 yaş qocaldır, həmçinin...

1
Koronavirusun ağır formaları mətnlərin və sözlərin mənasını dərk etmə qabiliyyətinə təsir edir. Buna baxmayaraq, xəstəliyə yoluxmuş insanlarda emosional sahə, məkan yaddaşı və rəqəmləri əzbərləmək qabiliyyəti dəyişməz qalıb.

BAKI, 25 oktyabr — Sputnik. Böyük Britaniya alimləri apardıqları araşdırma zamanı koronavirus xəstəliyinin insanların İQ səviyyəsini endirdiyini müəyyən edib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu intelektual bacarıqlar və yaddaşla əlaqələndirilib. Mütəxəssislərin sözlərinə görə, koronavirusa yoluxan şəxslər xəstəliyə yoluxmayan yaşıdları ilə müqayisədə məntiq testlərini həll etməkdə çətinlik çəkiblər. Bundan əlavə, şəxslərin İQ səviyyəsi xəstəliyi hansı ağırlıqda keçirmələri ilə də birbaşa əlaqəlidir. Tədqiqat zamanı alimlər 84 könüllünün məntiqi bacarıqlarını və yaddaşlarını araşdırıblar.

Müəyyən edilib ki, koronavirusa yoluxan insanlar sağlam insanlarla müqayisədə 65 faiz geri qalıb. Mütəxəssislərin fikrincə, bu xəstələrin 10 yaş yaşlanmasına bərabərdir.

Koronavirusun ağır formaları mətnlərin və sözlərin mənasını dərk etmə qabiliyyətinə təsir edir. Buna baxmayaraq, xəstəliyə yoluxmuş insanlarda emosional sahə, məkan yaddaşı və rəqəmləri əzbərləmək qabiliyyəti dəyişməz qalıb.

1
İtaliyada epdimioloji vəziyyət

İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq

16
İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

BAKI, 25 oktyabr - Sputnik. İtaliyada epidemioloji vəziyyətin pisləşməsi səbəbindən oktyabrın 26-dan məhdudiyyətlər artırılır.

Sputnik Azərbaycan “Qafqazinfo”ya istinadla məlumat verir ki, bu gün İtaliya Baş Nazirinin Mətbuat xidməti tərəfindən açıqlanan yeni qaydalara uyğun olaraq bütün kinoteatr, teatr, idman zalları və hovuzlar bağlanacaq.

Restoran və barlar işə davam edəcək, lakin vaxt məhdudiyyəti ilə - axşam saat 6-dək.

Qeyd edək ki, İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

16