Bakıda tibbi maskada olan insanlar, arxiv şəkli

Altmış beş yaş həddi bəzi insanlara şamil edilməyəcək

111
(Yenilənib 21:54 23.03.2020)
"İri miqyaslı epidemiyanın qarşısının alınmasına heç bir ölkənin səhiyyəsi hazır deyil. Bu xəstəliyi 80 faiz insan yüngül keçirsə də, 20 faiz üçün xüsusi müalicə lazım olur"

BAKI, 23 mart — Sputnik. “Artıq ölkə daxilində də koronavirus infeksiyası yayılır, ona görə də ciddi tədbirlərin görülməsi tələb olunur”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün ölkədə xüsusi karantin rejimi elan edilməsi ilə bağlı keçirilən mətbuat konfransında Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.

O deyib ki, iri miqyaslı epidemiyanın qarşısının alınmasına heç bir ölkənin səhiyyəsi hazır deyil: “Bu xəstəliyi 80 faiz insan yüngül keçirsə də, 20 faiz üçün xüsusi müalicə lazım olur, 5 faizi isə süni nəfəs aparatına ehtiyac duyur. Xəstəliklə müalicədə ilk növbədə şəxsi gigiyenaya riayət edilməlidir”.

Nazir müavini nəzərə çatdırıb ki, 65 yaşından yuxarı səhiyyə işçiləri də fəaliyyətlərini davam etdirəcəklər.

111