Qoruyucu maskada olan tibb personalı, arxiv şəkli

ÜST nümayəndəsi vaksin hazırlanmasından danışdı

24
(Yenilənib 19:41 20.03.2020)
“Hazırda ÜST baxılmaq və təsdiq edilmək üçün 40 diaqnostik test müraciəti alıb, 20 vaksin işlənilmə mərhələsindədir”.

BAKI, 20 mart – Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı hazırlanmış peyvəndin ilkin nəticələrini yaxın həftələrdə gözləyir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə ÜST-nin nümayəndəsi  Melita Vuynoviç bildirib.

Onun sözlərinə görə, ÜST insanların həyatını xilas etməyə yönəldilmiş elmi araşdırmaları alqışlayır: “Hazırda ÜST baxılmaq və təsdiq edilmək üçün 40 diaqnostik test müraciəti alıb, 20 vaksin işlənilmə mərhələsindədir”.

Vuynoviç qeyd edib ki, ÜST vaksin hazılanmasına investisiya qoyulması üçün müxtəlif ölkələr və Ümumdünya Bankı kimi təşkilatlarla sıx əlaqə saxlayır.

24
Qəhvə dənəcikləri, arxiv şəkli

Hər dəfə çay qəhvə qəbulundan sonra...

16
(Yenilənib 21:32 17.01.2021)
H'kimin sözlərinə görə, gözəl gülüş üçün rəngli qazlı içkilərdən, ədviyyat və souslardan imtina etmək lazımdır.

BAKI, 17 yanvar — Sputnik. Seçenov Universitetinin Stomatologiya İnstitutunun direktoru İrina Makeeva, verdiyi müsahibədə, dişlərin rənginə mənfi təsir edən məhsulları sadalayıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, dişləri daha çox qara qarağat, çuğundur, albalı və qırmızı şərab ləkələyir. Həkim bu məhsullarda turşu və rəngləmə piqmentlərinin olduğunu bildirib.

Onun sözlərinə görə, gözəl gülüş üçün rəngli qazlı içkilərdən, ədviyyat və souslardan imtina etmək lazımdır.

Həkim çay və qəhvədən daimi istifadənin dişləri qaraltdığını da vurğulayıb: "Çay və qəhvə dişləri boyayır. Çay daha çox təsir edir. Bunun səbəbi çayın tərkibində piqmentlərin və turşuların olmasıdır".

Mütəxəssis hər dəfə çay və ya qəhvə qəbulundan sonra ağzı yaxalamağı və ya ferment tərkibli bir diş köpüyü istifadə etməyi tövsiyə edib.

16
İsraildə epdimioloji vəziyyət

İsraildə “Pfizer” vaksini vurulan 13 nəfər üz iflici olub

15
Ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb.

BAKI, 17 yanvar - Sputnik. İsraildə yeni növ koronavirus infeksiyasına qarşı “Pfizer” vaksini ilə peyvənd olunan 13 nəfər üz iflici olub.

“Report”un məlumatına görə, bu barədə “The Jerusalem Post” İsrail Səhiyyə Nazirliyinin hesabatına istinadən xəbər verib.

Nazirlik bildirib ki, üz iflici olanların sayı daha çox ola bilər.

Qeyd edək ki, ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq İsrailin Baş naziri Binyamin Netanyahu peyvənd olunub.

15

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

0
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

0