Koronavirus testi

Azərbaycanda daha yeddi nəfər koronavirusa yoluxub

226
Həkim nəzarətində olanlardan 3 nəfərinin vəziyyəti orta ağır qiymətləndirilir, digərləri isə özlərini normal hiss edirlər

BAKI, 23 mart — Sputnik. Azərbaycan Respublikasında 7 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Sputnik Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına istinadla bildirir ki, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan 61 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 3 nəfərinin vəziyyəti orta ağır qiymətləndirilir, digərləri isə özlərini normal hiss edirlər, səhhətləri stabildir. Pasiyentlərin müalicəsi ilə bağlı zəruru tədbirlər davam etdirilir.

Azərbaycanda koronavirusa yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır.

Koronavirus infeksiyasının yayılmasına yol verməmək üçün hər bir şəxs gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməlidir.

Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək, mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək tələb olunur.

226
Əlaqədar
Polisdən sürücü və sərnişinlərə xəbərdarlıq: həbs oluna bilərsiniz
Kitabı bağlandı: daha nə xəstə daşıyacaq, nə də sərnişin
İşçi Qrup koronavirusa görə xəbərdarlıq etdi
Sosial izolyasiya şəraitində - Bakı küçələrindən reportaj
ÜST koronavirusa yoluxma ilə bağlı xəbərdarlıq etdi – Bir metr məsafə saxlayın!